GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Goranboyda icra başçısı ilə müavinin rüşvət əməliyyatları: ayaqyolunadək…

Goranboyda icra başçısı ilə müavinin rüşvət əməliyyatları: ayaqyolunadək…

Tarix: 26-03-2020, 14:06 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 132
Goranboyda icra başçısı ilə müavinin rüşvət əməliyyatları: ayaqyolunadək…


Azərbaycan Respublikası Prezidentinin 05 aprel 2019-cu il tarixdə imzaladığı Sərəncam əsasında, Goranboy rayon İcra Hakimiyyətinə başçı təyin olunan​ Quliyev Məhərrəm Böyükağa oğlunun ötən illər ərzində göstərdiyi müəmmalı fəaliyyəti, bu gün də daha çox söz-söhbətə səbəb olan, əksər media qurumlarının gündəmini zəbt edən mövzulardan birinə çevrilməkdədir.

Gundemxeber.Az bildirir ki, bununla bağlı cumhuriyyet.az-ın media üzərindən apardığı araşdırmalara, bəzi çevrələrdə dolaşan söz-söhbətlərə görə, Goranboya lazımınca bələd olmayan yeni icra başçısı ilk gündən köhnə kadrlarla işləyə bilməyəcəyini bəyan edir. Elə ki, günlər keçir o halda Məhərrəm Quliyev ciddi kadr problemi ilə üz-üzə qalır. Belə olan halda o, özünün həmyerlisi olan, hal-hazırda Siyəzən rayon İcra Hakimiyyətinə rəhbərlik edən Novruz Novruzovun məsləhətlərinə qulaq asmalı olur. Yəni, adı çəkilən şəxs ona bildirir ki, “Vaxtilə mənimlə və məndən sonrakı icra başcıları ilə də işləmiş bəzi kadrlardan istifadə et. Ələxüsus, kecmiş 1-ci müavin Ceyhun Həsənovu tap və onun imkanlarından yararlanmağa çalış” deyə, Məhərrəm Quliyevə öz məsləhətlərini verir. Çox keçmir ki, “ağsaqqal” bildiyi bu şəxsin məsləhətinə qulaq asan icra başçısı, dərhal Ceyhun Həsənovu tapır və çox keçmir ki, Goranboy rayon İcra Hakimyyəti Aparatında illər öncə bu şəxsin üzünə bağlı qalan qapılar “taybatay açılır”.
​Düzdür, belə bir halın varlığı müəyyən çevrələrdə dolaşan, kimlərinsə məlumatlı olduğu söz-söhbətlər olsa da, bugünə kimi əksəriyyətin bilmədiyi məqamlar da var. Həmin məqamların varlığını, baş verən proseslərin mahiyyətini cumhuriyyet.az-ın oxucularının diqqətinə çatdırmağı qərara aldıq. Belə ki, illər öncə Novruz Novruzov Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyarkən, Ceyhun Həsənov başçının 1-ci müavini olur. Həmin vaxtlarda icra başçısı bu şəxsdən 200 (iki yüz) min manat məbləğində “haqq-hesab” alır və “Mən yaxın vaxtlarda Bakıətrafı rayonlardan birinə başçı təyin olunacağam, o halda səni Goranboya başçı təyin etdirəcəyəm” deyə, ona bu yöndə “yağlı vəd” də verir. Bir qədər vaxt keçdikdən sonra Novruz Novruzov Prezidentin imzaladığı Sərəncam əsasında Siyəzən rayon İcra Hakimiyyətinin başçısı​ təyin olunur. Belə olan halda onun düzüb-qoşmaq istədiyi plan baş tutmur və Ceyhun Həsənov bir daha yeni təyin olunan icra başçına 1-ci müavin olur. Bir neçə il Goranboy RİH Aparatinda 1-ci müavin vəzifəsini daşıyan Ceyhun Həsənov, yalnız​ Nizaməddin Quliyev icra başçısı təyin olunduqdan sonra, məhz daşıdığı vəzifəsinə “əlvida” deməli olur. Buna da əsas səbəb, daşıdığı vəzifəsini icra edərkən çoxsaylı qanunsuzluqlara, hədsiz dərəcədə mənimsəmə faktlarına və s. qol qoyması olur. Elə ki, Ceyhun Həsənov işdən çıxarılır, o halda o, Novruz Novruzova verdiyi 200 min manat “haqq-hesab”ı ondan geri tələb edir. Belə bir olayla üz-üzə qalan Novruz Novruzov, son anda məcbur olub onu Mingəçevirdə əmlak məsələləri sahəsində səlahiyyətli vəzifəyə təyin etdirir.

Goranboyda icra başçısı ilə müavinin rüşvət əməliyyatları: ayaqyolunadək…


Ceyhun Həsənov bir müddət bu sahədə çalışsa da, yenə də “bəxti gətirmir”. Yəni, çalışdığı sahədə qol qoyduğu qanunsuzluq əməllərinə görə, rəhbərlik onu “yola salmaq” məcburiyyətində qalır. Belə olan halda Ceyhun Həsənov dirəniş göstərir və Novruz Novruzova verdiyi 200 min manat “haqq-hesab”ı ondan geri tələb edir. Çıxılmaz durumda qalan Siyəzən rayon İcra Hakimiyyətinin başçısı, son anda aldığı 200 min manat pulun 100 min manatını geri qaytarmağa məcbur olur. Belə bir vaxtlarda Ceyhun Həsənov heç də boş dayanmır və özünə hansısa yollarla əlillik sənədi düzüb-qoşdura bilir.
Hadisələrin bu cür cərəyan etməsinə baxmayaraq, yuxarıda qeyd etdiyimiz kimi Məhərrəm Quliyev Novruz Novruzovun məsləhətini əsas tutur və ilk əvvəl Ceyhun Həsənovu Goranboy RİH Aparatında şöbə müdiri təyin etsə də, iki aydan sonra isə, onu özünə 1-ci müavin təyin edir. Belə bir addımın atılması əksəriyyəti şoka salsa da, hər kəs o haqda da məlumatlı olur ki, indiyə kimi Azərbaycan dövlətinin idarəçilik tarixində təqaüddə olan, özünə əlillik dərəcəsi düzüb-qoşan, vaxtilə dövlət qulluğunda olarkən biznes fəaliyyəti ilə məşğul olub hədsiz dərəcədə kapital toplayan, illər öncə​ 1-ci müavin daşıyan bir şəxs, heç bir halda belə bir təyinatla ödüllənməyib. Yəni, Məhərrəm Quliyev Azərbaycan Respublikasının idarəçilik tarixində belə bir addımını atmaqla, bir növ adını tarixə yazmış oldu. Hətta, Məhərrəm Quliyev​ bu yolda ona maneə ola biləcək bütün sədləri zamanında təmizləyir ki, Ceyhun Həsənovdan lazımınca yararlana bilsin.
​Bəzi iddialara görə, illər öncə Ceyhun Həsənov 1-ci müavin vəzifəsini daşıyarkən, Goranboyda həddi-hüdudu bilinməyən sayda çoxsaylı qanunsuzluqlara imza atır, hətta bu şəxsin vasitəçiliyi ilə RTŞ-nin 20-dən çox vəzifəli şəxsi barədə cinayət işi də qaldırılır. Bəzi iddialara görə, Məhərrəm Quliyev Göranboya icra başcısı təyin olunduqdan və vəzifəsinin icraasına başladıqdan bir qədər sonra, bir necə idarə-müəssisə, təşkilat rəhbərlərinə xəbər göndərir ki, “ya kreslonuza əlvida deməlisiniz, ya da ki, mən deyən olmalıdır. Kim vəzifəsində qalmaq istəyirsə, o halda “tasa oturmalıdır” deyə, həmin şəxslərə öz mesajlarını çatdırır. Məsələn, cumhuriyyet.az-a rayondan daxil olan məlumata görə, icra başçısı rayonun Telekommunikasiya Qovşağının rəisini vəzifədə saxlamaq üçün, ondan 70 (yetmiş) min manat məbləğində “şirinlik” alır. Rayonun “Sukanal” idarəsinin müdirini də oxşar aqibətlə üz-üzə qoyur. Göranboy Səhiyyə şöbəsinin müdirinə isə, məhz fərqli münasibət bəsləyir. Yəni, şöbə müdirini ayda 2-3 min “haqq-hesab” verməyə razı salır. Rayonun təhsil müəssisələrində çalışan hər bir müəllimdən, yəni şəhər məktəblərində çalışan müəllimlərdən 20 AZN, kənd məktəblərində çalışan müəllimlərdən isə, ayda 10 AZN pul toplanması haqda, RTŞ-nin müdirinə “şanlı tapşırığını” verir. Rayon sakinləri arasında belə bir söz-söhbət də dolaşır ki, son vaxtlar bəzi icra başçıları həbs olunduqlarından, Məhərrəm Quliyev rüşvət alarkən işini olduqca ehtiyatlı tutur və bu yöndə yeni qaydalar tətbiq edir. Məsələn, bəzi çevrələrdə söylənilir ki, icra başçısı kimdən rüşvət alırsa, həmin rüşvəti RİH-nə məxsus ayaqyolunda alır.
​Son vaxtlar isə, Məhərrəm Quliyevin bir neçə nəfərə məxsus torpaq sahələrini ələ keçirməsi yöndə də, müəyyən söz-söhbətlər dolaşmaqda davam edir. Düşündürücü haldır ki, bir tərəfdə ölkə rəhbəri cənab İlham Əliyev hər bir vəzifə sahibinə, ələlxüsus icra başçılarına lazımi tapşırığını verir, digər tərəfdə isə bəzi vəzifə sahibi olan şəxslər, o cümlədən Goranboy rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin verdiyi tapşırıqları saya salmır. Belə bir halın varlığı, bu gün də ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır. Mövzuda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

Bu yöndə araşdırmalarımız davm edəcək.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Goranboy icra başçısının müəmmalı həyat yolu: fərarilikdən Əlikram Hümbətov əlaqələrinədək

    Goranboy icra başçısının müəmmalı həyat yolu: ...

    18-03-2020, 14:48

  • 
  • Laçın rayonuna yeni icra başçısı təyin edilib

    Laçın rayonuna yeni icra başçısı təyin edilib ...

    17-06-2016, 00:41

  • 
  • Prezident Qazaxa icra başçısı təyin etdi - SƏRƏNCAM

    Prezident Qazaxa icra başçısı təyin etdi - ...

    20-05-2016, 00:05

  • 
  • Göranboyda Məhərrəm Quliyevin sevimli "əlil" kadrı

    Göranboyda Məhərrəm Quliyevin sevimli ...

    5-09-2019, 12:01

  • 
  • Prezident İlham Əliyev Mingəçevir Şəhər İcra Hakimiyyətinə yeni başçı təyin edib - SƏRƏNCAM

    Prezident İlham Əliyev Mingəçevir Şəhər İcra ...

    17-12-2018, 16:02


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (535)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu