Az əvvəl məlum oldu ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr dəyişikliyi olub. Məlumata görə, Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Hidayət Abdullayev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin müavini təyin edilib. Qeyd edək ki, o, bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsində işləyib.
GundemXeber.Az DİA.AZ-a istinadla bildirir ki, Hidayət Abdullayev bu ana qədər nazirlik daxilində çox çəkişmələrdən keçməli olub. Belə ki, uzun müddət ona qarşı daxildə oyun quranlar, mübarizə aparnlar olub. Həmin şəxslərdən biri də ƏƏSMN-nin Daxili Nəzarət və Audit şöbəsinin müdiri Heybət İmanov idi. İndi isə son etimaddan aydın olur ki, Heybət İmanov arzusuna çata bilməyib. Rəqabətdə olduğu şəxs daha böyük görəvə gətirilib.
Qeyd edək ki, Heybət İmanov Füzuli Ələkbərovun dönəmində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “qara kassası” kimi tanınıb. Bu üzdən də Nazirlikdə onun “kadrları” çoxdur. Səlim Müslümovun dönəmində korrupsiya ittihamı ilə vəzifədən atılan Heybət İmanov nə qədər qəribə olsa da Sahil Babyevin zamanında nazirliyə geri qaytarıldı və ona çox strateji bir nöqtədə vəzifə verildi. Xatırladaq ki, ƏƏSMN-dəki vəzifəsini itirdikdən sonra Heybət İmanov özünə II dərəcəli saxta əlil vəsiqəsi alıb və buna baxmayaraq dövlət qurumlarında yüksək vəzifə tutmaqda davam edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?