GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Qafqazın 40-ı çıxan Şeyxi, yoxsa oliqarx Paşazadə? -Faktlar göz deşir...

Qafqazın 40-ı çıxan Şeyxi, yoxsa oliqarx Paşazadə? -Faktlar göz deşir...

Tarix: 5-03-2020, 15:51 Bölmə :GündəmXəbər / Manşet Baxış: 605
Qafqazın 40-ı çıxan Şeyxi, yoxsa oliqarx Paşazadə? -Faktlar göz deşir...


Qafqazın Şeyxi Allahşükür Paşazadə sonuncu dəfə Karlovı-Varıdakı mülklərinin sənədlərinin üzə çıxması və İspaniyada BDU-nun keçmiş rektoru Abel Məhərrəmovla yaşanan çaxır skandalı ilə gündəmə gəlmişdi. Sonra uzun müddət susqunluq çökdü.

Gundemxeber.Az-ın anaxeber.info-ya istinadən məlumatına görə, bu günlərdə isə Şeyx həzrətləri oğlunun şirkətləri ilə yenidən yada düşdü. Məlum oldu ki, Məhəmməd Paşazadə “BAQİ” MMC-nin təsisçilərindən biridir. O, həm də “PLAST-KABEL” MMC-nin həmtəsisçisidir.
A.Paşazadə and-aman edirdi ki, onun heç yerdə mal-mülkü, biznesi yoxdur, Allahın fağır, qul bəndəsidir, heç bir ticarətdə gözü qalmayıb.
Ancaq göründüyü kimi, nəinki özünün, oğlunun da şirkətləri fəaliyyətdədir. M.Paşazadəyə kimsə sahibkarlığı qadağan edə bilməz, hər bir vətəndaşn hüququdur.
Sadəcə, necə olur ki, yalnız məmur övladlarının, vəzifəli şəxslərin balalarının böyük biznes kəhkəşanları var? Nəzərə alsaq ki, A.Paşazadə dövlət məmuru da deyil, Qafqaz Müsəlmanları İdarəsi ictimai qurumdur, o halda Şeyx və övladı hansı pulla Azərbaycanda və Çexiyada mül-mülk, biznes sahibləri ola biliblər?
Şeyx tez-tez Karlovi Varıya baş çəkir. O, müalicə məqsədi ilə gəldiyi kurort şəhərdəki kompleksində özü üçün hazırlanmış 6 otaqdan ibarət lüks mənzildə qalır. Şeyxin bu şəhərdəki mülkü təkcə mənzil kompleksindən ibarət deyil.
Belə ki, onun qardaşı Cavanşir Paşazadə ilə şərikli bir neçə oteli var. Mülkiyyət qeydiyyatı reyestrinə görə, Paşazadə qardaşları həmçinin Karlovı Varıda yerləşən çex şirkəti “Aynur KV”nin sahibidirlər.
Və bütün bunların qarşılığında Şeyx həzrətləri bəyan edir ki, vicdanın nə olduğunu hələ də bilmir. Vicdanın bir qanunu düz danışmaq, həqiqəti söyləməkdir. QMİ sədri isə biznes və imarət sahibi olmasını indiyə qədər etiraf etmir, gizlədir.
Onun çadır biznesinin olmasını da Azərbaycanda bilməyən yoxdur. A.Paşazadə imanlı bir insan, islamçı və Qafqazın Şeyxi olmazdan daha ümdə oliqarxdır.
Burada şəxsiyyətin ikiləşməsi baş verib: Qafqazdakı müsəlmanların hörmət bəslədiyi Paşazadə, bir də Çexiyaya qədər biznesi, şirkətləri uzanan Paşazadə...
Oğlunun iki firmasının da faktlarla ortalığa qoyulması təsdiqlədi ki, yalan ayaq tutar, yeriməz, Şeyx cəmi müsəlman hümməti qarşısında hansı milyonlara sahibləndiyini etiraf etməlidir.
Məsələnin qəribəliyi budur ki, hansısa nazir dövlətin büdcəsini talamaqla korrupsiya hesabına varlansaydı, xaricdə mülk sahibi olsaydı, başa düşülərdi. QMİ isə dövlətdən maliyyələşmir və Şeyxin bu varidatı necə əldə etdiyi kifayət qədər sirlidir.
Saytımıza danışan mötəbər mənbənin qeydlərinə görə, bu illər ərzində Şeyxin heç doğulduğu Lənkərana və doğma Cil kəndinə də faydası dəyməyib.
Bu qədər sərvətə və imkanlara baxmayaraq, A.Paşazadə nə bir lənkəranlının yanan barmağına su töküb, nə rayonun inkişafına, iş yeri açılmasına, nə öz kəndinə köməyi olub.
Hətta mərhum kriminal avtoritet Rövşən Lənkəranski daha çox yerliləri üçün iş görüb, dəstəyini verib, bütün Qafqazın Şeyxi isə əlini ağdan qaraya vurmayıb.
Çünki pullar Karlovı-Varıya daşınıb. O, 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri vəzifəsinə seçilib və Şeyxülislam rütbəsi alıb. XII Şeyxülislamdır.
Allahşükür Paşazadə 40 ildir ki, bu idarəyə sədrlik edir. Yəni, bu il 40-ı çıxan Şeyx dünyada, Azərbaycanda və Qafqazda böyük hörmətə sahib olsa da, həmişə bizneslə, qalmaqallarla gündəmə gəlib.
Əsasən ölkəyə idxal olunan tərəvəz məhsullarının Paşazadənin inhisarında olduğu bilinirdi. Paşazadə bir qayda olaraq belə məlumatlara münasibət bildirmir, bildirəndə isə ortaya sübut qoyulmasını istəyir.
Onun bu sıradan olan açıqlamalarından birindən sitat: “Bəzən mənim adımı şüşə, armatur, alma, soğan və kartof biznesi ilə məşğul olan şəxs kimi hallandırırlar. Bunların heç biri həqiqətə uyğun deyil. Bir şey haqqında danışanda ortaya sübut qoymaq lazımdır” .
Hörmətli Şeyx, bizim sizə heç bir qərəzimiz yoxdur və böyük nüfuz sahibi olduğunuzu da bilirik. Sadəcə, sübut istəyirsiniz, biznes, mülk olduğunu danırsınız. Buyurun, Karlovı-Varıdan tutmuş Bakıya qədər həm özünüzün, həm oğlunuzun biznesi var.
Yenə sübut lazımdırsa yada salaq: Marketa Şpişakova adlı çex qadın Şeyxülislam Allahşükür Paşazadənin şərikidir, 36 yaşı var. İxtisasca həkimdir, heç bir sərmayə qoymadan Paşazadənin Karlovı Varıda açdığı “Aynur KV” şirkətinin ortağı olub.
“AYNUR KV” qrupu avtomobillərin lizingi və kirayəsi, daşınmaz əmlak alqı-satqısı ilə məşğuldur. MMC kimi Skroupova, 36001, Karlovy Varı ünvanında qeydiyyatdan keçib. Aylıq gəliri 1 milyon kron göstərilir (təxminən 100 min manat). Mediada yayılmış şəkildə Şeyxin Karlovı Varıda həmin şirkətin adına aldığı villası tirajlanıb. Halal olsun!

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “ŞEYXİ ETDİYİ CİDDİ SƏHVƏ GÖRƏ CƏZALANDIRIRLAR” – Paşazadə ətrafında qara buludlar

    “ŞEYXİ ETDİYİ CİDDİ SƏHVƏ GÖRƏ CƏZALANDIRIRLAR” – ...

    21-09-2017, 11:56

  • 
  • Şeyxin oğlunun ölkədən getməsini təsdiqləndi: "Şeyxi çox pərişan gördüm"

    Şeyxin oğlunun ölkədən getməsini təsdiqləndi: ...

    17-09-2017, 14:27

  • 
  • Şeyxülislam Allahşükür Paşazadə Moskvada səfərdədir

    Şeyxülislam Allahşükür Paşazadə Moskvada ...

    24-09-2019, 10:16

  • 
  • Şeyxdən «Milyarderlər»ə dəstək

    Şeyxdən «Milyarderlər»ə dəstək ...

    11-04-2013, 11:07

  • 
  • İctimai rəy Paşazadənin biznesini dayandırdı-ŞOK ARAŞDIRMA

    İctimai rəy Paşazadənin biznesini dayandırdı-ŞOK ...

    10-04-2019, 14:03


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (379)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu