GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İsmət Qayıbovun ailəsinin biznesini çökdürən Allahquluzadə kimdir? – Müraciət

İsmət Qayıbovun ailəsinin biznesini çökdürən Allahquluzadə kimdir? – Müraciət

Tarix: 16-03-2020, 15:07 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 135
İsmət Qayıbovun ailəsinin biznesini çökdürən Allahquluzadə kimdir? – Müraciət


“1998-ci ildə ailə üzvlərimiz tərəfindən təsis edilmiş ölkənin ilk şirniyyat brendi olan “Bon Appetit” mağazalar şəbəkəsi əlimizdən çıxdı, bütün əmlaklarımıza həbs qoydurulub, bu azmış kimi, keçmiş şərikimiz Fuad Allahquluzadə şirkət çökdürdüyü halda məhkəməyə müraciət edərək bizdən 770 min manat təzminat tələb edir”.

Gundemxeber.Az Reportyor.info-ya istinadla xəbər verir ki, bu sözləri KİV-ə ünvanladığı şikayət məktubunda Azərbaycanın ilk baş prokuroru, mərhum İsmət Qayıbovun qızı Firuzə Qayıbova və mərhum baş prokurorun nəvəsi Şəbnur Qayıbova yazıblar.

Ölkənin I vitse-prezidenti Mehriban Əliyevaya müraciət edən Qayıbovların sözlərinə görə, “Bon Appetit” mağazalar şəbəkəsi onun nənəsi Leyla Qayıbova, anası Bahar Qayıbova, bibisi Firuzə Qayıbova və digər yaxınları tərəfindən qurulub.

2001-2019-cu illərdə, yəni 18 il ərzində mağazalar şəbəkəsi Ş.Qayıbovanın anası tərəfindən idarə olunub. Mərhum baş prokurorun nəvəsi I vitse-prezident Mehriban Əliyevaya müraciətində bildirir ki, son dövrlərdə anasının biznesi tək başına idarə etmək imkanı olmayıb:

“Bu məqsədlə bizə kömək etməsi üçün Prezidentin xüsusi mühafizə xidmətində işləyən Fuad Allahquluzadə ilə şərik olmağa qərar verilir.

Ümidimiz ona idi ki, Fuad Allahquluzadə komandası ilə birgə biznesin vəziyyətini yaxşılaşdıracaq, gəlirlər artacaq. Lakin Fuad Allahquluzadə və direktor təyin etdiyi Rüfət Dadaşov 1 ildən az vaxt ərzində şirkətin hesabından 320 min manatdan artıq vəsait mənimsədi.

Eyni zamanda “Bravo” marketlər şəbəkəsi ilə olan müqaviləyə xitam verildi, məhsulların keyfiyyəti və satış aşağı düşdü, əsas müştərilər itirildi.

Yuxarıda qeyd etdiyimiz kimi, bundan sonra şərikimiz Fuad Allahquluzadə şirkəti müflis vəziyyətə saldığı halda məhkəməyə müraciət edərək bizdən 770 min manat təzminat tələb etməkdədir”.

F.Qayıbova və Ş.Qayıbova I vitse-prezident Mehriban Əliyevaya müraciətində qeyd edirlər ki, F.Allahquluzadə vəzifə mövqeyindən və əlaqələrindən, o cümlədən Prezidentin xüsusi mühafizə xidmətinin rəisi, general Bəylər Əyyubovun adından sui-istifadə edir.

“Biz əminik ki, hörmətli general Bəylər Əyyubovun məsələdən heç xəbəri yoxdur. Sadəcə, onun və digər yüksək ranqlı məmurlarından adından istifadə edərək bizi çıxılmaz vəziyyətə salıb, bütün əmlaklarımıza həbs qoydurub.

Fuad Allahquluzadənin adamı Rüfət Dadaşov direktor işlədiyi 9 aya yaxın dövr ərzində özünün yarıtmaz və qanunsuz fəaliyyəti nəticəsində müəssisənin maddi mənafelərinə, işgüzar nüfuzuna və biznes fəaliyyətinə ciddi ziyan vurub.

Şirkətin bank hesablarından qanunsuz olaraq 144 min manatdan artıq vəsaiti məxaric edərək, mənimsəyib”, – deyə Firuzə və Şəbnur Qayıbovalar müraciətində yazırlar.
Müraciət müəllifləri bildirirlər ki, həmçinin, “Bon Appetit” ilə “Bravo” marketlər şəbəkəsi arasında qənnadı məhsullarının alqı-satqısı üzrə uzunmüddətli, uğurlu biznes müqaviləsi var idi:

“Lakin Fuad Allahquluzadənin “kadrı” Rüfət Dadaşovun “xüsusi səyləri” və məsuliyyətsizliyi nəticəsində “Bravo” tərəfindən ötən il yanvarın 21-dən növbəti sifarişlər dayandırılıb”.

Sonda Firuzə və Şəbnur Qayıbovalar dövlət rəhbərliyinə üz tutaraq kömək istəyiblər: “Düşdüyümüz bu vəziyyətlə əlaqədar prezident İlham Əliyevdən və hörmətli Mehriban xanımdan xahiş edirik ki, bizi qəbul etsinlər, dərdimizi dinləsinlər, köməklik göstərsinlər.

İnanırıq ki, bizi qəbul etsələr, haqlı və haqsız tərəfin kim olduğu üzə çıxacaq. Çünki Mehriban xanım həmişə vətəndaşların müraciətlərinə həssasdır, minlərlə çarəsiz, köməksiz insana yardım göstərib.

Ümidvarıq ki, rəhmətlik şəhid babamız İsmət Qayıbovun bu vətən üçün xidmətləri nəzərə alınaraq, ehtiram göstərilərək, onun ailə üzvlərinin üzləşdiyi bu çətinliklə bağlı ölkə rəhbərliyi bizə diqqət ayıracaq”.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 60
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "İdeal" mağazalar şəbəkəsi cərimələnib

    "İdeal" mağazalar şəbəkəsi cərimələnib ...

    20-07-2019, 15:50

  • 
  • MTN-də kimlər həbs olunub? - SİYAHI

    MTN-də kimlər həbs olunub? - SİYAHI ...

    21-10-2015, 16:16

  • 
  • Polkovnikdən Mehriban xanım Əliyevaya müraciət: Mən o qəbulda nələr gördüm/Video

    Polkovnikdən Mehriban xanım Əliyevaya müraciət: ...

    18-06-2019, 10:42

  • 
  • “Kontakt Home” necə oldu ki çiçəkləndi? - İDDİA

    “Kontakt Home” necə oldu ki çiçəkləndi? - İDDİA ...

    6-01-2020, 16:30

  • 
  • “Çudo Peçka”nın daha 2 mağazası bağlandı - İşçilər məhkəməyə müraciət edəcəklər

    “Çudo Peçka”nın daha 2 mağazası bağlandı - ...

    19-02-2017, 23:52


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu