Heydər Əliyev Fondu, Ağsu RİH Pirhəsənli bələdiyyəsinin üzvləridir ?
Ağsu RİH , Pirhəsənli kənd icra nümayəndəliyi və bələdiyyəsinin Qarabağ əlilinin istifadəsində olan torpaq sahəsini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək alver predmetinə çevirmələrinə hələ də hüquqi qiymət verilməyib. Ağsu RİH -in keçmiş başçısı kəndin yeganə zabit Qarabağ əlilinin 22 ildir istifadəsində olan torpaq sahəsini özünə uşaq bağçası tikməyə ayırmağı Pirhəsənli kənd icra nümayəndəliyinə və bələdiyyəsinə tapşırıb . Özü də Heydər Əliyev fondunun maliyyə dəstəyi ilə. Nə prokurorluq, nə polis, nə də məhkəmə açıq-aşkar qanunsuzluğa, özbaşınalığa görə tədbir görür . Bələdiyyələrə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı - Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin isə Göyçay Regional Ədliyyə İdarəsinin rəis əvəzi Elnur Əsədova “vətəndaşa cavab verməyi ” tapşırması şablona dönüb. Sözügedən idarənin sözügedən rəis əvəzi öncə torpaqayırma qərarının qanunsuz olduğunu bildirib və ləğv edilməsini təklif edib. Sonradan “donos”u əsas tutub ki, həmin sahə ümumi istifadədə olan torpaq sahəsi olduğundan heç kimə verilə bilməz. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29.06.2001 tarixli 160-llQ saylı Azərbaycan Respublikası Qanununun 11-ci, 16-cı maddələrini diqqətə çatdıranda isə idarə rəisi “3 dəfə “dedığım dedığdır” “əsası” ilə cavab verməkdən imtina edib. Maraqlıdır ki, Ağsu RİH-in torpaq qanunvericiliyinin tələblərinə zidd cavabı ilə Göyçay Regional Ədliyyə İdarəsinin cavabı üst-üstə düşür! Hər ikisi torpaq sahəsinin ümumi istifadədə olduğunu bildirib, heç bir hüquqi və ya fiziki şəxsə verilə bilməzliyini və “ hazırda həmin ərazidə Heydər Əliyev fondunun uşaq bağçası tikdiyini “ xüsusi vurğulayırlar. İkiqat maraqlıdır, heç kəsə veriləbilməz torpaq sahəsi, görəsən, Heydər Əliyev fonduna hansı əsasla verilib ? Bu suala cavab olaraq “valı dəyişən” Ağsu RİH -in həm köhnə , həm də yeni rəhbərliyi kənddə “uşaq bağçasına ciddi ehtiyacın olduğunu, həmin sahənin Qarabağ əlilinin istifadəsində olmadığını “ “zəhmətkeş “donos”ları” ilə əsaslandırmağa çalışıblar. Elə həmin icra hakimiyyətindən göndərilən həmin torpaq sahəsinin Qarabağ əlilinin istifadəsində olması haqqında çoxsaylı məktublardan ikisini diqqətə çatdıranda isə elə bil qurbağa gölünə daş atılıb. Hələ ki, susqunluq və tikinti işləri davam edir. Qarabağ əlili isə dövlətin 1-ci şəxslərinə, Heydər Əliyev fondunun rəhbərliyinə müraciət edərək, həmin tikilinin yönətiminin böyük ailəsinə verilməsini diləyir. Necə olur, hamıya ev tikən, yardım edən fond Qarabağ əlilinin çörəkpulu torpağında icra başçısına “bağça biznesi obyekti “ tikir? Bəs xaricdə müalicəyə ehtiyacı olan, torpağı da əlindən alınan müharibə əlili neyləsin? Onu da vurğulayaq ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında “ , “ Torpaq islahatı haqqında “ qanunların və Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tələblərinə əsasən, bələdiyyə torpaqları YALNIZ BƏLƏDİYYƏ MÜLKİYYƏTİNDƏ OLAN MÜƏSSİSƏ, İDARƏ VƏ TƏŞKİLATLARIN İSTİFADƏSİNƏ VƏ İCARƏSİNƏ VERİLƏ BİLƏR. Belədə haqlı sual doğur :
BƏYƏM HEYDƏR ƏLİYEV FONDU , AĞSU RİH PİRHƏSƏNLİ BƏLƏDİYYƏSİNİN ÜZVLƏRİDİR?
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?