GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Səfər Mehdiyev bu rəqəmləri hardan almışdı? - FAKT

Səfər Mehdiyev bu rəqəmləri hardan almışdı? - FAKT

Tarix: 18-03-2020, 14:38 Bölmə :GündəmXəbər / Manşet Baxış: 917
Səfər Mehdiyev bu rəqəmləri hardan almışdı? - FAKT


Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyevin daha bir YANLIŞI ortaya çıxıb. Hər halda, DGK sədrinin keçən il KİV qarşısında söylədiyi rəqəmlərin reallıqdan uzaq olmasını mədəni formada bu şəkildə təqdim etmək olar. Maraqlı orasıdır ki, bu dəfə DGK sədrinin yanlışını mətbuat yox, elə DGK-nın özü tərəfindən açıqlanan rəqəmlər ortaya çıxarıb.

Xatırladaq ki, keçən ilin noyabrında Dövlət Gömrük Komitəsinin (DGK) sədri keçirdiyi mətbuat konfransında bildirmişdi ki, ölkəyə gətirilən "Hybrid" nəqliyyat vasitələrinin mühərriklərinin həcmi 1500-2000 sm2 təşkil edir və onlara tətbiq edilən gömrük rüsumu 600-700-1500 manatdır. "Hybrid" maşınlar üçün minimal məbləğdə olan gömrük rüsumunun ləğvi məqsədəuyğun deyil.

Qeyd edək ki, həmin ərəfədə də Səfər Mehdiyevin açıqladığı rəqəmlərə yerli ekspertlər tərəfindən etirazlar gəlmişdi. Məsələn, vergi eksperti Vəli Əliyev Səfər Mehdiyevin açıqlamasında səsləndirdiyi vergi məbləğlərinin doğru olmadığına işarə edərək bunları demişdi:

"Səfər müəllimin diqqətinə: 1-ci idxal olunan nəqliyyat vasitəsinin "Hybrid" və ya daxili yanma mühərriki olmasından asılı olmayaraq idxal vergi və rüsümları dəyişilməzdir. 2-ci 600-700 manat dediyi aksiz vergisidir. Üçüncü 10000 dollar dəyərində 1700 sm3 mühərriki olan nəqliyyat vasitəsinin idxalı zamanı tutulan cəmi vergi və gömrük rüsumlarının məbləği istehsal tarixi 1 ilədək olduqda təqribən 6261 manat, istehsal tarixi 1 ildən çox olduqda 7966 manat təşkil edir”.

Mövzu ilə əlaqədar iqtisadçı Rövşən Ağayev isə bildirmişdi ki, hətta elektromobilləri də tam vergidən azad rejimə keçirməyə ürəkləri gəlmir: “Onlar ƏDV-dən azaddır, amma 15%-lik idxal rüsumuna cəlb edilir. Hökumət ən azından elektromobilləri və hibrid maşınları heç olmazsa 5 illik müddətə 0% vergiyə rejiminə keçirməli idi. Mühərrikinin həcmi 1500 sm3-u ötməyən daxili yanma mühərriki ilə işləyən minik avtomobilləri də istismar müddəti 3 ili ötmədikdə ən azından indiki ilə müqayisədə 2 dəfə az vergi ödəmək imkanı tanınmalı idi. Yəni 7 ildən çox istismar müddəti olan avtomobillərin idxalı qadağan olunan ölkədə mən deyən addımlar atılmalıdır”.

İndi isə DGK tərəfindən bu ilin yanvar-fevral ayları ilə bağlı hesabat açıqlanıb. Hesabatda deyilir ki, Azərbaycana xaricdən 11 min 547 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. GundemXeber.Az Dia.Az-a istinadən bildirir ki, yeniavaz.com-un açıqlanan rəsmi məlumatlarada apardığı hesablama göstərir ki, bu, 2019-cu ilin yanvar-fevral ayları ilə müqayisədə 6 min 378 ədəd və yaxud 2,2 dəfə çoxdur.
Hesabat dövründə 10 min 717 ədəd adamların daşınması üçün nəzərdə tutulan minik avtomobilləri, 64 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 741 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 25 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.
Bunlardan başqa ilin ilk 2 ayında daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən (hibrid) 1 273, yalnız elektrik mühərriklə hərəkətə gətirilən (elektromobil) 9 nəqliyyat vasitəsi idxal olunub. Müqayisə üçün bildirək ki, hibrid avtomobillərin 659-u yanvar, 614-ü isə fevral ayında idxal olunub. Elektriklə işləyən avtomobillərin isə 7-si yanvar, 2-si fevral ayında Azərbaycana gətirilib.
Onu da qeyd edək ki, bu ilin yanvar-fevral aylarında ölkəyə gətirilən hibrid avtomobillərin 1 ədədinin orta gömrük dəyəri 5 250 dollar (8 920 manat), elektriklə işləyən avtomobillərin 1 ədədinin orta gömrük dəyəri isə 10 040 dollar (17 070 manat) olub.

Yəni bu rəqəmlər də təsdiqləyir ki, DGK Səfər Mehdiyev yox, ekspertlər doğrusunu söyləmişdi. Hər halda, DGK sədrinin öz işindən belə bu qədər məlumatsız olması gömrük sistemindəki keyfiyyətsizliyin əsas şərti kimi də qəbul edilə bilər...

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səfər Mehdiyevin qohumbazlığı başına bəla ola bilər... - DGK üzərində "qara buludlar"...

    Səfər Mehdiyevin qohumbazlığı başına bəla ola ...

    7-08-2019, 12:27

  • 
  • Səfər Mehdiyev əks həmlədə... - DGK sədri özünü ifşa edir...

    Səfər Mehdiyev əks həmlədə... - DGK sədri özünü ...

    27-08-2019, 16:26

  • 
  • Yeni sədr rəislərin yerini dəyişdi

    Yeni sədr rəislərin yerini dəyişdi ...

    4-05-2018, 16:21

  • 
  • Səfər Mehdiyev qara işləri onun əli ilə görür... - İDDİA

    Səfər Mehdiyev qara işləri onun əli ilə görür... ...

    16-11-2018, 16:09

  • 
  • Səfər Mehdiyevin növbəti hədəfi Əsgər Abdullayevdir... - İDDİA

    Səfər Mehdiyevin növbəti hədəfi Əsgər ...

    31-10-2018, 14:01


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (535)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu