GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » MİLYARDLARI TALAYAN “153 QƏHRƏMAN”... - Bankı “diz çökdürənlər” sırasında tanınmış şirkətlər və şəxslər var (ADLAR)

MİLYARDLARI TALAYAN “153 QƏHRƏMAN”... - Bankı “diz çökdürənlər” sırasında tanınmış şirkətlər və şəxslər var (ADLAR)

Tarix: 5-03-2020, 15:35 Bölmə :GündəmXəbər / Manşet Baxış: 566
MİLYARDLARI TALAYAN “153 QƏHRƏMAN”... - Bankı “diz çökdürənlər” sırasında tanınmış şirkətlər və şəxslər var (ADLAR)


Bir vaxtlar Azərbaycanın ən populyar və perspektivli banklarından olan “Bank Standard”ın nə zamansa talanıb, müflis ediləcəyini güman edənlər çox az olardı. Lakin lisenziyası əlindən alınan bank 2016-cı ilin oktyabrında rəsmən müflis elan olundu.

Bu prosesin gedişi və detalları ilə bağlı ötən saylarımızda geniş materiallarla çıxış etdiyimizdən, yenidən həmin detallara qayıtmaq istəmirik. Sadəcə, xatırladaq ki, bankın müflisləşməsində 1 milyard manatdan çox vəsaitin müxtəlif fiziki və hüquqi şəxslərin adına kredit şəklində götürülərək, qaytarılmaması əsas rol oynayıb. Mənimsənilən vəsaitlərin əsas hissəsi isə dövlətin, Mərkəzi Bankın, SOCAR-ın vəsaitləri, eləcə də sıravi vətəndaşların əmanətlərindən ibarət olub. Bu vəsaitlər ya aşağı faizlə, ya da ümumiyyətlə faizsiz və girovsuz kreditlər şəklində tar-mar olunub. Bankın pullarına “çökənlər” isə heç də təsadüfi şəxslər və şirkətlər deyil...

Məlum olub ki, bankın çökməsində əsas yer tutan şəxs və şirkətlərin sayı 153-dür. Bu barədə hələ ötən ilin sonlarında «Bank Standard»ın Kreditorlar Komitəsinin sədri Şahin Əhmədov məlumat vermişdi: “Mən Apellyasiya Məhkəməsinə müraciət etdim ki, mənə bu adamların adlarını verin, ictimailəşdirək. Bu 153 nəfər məqsədli olaraq bankı talayıblar. Onları və onlara kredit verənləri tapıb gətirmək lazımdır. Bu adamları tapıb gətirib əmlaklarını əllərindən alıb, satıb insanların pulunu qaytarmaq lazımdır”.

Ancaq bu günə kimi nə həmin adamların və şirkətlərin adları rəsmən açıqlanıb, nə də onlara “gözün üstə qaşın var” deyən olub.

Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) rəhbərliyi banka borclu olan şəxs və firmaların adlarını bankın kommersiya sirri olduğunu əsas gətirərək, açıqlamaqdan boyun qaçırıb. Bu adların verilməsinin cinayət məsuliyyəti yaratdığını bildirib.

Lakin “AzPolitika.info” dövlətin, Mərkəzi Bankın, eləcə də sıravi vətəndaşların halal pulunun mənimsənilərək, böyük bir bankın talan edilməsinin dövlətin dayaqlarına təhlükə yaradan qat-qat daha böyük cinayət olduğunu nəzərə alaraq və ictimai maraqlardan çıxış edərək, sözügedən 153 şəxs və şirkətlərin müəyyənləşdirilməsi istiqamətində araşdırmalarını davam etdirir.

Bu araşdırma “Bank Standard”dan külli miqdarda kredit götürüb qaytarmayan şəxslər və şirkətlərlə bağlı bəzi mətləbləri və adları üzə çıxarıb. Onların bir qisminin adları ötən saylarımızda dərc edilib. Araşdırmamız və əldə etdiyimiz yeni məlumatlar bu siyahıdakı bir neçə digər şəxs və firmaların adlarının ortaya çıxarılmasına imkan verib.

Ötən saylarımızda Dövlət Neft Fondunun sabiq icraçı direktoru Şahmar Mövsümovun qardaşı Şahin Mövsumovun təsisçisi olduğu “AS Group İnvestment” şirkəti, Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədova aid olduğu deyilən “Caspian Real Estate Limited” MMC şirkətinin və digər bir neçə tanınmış şəxslərə aid şirkətlərin adları dərc olunmuşdu. Ancaq araşdırmamız davam edir.

Məlum olur ki, bankdan iri məbləğlərdə kredit götürüb qaytarmayanlar sırasında ən əsas liderlərdən biri də “MEGAFUN” MMC-dir. Bu şirkətin bankdan illik 6.5 faiz olmaqla, 18 milyon manat kredit götürdüyü, lakin bank müflisləşənə qədər bir qəpik də qaytarmadığı məlum olub.

Doğrudur, bu şirkət həmin kreditin müqabilində banka girov qoyub. Lakin əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, girovları real vəsaitə çevirmək elə də asan deyil və onların böyük əksəriyyətinin dəyəri bilərəkdən şişirdilib. Qeyd edək ki, bu şirkət “Azure Parking” Qrupuna aiddir.


Həmin qrupun isə sabiq deputat, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə aid olduğuna dair məlumatlar yayılıb. Bu məlumatları dəqiqləşdirmək imkanımız olmadığından onların həqiqiliyini iddia edə bilmərik. Lakin sözügedən şirkətin “Bank Standard”ın müflisləşməsində özünəməxsus rol aldığı göz önündədir.

Maraqlıdır ki, bankdan böyük məbləğdə kredit götürüb ödəməyən şirkətlər arasında məşhur inhisarçı “Baku Steel Kompany” də var.


Bu şirkətin bank müflisləşərkən 3 kredit üzrə - 7.3 milyon manat, 4.9 milyon manat və 2.45 milyon manat olmaqla, külli miqdarda borcu qalıb. Bu kreditin birini çıxmaq şərtilə, digərləri girovsuz verilib. Həmin girov isə səhmlərdən ibarət olmaqla, cəmi 2.9 milyon manat təşkil edib.

Banka borclular arasında “liderlik” edənlərdən biri də “Azərkarton” MMC-dir. Şirkət faizsiz olmaqla Əhmədov Rauf Rəhim oğlunun adına 13.6 milyon ABŞ dolları, “Azərkarton” MMC adı ilə 2.97 milyon ABŞ dolları (girovsuz) kredit borcuna malikdir.

“Bank Standard”a ən böyük kredit borcu olanlar sırasında daha bir tanınmış şirkət isə “Riyad Farm” MMC-dir. Bu şirkət də kreditləri girovsuz və faizsiz götürüb.

Şirkət bank müflisləşərkən ona 21 (!) kredit müqaviləsi üzrə təqribən 53 milyon manat və 4 milyon ABŞ dolları miqdarında borclu qalıb. Özü də bu kreditlər girovsuz və faizsiz verilib. Maraqlıdır ki, bu kreditlər 20 milyon manatlıq müqaviləni çıxmaq şərtilə hamısı ayrı-ayrı fiziki şəxslərin və “İKAR S” MMC-nin adlarına sənədləşdirilib.

Borclular arasında “İmişli Quşçuluq” MMC də var. Bank müflisləşəndə bu şirkətin banka 1.1 milyon ABŞ dolları və 784 min manat borcu qalıb. Özü də bu kreditlər Beynəlxalq Bankın təminatı ilə verilib.

“Bank Standard”dan pul götürüb qaytarmayan məşhur şirkətlərdən biri də “Akkord İnşaat”dır. “Panorama İstirahət Kompleksi” MMC-nin adına götürülən 660 min manat kreditdən bank müflisləşənədək bir qəpik də qaytarılmayıb.

Bankın borcluları arasında adı geniş ictimaiyyətə məlum olmayan çoxsaylı şirkət və fiziki şəxslər də var ki, onların bir neçəsinin adlarını dərc edirik:

Babayev Niyaz Yaşar oğlu – 9 milyon 177 min ABŞ dolları (Heydər Babayevin qardaşı oğlu olduğu bildirilir)

“XORN LİMİTED” şirkəti – 7 milyon 883 min ABŞ dolları

“ECO PROD” MMC – 5 milyon manat

Rəhimova Gülnarə Kamran qızı – 4 milyon 760 min ABŞ dolları

Hüseynov Xaləddin Rəşid oğlu – 4 milyon 500 min manat

Əkbərov Fikrət Əsgər oğlu “F.İ.P” – 4 milyon 338 min ABŞ dolları

“Uğur-VF” MMC – 4.3 milyon manat.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Bank of Azerbaijan": Müflis elan olunmağımız borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir

    "Bank of Azerbaijan": Müflis elan ...

    4-02-2016, 22:39

  • 
  • Müflis bankın əmlakı satılacaq

    Müflis bankın əmlakı satılacaq ...

    5-07-2016, 15:58

  • 
  • Doqquz bankın müflis elan olunmasına az qalıb

    Doqquz bankın müflis elan olunmasına az qalıb ...

    10-05-2014, 14:15

  • 
  • «Bank Standard»da bir nəfərin - 44 MİLYON DOLLARI BATIB

    «Bank Standard»da bir nəfərin - 44 MİLYON DOLLARI ...

    4-01-2020, 20:41

  • 
  • Auditor yoxlaması “Amrah Bank”ın müflis olduğunu üzə çıxarıb

    Auditor yoxlaması “Amrah Bank”ın müflis olduğunu ...

    25-06-2019, 13:21


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (379)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu