GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "ANALOQSUZ" SƏHİYYƏMİZİN PARLAMENTDƏKİ "SƏFİRİ" -Və Əhliman Əmiraslanovun “xala-xətrin qalmasın” seçki kampaniyası

"ANALOQSUZ" SƏHİYYƏMİZİN PARLAMENTDƏKİ "SƏFİRİ" -Və Əhliman Əmiraslanovun “xala-xətrin qalmasın” seçki kampaniyası

Tarix: 5-02-2020, 13:51 Bölmə :GündəmXəbər / Manşet Baxış: 400
"ANALOQSUZ" SƏHİYYƏMİZİN PARLAMENTDƏKİ "SƏFİRİ" -Və Əhliman Əmiraslanovun “xala-xətrin qalmasın” seçki kampaniyası


Parlament buraxılıb növbədənkənar seçki elan ediləndə “köhnə qvardiya”nın bütünlüklə yola salınacağını düşünənlər yanılmışdılar. Belə ki, yeni parlamentə namizədlikləri verilən və qutudan çıxmaları üçün hər cür şərait yaradılanlar sırasında həmin qrupa aid olanların sayı kifayət qədər çoxdur.

Növbədənkənar seçkini islahatın siyasi istiqamətinin əsas tərkib hissələrindən biri, yeni parlamentin formalaşmasını isə qanunverici hakimiyyətin müasirləşməsi, gəncləşməsi, yeni çağırışlarla, islahatlarla ayaqlaşması və s. istiqamətlərdə atılan mühüm addım kimi qəbul etsək, o zaman artıq bir neçə dəfə parlamentdə təmsil olunmuş, yaşı 70-i haqlamış, indiyə qədərki fəaliyyətində hər hansı fövqəladə nailiyyəti olmayan şəxslərin yenidən parlamentə düşməsi heç cür məntiqli görünmür. Bu sıraya yəqin ki, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir Seçki Dairəsindən YAP-ın yenidən namizədliyini irəli sürdüyü Əhliman Əmiraslanovu da aid etmək olar.
Hələ 1992-ci ildən başlayaraq, düz 23 il Azərbaycan Tibb Universitetinin (ATU) rektoru olan və uzun illərdir ki, səhiyyə sektorunda müxtəlif digər vəzifələr daşıyan Ə.Əmiraslanovun 73 yaşı var. Əlbəttə ki, yaşı qüsur hesab etmək olmaz. Lakin insanların istəyindən asılı olmayaraq, yaş amili fiziki imkanlar baxımından olduqca əhəmiyyətlidir.
Gundemxeber.Az azpolitika.info-ya istinadla bildirir ki, Ə.Əmiraslanov deputat, Milli Məclisin Səhiyyə Komitəsinin sədri vəzifəsilə yanaşı, ATU-nun Onkologiya Kafedrasının müdiri, AMEA-nın biologiya elmləri bölməsinin akademik-katibi, Onkoloji Klinikanın direktorudur. Hələ sadalamadığımız irili-xırdalı başqa vəzifə və titulları olan 73 yaşlı insanın bu qədər vəzifənin öhdəsindən keyfiyyətli şəkildə gəlməsi fiziki cəhətdən mümkün görünmür.
Digər tərəfdən, Azərbaycanın səhiyyə sektoru, xüsusilə də onkologiya sahəsi ən çox şikayət olunan, ən bərbad, humanizmdən uzaq, bahacıl, çoxsaylı həkim səhvləri və qeyri-peşəkarlığı ilə seçilən istiqamətlərdən biridir. Ümumiyyətlə, səhiyyə sistemi və onun onkoloigiya sahəsi ölkədə bəlkə də ən dərin, böyük islahatlara ehtiyacı olan olduqca vacib sahədir.
Hörmətli Əhliman Əiraslanov isə 23 il(!) ATU-nun rektoru, 10 ilə yaxın Səhiyyə Komitəsinin üzvü və 5 il də onun sədri, həmçinin uzun illər onkologiyaya aid tibb müəssisələrinə rəhbərlik etməklə, ölkənin səhiyyə sistemi üçün nə bacarıbsa, onu da edib. Onun zəhmətini yerə vurmaqdan uzaq olsaq da, Azərbaycan səhiyyəsinin, xüsusilə də onkologiya sahəsinin vəziyyəti göz önündədir və bugünkü mənzərənin yaranmasında onun da payı var. Yeni Milli Məclis və onun Səhiyyə Komitəsi isə səhiyyədə aparılmalı olan islahatlarda mühüm rol oynaya bilər. Belədə, Əmiraslanov yenidən parlamentdəki vəzifəsinə qayıdacaqsa, bu sahəni məlum vəziyyətə gətirənlərdən biri olan şəxsdən islahatla bağlı hansı təşəbbüs, addım gözləmək olar?
Onun uzun illər rəhbərlik etdiyi tibb mütəxəssisi yetişdirilməsi sahəsinə gəlincə isə, təəssüf ki, ATU-nun dünya tibb ali məktəblərinin bir çox nüfuzlu reytinq cədvəllərində adı belə yoxdur. Bu ali məktəbdə Ə.Əmiraslanov da daxil olmaqla, 20-30 il, hətta daha çox müddətdə kafedra müdiri vəzifəsini tutan insanlar var. Ancaq bu o demək deyil ki, bizim savadlı, perspektivli alimlərimiz, həkimlərimiz yoxdur. Sadəcə, onların da böyük qismi məlum səbəblərdən ölkəni tərk edirlər, təhsillərini və fəaliyyətlərini başqa ölkələrdə davam etdirməyə üstünlük verirlər.

Onun mütəxəssis yetişdirilməsindəki ən böyük uğuru elə universitetin Onkologiya Kafedrasında öz yerini verə biləcəyi bir alim hazırlaması olardı. Ancaq belə çıxır ki, yetişdirməyib. Əgər yetişdirsəydi, hər halda çoxsaylı vəzifələrindən biri olan kafedra müdirliyini ona verib, başqa işlərilə məşğul olar, məsələn, deputatlığını edərdi.
Söhbət deputatlıqdan düşmüşkən, təmsil etdiyi dairənin seçicilərinin ondan razı qaldığını söyləmək də ən azı insafsızlıq olardı. Əslində, Əmiraslanovu başa düşmək də olar. Adam bu yaşında bir neçə vəzifəni daşımaqla, öz biznesini idarə etməklə yanaşı, həm də seçicilərin ayağına getməyə, onların qapısını döyüb, problemlərilə maraqlanmağa necə vaxt tapa bilər ki? Üstəlik də, şəxsi həyatdakı yeniliklər, ailə qayğıları...
Digər tərəfdən, hörmətli akademikin yenidən parlamentə düşməsi üçün dairədə onsuz da hər cür münbit şərait yaradılıb və ciddi sayılacaq heç bir rəqibi yoxdur – su idarəsində nasos maşinisti, məktəbdə idman müəllimi, məktəb “zavuçu” və sair. Yəni ki, bu dairədə artıq hər şey çoxdan məlumdur.
Elə Əmiraslanovun həmin dairədə apardığı hazırkı “xala-xətrin qalmasın” seçki kampaniyası da göstərir ki, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir Seçki Dairəsinin camaatını deputat sarıdan hansısa müsbət yenilik gözləmir.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • YAP Siyasi Şurası Milli Məclisin buraxılması haqqında qərar qəbul edib - növbədənkənar seçki olacaq

    YAP Siyasi Şurası Milli Məclisin buraxılması ...

    28-11-2019, 12:12

  • 
  • Asif Əsgərov müavinini deputat seçdirmək istəyir

    Asif Əsgərov müavinini deputat seçdirmək istəyir ...

    11-12-2019, 15:04

  • 
  • MSK sabah toplanır - NÖVBƏDƏNKƏNAR PARLAMENT SEÇKİLƏRİNƏ GÖRƏ

    MSK sabah toplanır - NÖVBƏDƏNKƏNAR PARLAMENT ...

    6-12-2019, 11:37

  • 
  • Milli Məclisin yeni deputatları - Siyahı

    Milli Məclisin yeni deputatları - Siyahı ...

    2-11-2015, 13:03

  • 
  • ​Paşinyanın seçki oyunu: istefaya gedir və...

    ​Paşinyanın seçki oyunu: istefaya gedir və... ...

    16-06-2018, 21:58


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu