GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “TORPAQ KRALI”NA NECƏ ÇEVİRDI? – Sabah qalmaqallı məhkəmədir...

“TORPAQ KRALI”NA NECƏ ÇEVİRDI? – Sabah qalmaqallı məhkəmədir...

Tarix: 10-03-2020, 15:15 Bölmə :GündəmXəbər / Manşet Baxış: 672
“TORPAQ KRALI”NA NECƏ ÇEVİRDI? – Sabah qalmaqallı məhkəmədir...


Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Neftçala rayonunun keçmiş icra başçısı İsmayıl Vəliyevin qanunsuz əməlləri ilə bağlı yaydığı məlumatda nələr yox idi? Dövlət əmlakının talan edilməsi, büdcə pullarının ələ keçirilməsi, bütün dövlət qurumlarından, sahibkarlardan, fermerlərdən rüşvət yığılması və nəhayət, rayonun perspektivli torpaqlarının zəbt olunması...

Gundemxeber.Az azpolitika.info-ya istinadən bildirir ki, İsmayıl Vəliyev həmin ərazilərdə eşşək ferması, müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan təsərrüfatlar yaradaraq, külli miqdarda gəlir əldə edib. Sirr deyil ki, büdcə hesabına varlanan əksər məmurlar çirkli pulların bir hissəsini ölkədən çıxarır, bir hissəsini də rayonlarda torpaq sahələri almağa, biznesə və daşınmaz əmlaka yatırırlar.

““Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədri Arif Alışanov həbs olunan məmur həmkarlarından geri qalmayıb, ələ keçirdiyi külli miqdarda vəsaitin bir hissəsini torpaq sahələri almağa yönəldib”. Bu sözləri keçmiş sədrin şikayəti əsasında həbs edilmiş Şamaxı sakini Şücayət Əkbərovun qızı Cəmilə Tağıyeva bildirir.

O, qeyd edir ki, A. Alışanov sədr olduğu 13 il ərzində təkcə Şamaxı rayonunda 355 hektar torpaq sahələri almağa müvəffəq olub, həmçinin başqa bölgələrə də “investisiya” yatırmağa fürsət tapıb : "Məsələn, 2014-cü ildə Kürdəmir rayonunun Karrar kəndindən 28.350 hektar torpaq sahəsi alıb. “Torpaq kralı” olmaq üçün keçmiş sədrin əli heç zaman “daş altında” olmayıb. Mətbuatdan oxumuşam ki, onun AzTV-yə rəhbərlik etdiyi müddətdə büdcədən dövlət televiziyasına birbaşa və dolayı yollarla 2 milyard manata yaxın vəsait ayrılıb. Belə desək, həmin dövrdə mənim də əməkdaşı olduğum dövlət kanalı neft pullarından ən çox bəhrələnən təşkilatlardan biri olub.

Əlbəttə, bu vəsaitləri rahatca pay-püş etmək A. Alışanov üçün çətin olmayıb. İşlədiyi müddətdə qılıncının dalı da, qabağı da kəsən sədr, vəsaitlərin bir hissəsini müxtəlif yollarla şəxsi biznesinə yönəldib. Və bunu bütün dövlət qurumlarının gözü qarşısında, nümayişkaranə şəkildə edib”.

Xatırladaq ki. A. Alışanov adı daim qalmaqallarda hallanıb. Onun biznes fəaliyyəti barədə mətbuatda dəfələrlə geniş araşdırmalar dərc olunub. Xüsusən, AzTV-də tenderlərin necə keçirilməsi, dövlət satınalmalarında yol verilən külli miqdarda maxinasiyalar barədə detallı məlumatlar yazılıb.

Şamaxı sakinləri də mediaya dəfələrlə bildiriblər ki, onlara məxsus pay torpaqları Arif Alışanov tərəfindən alınıb. Maddi imkansızlıqdan təklif olunan şərtlərlə razılaşmağa məcbur olan kənd sakinlərinin bir qismi indi Bakıda, Rusiyada işləyib ailəsini dolandırmağa çalışdıqlarını deyiblər. Əl-ayağı tutmayanlar da təqaüdün ümidinə qalıb, onların sahib olduqları torpaqlarda Alışanovun adamları əkin-biçinlə məşğuldurlar.

Cəmilə Tağıyevanın sözlərinə görə, AzTV-nin keçmiş sədri ən çox Şamaxının 2 kəndindən - Qızmeydan və Nağaraxanadan torpaq sahələri alıb: “Qızmeydan kəndindən ümumilikdə 101, Nağaraxanadan isə alınan 198 hektar torpağın hamısı kənd təsərrüfatı təyinatlıdır.Torpaq sahələri Hacı Babayev - Alışanovun sürücüsü, Arzu Muradova - bacısı, Nilufər Cəfərova - bacısı qızı, Mehriban Alışanova - keçmiş həyat yoldaşı, Dəyanət Cəfərov - bacısı oğlu, Camal Nəbiyev AzTV-nin təsərrüfat şöbəsinə rəhbərlik etmiş şəxs, Fərid Aşurbəyov- keçmiş kürəkəni, Nigar Alışanov - qızı, Aynur Alışanov - qızı və Habil Alışanov - qardaşının adlarına sənədləşdirilib. Notarial sənədlərə görə, rayonda 42.08 ha torpaq sahəsi təkcə keçmiş AzTV sədrinin sürücüsünün adınadır.

Nağaraxana kəndinin torpaqları Şamaxıda ən bahalı ərazilər sayılır. Notarius sənədlərindən görünən odur ki, Alışanovlar həmin illərdə Qızmeydan kəndində torpağın hektarını 1000-1500, Nağaraxana kəndində isə 4000-5000 manatdan alıb. Hazırda həmin ərazilərdə torpağın qiyməti olduqca bahadır. Satış elanlarındakı qiymətlərlə hesablasaq, təkcə iki kəndə Alışanovların 30 milyon manat dəyərində torpaq sahələri var".

Arif Alışanovun bölüşdürdüyü torpaq paylarına gəldikdə, Cəmilə Tağıyevanın verdiyi məlumata görə, keçmiş həyat yoldaşı, Hesablama Palatasının auditoru Mehriban Alışanovanın adına Qızmeydan kəndində 30 hektar 28 sot torpağı var: “Arif Alışanovun kiçik qızı Nigar Alışanovanın da adına Şamaxının Qızmeydan kəndindən 15 hektar, Əhmədli kəndindən isə 6 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi alınıb. Alışanovun böyük qızı Aynur Alışanovanın adına xeyli torpaq sahəsi rəsmiləşdirilib. 2009-cu ildə Şamaxının Əhmədli kəndindən 1 hektar, 2017-ci ildə isə Nağaraxana kəndindən 9 hektar 12 sot torpaq alıb.

Aynur Alışanovanın keçmiş həyat yoldaşı Fərid Aşurbəyov da vaxtıilə qayınatasından nəsibini alıb. 2009-cu ildə Qızmeydandan 27 hektar, 2015-ci ildə isə Nağaraxana kəndindən 11 hektar torpaq sahəsi alıb. Eşitmişəm ki, boşanmadan sonra torpaq sahələrini ondan geri alıblar”.

C. Tağıyevanın sözlərinə görə, Arif Alışanovun qardaşı Habil Alışanovun adına cəmi bir sənəd var: “O, 2016-cı il fevralın 18-də Şamaxının Nağaraxana kəndindən 3 hektar 37 sot torpaq sahəsi alıb. H. Alışanov eyni zamanda Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Xidmətinin rəis müavinidir”.

Xatırladaq ki, Cəmilə Tağıyevanın atası Şücayət Əkbərov Arif Alışanovun iddiası əsasında 2017-ci ilin yanvar ayında həbs edilib. O, AzTV sədrinə qarşı su-qəsd təşkil etməyə cəhd etməkdə və dələduzluqda ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 16 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmədə ittihamları rədd edən Ş.Əkbərov, keçmiş sədr haqqında sensasiyalı ifadələr verib. Onlardan biri də Alışanovun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla yaxın əlaqələrə malik olması ilə bağlıdır.

İttihama görə, Ş. Əkbərov A. Alışanovun 4 milyon 641 min manatlıq əmlakını ələ keçirib. Əkbərov bu ittihamların hər ikisini rədd edib. Cəmilə Tağıyeva bildirib ki, A. Alışanovatasını həbs etdirməklə kifayətlənməyərək, onun adına Şamaxı rayonu, Çuxuryurd kəndində olan 5.066 hektar torpaq sahəsini bacısı qızı Nilufər Cəfərovanın adına keçirib: “Həmin kənddə anam S .Sadıqovaya məxsus 6.5 hektar torpaq sahəsi də zorla eyni şəxsin adına rəsmiləşdirilib. Bundan başqa Nağaraxana kənində ona məxsus 194.4 kv.m yaşayış evi də əlindən alınaraq N.Cəfərovanın mülkiyyətinə keçirilib. Yeri gəlmişkən, anam bu evdə qeydiyyatdadır, onun razılığı olmadan ev necə başqasının adına keçirilə bilər? Rayonun Mədrəsə qəsəbəsi, N. Gəncəvi küçəsi 26 ünvanında 022. hektar torpaq sahəsinin üzərində yerləşən, sahəsi 271 kv.m olan ev isə Arif Alışanovun digər qızı Aynur Alışanovaya verilib. Alışanov daha sonra Samux rayonunda yerləşən, anama məxsus olan 1.24 hektar torpaq sahəsini də Nilufər Cəfərovanın adına rəsmiləşdirilməsinə nail oldu”.

Ş. Əsgərovun keçmiş həyat yoldaşı Səlimə Sadıqova da məhkəmədə bildirib ki, ittihamın əksinə, Arif Alışanov onun əmlaklarını ələ keçirib. O, əmlakların geri qaytarılması tələbi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edib.

Səlimə Sadıqova iddia ərizəsində qeyd edib ki, keçmiş əri Şücayət Əkbərov həbs edildikdən 2 gün sonra polis gücünə bölməyə aparılıb və orada AzTV-nin işçisi Camal Nəbiyevin adına etibarnamə verməyə məcbur edilib. Bu etibarnamə əsasında isə Şücayət Əkbərovdan boşanmadan ona qalan bütün əmlak Alışanovun bacısı qızı Nilüfər Cəfərovanın adına keçirilib. S.Sadıqova qeyd edib ki, əslində bütün əmlak Alışanovun nəzarətinə verilib. Nərimanov rayon Məhkəməsi mübahisə predmeti olan əmlakların üzərinə həbs qoyub.

C. Tağıyevanın sözlərinə görə, martın 10-da Nərimanov rayon Məhkəməsində anası Səlimə Sadıqovanın cavabdehlər Arif Alışanov, Nilufər Cəfərova və Camal Nəbiyevə qarşı iddiası üzrə məhkəmə prosesi davam etdiriləcək: “Anam AzTV-nin keçmiş sədri tərəfindən zorla əlindən alınan əmlakın və torpaq sahələrin onun mükiyyətinə qaytarılmasını tələb edir. İş Nərimanov rayon Məhkəməsinin hakimi Vüqar Quliyevin icraatındadır. Arif Alışanov bizə zülm edib, atamı şərləyərək həbs etdirib, bütün əmlakımızı, torpağımızı ələ keçirib. Atam açıq ürək əməliyyatı keçirib, hazırda səhhəti ağır olsa da həbsdə saxlanılır. Anam atamdan çoxdan boşansa da əmlakı polis gücünə zorla, təhdidlə notarius vasitəsi ilə əlindən alınıb. Mən mətbuat vasitəsi ilə dəfələrlə Prezident, cənab İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror Zakir Qaralova, Daxili işlər naziri Vilayət Eyvazova müraciət etmişəm. Ölkə rəhbərliyindən xahiş edirəm ki, bizi Arif Alışanovun zülmündən qurtarsın, onun diqtəsi, sifarişi ilə çıxarılan məhkəmə qərarlarına yenidən baxılsın, haqq-ədalət yerini tapsın. Hüquqi dövlətdə yaşayırıqsa, bir ailə korrupsioner məmurun tapdağı altında qalmamalıdır, dövlət rəhbərliyi qanunun aliliyinin təmin olunması üçün iradə göstərməlidir”.

C. Tağıyeva daha sonra qeyd edib ki, Nefçalanın, Ağıstafanın korrupsioner icra başçılarının ifşa olunması onları çox sevindirib: “Dövlətə, vətəndaşa qarşı cinayətlər törədən bütün məmurlar onların aqibətini yaşamalıdırlar. O cümlədən, Arif Alışanov. Dövlət onun yaxasından tutub AzTV-yə sədrlik etdiyi dövrdə sahibləndiyi milyonlarla dollarlıq əmlakın, yüz hektarlarla torpaqların hansı vəsaitlə alındığını soruşmalıdır. Ailəmizə qarşı həyata keçirilən repressiyanı, qanunsuzluğu sorğulamalıdır, bu işdə rolu olan istintaqçılar, notarius, məhkəmə hakimləri də qanun qarşısında cavab verməlidirlər. Martın 10-da Nərimanov rayon Məhkəməsinin hakimi Vüqar Quliyevin sədrliyi ilə anamın şikayətinə baxılacaq. Mən ümid edirəm ki, Vüqar müəllim bu cinayətdə Arif Alışanovun əmrlərini yerinə yetirmiş hakimlərin davamçısı olmayacaq. Hazırki vəziyyəti düzgün qiymətləndirəcək, şəffaflığın, hüququn aliliyinin təmin olunması istiqamətində dövlət iradəsinin nə qədər qətiyyətli olduğunu görüb işə ədalətli baxacaq”.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə sədr təyin olunub- SƏRƏNCAM

    “Azərbaycan Televiziya və Radio Verilişləri” ...

    4-09-2019, 12:20

  • 
  • AzTV-nin sədri işdən çıxarıldı

    AzTV-nin sədri işdən çıxarıldı ...

    15-01-2019, 16:41

  • 
  • DTX-nın həbs etdiyi icra başçısının EŞŞƏK südü biznesi

    DTX-nın həbs etdiyi icra başçısının EŞŞƏK südü ...

    21-02-2020, 20:45

  • 
  • İsmayıl Vəliyev büdcə pullarını necə “yeyir”?

    İsmayıl Vəliyev büdcə pullarını necə “yeyir”? ...

    8-12-2013, 20:47

  • 
  • Həbs edilən icra başçısı ilə bağlı daha bir maraqlı məlumat - YENİ FAKTLAR

    Həbs edilən icra başçısı ilə bağlı daha bir ...

    3-03-2020, 16:33


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu