Rusiya Federasiyasından ölkəmizə gələn vətəndaşlarımız Qusardakı Sərhəd Keçid Məntəqəsində karantin rejiminə götürürürlər.
Təbii ki, koronavirusun qarşısını almaq məqsədilə karantin vəziyyətinin həyata keçirilməsi əsas şərtlərdən biridir. Amma, əməkdaşımızın yerində apardığı video-çəkiliş, məhz dediklərimizin tam əksini göstərir. Yaşanan olaylarla bağlı GundemXeber.Az-ın əməkdaşı Elman Əhmədov bildirir ki, “SKM-də vəziyyət çox acınacaqlıdır. Görəsən dövlətin baş verənlərdən xəbəri varmı və Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejiminin tətbiqi ilə bağlı vəziyyəti müzakirə edərkən, Qusardakı SKM-i haqda da hansısa qərar qəbul edibmi?” Əməkdaşımız qeyd olunan məntəqədə vəziyyətin çox acınacaqlı olmasını belə şərh etdi: '”Burada ayaqyoluna girmək olmur, isti su, soyuq su yoxdur, virusdan qorunmaq üçün heç kimə maska vermirlər. Ümumiyyətlə, SKM-də ümumi vəziyyət bərbad haldadır. Insanları şəraitsiz yerə doldurub zorla xəstələndirirlər. Gecə saatlarında havanın soyuq olmasına baxmayaraq, insanlar şəraitsiz palatqalarda qalırlar və onların çoxu böyrək xəstəliklərindən əziyyət çəkirlər. Bu dediklərimin hamısı gözlərimizin önündə baş verir”. Qeyd edək ki, ölkə rəhbəri Ilham Əliyev çıxışlarında xüsusi karantin rejimində, “bütün tədbirlər həssaslıqla həll olunmalıdır” deyə tapşırığını versə də, bəzi məmurlar eşitməzdən gəlib, bildiklərini edirlər. Bu da insanların sağlamlığı üçün yolverilməz hal kimi qiymətləndirilməlidir. Əməkdaşımızın hazırladığı video görüntüləri çoxsaylı oxucularımızın diqqətinə təqdim edirik:
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?