GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Rafiq Bayramovun Şəmkirdəki Höccəti... - İttiham

Rafiq Bayramovun Şəmkirdəki Höccəti... - İttiham

Tarix: 6-04-2020, 23:22 Bölmə :GündəmXəbər / Manşet Baxış: 711
Rafiq Bayramovun Şəmkirdəki Höccəti... - İttiham


Sabiq vergilər naziri Fazil Məmmədovun adamı kimi tanınan Höccət Əsədullayev haqqında ictimai rəy belədir ki, o, çox çevik, gözüaçıq adamdır...

Pul haradadırsa, Höccət də oradadır. Tərəddüd etmədən biznesdən QHT-yə, oradan da müsabiqəsiz-filansız dövlət qulluğuna keçid ala bilir.

O vaxt hamıya maraqlı gəlmişdi, görəsən, Şəmkir Regional Mədəniyyət İdarəsinin hansı özəllikləri bu idarənin rəisi vəzifəsini Əsədullayevə cazibədar göstərib. İnandırıcı deyildi ki, indi aldığı maaş keçmiş nazirin ailə holdinqi sayılan "Synergy Group» ASC-nin Biznesin İnkişafı üzrə menecerinin aldığı məvacibdən üstün olsun. Aydın məsələydi ki, ortada başqa faktorlar vardır. Həmin faktorları sadalamağa keçməzdən əvvəl bir tarixçəni yada salmaq istəyirik. Etibarlı mənbədən öyrənmişik ki, H.Əsədullayevin qaynatası vaxtilə Bakının Nərimanov rayon İcraiyyə Komitəsində I katib vəzifəsində işləyəndə Əbülfəs Qarayev də onun rəhbərliyi altında çalışıbmış. «Çörək itirməyən» Ə.Qarayevin gözü daim keçmiş rəhbərinin kürəkəninin üstündə olub. Qarayev bir müddət onu nazir həmkarı F.Məmmədova «əmanət edib». Regional idarələr yarananda isə fürsəti dəyərləndirərək, Höccət Əsədullayevi artıq ona «doğmalaşmış», «cikinə-bikinə» yaxşı bələd olduğu Şəmkir rayonunda «babat» vəzifəyə yerləşdirib. Xatırladaq ki, Şəmkir Regional Mədəniyyət İdarəsinin tərkibinə Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl rayonlarının mədəniyyət bazalarında olan idarələr daxildir. GundemXeber.Az deryaz.az-a istibadla bildirir ki, rəis vəzifəsinə təyin olunan kimi özünün kadr islahatına başlayan H.Əsədullayev irəli sürdüyü şərtlərə əməl etməyən, «qılıncına boyun əyməyən» mədəniyyət işçilərini vəzifəsindən qovmağa başladı. Onun kadr siyasətindən narazı qalanlarla məhkəmə çəkişməsi uzun sürdü.

Məhz H.Əsədullayevin rəhbər vəzifəyə gəlməsi ilə Şəmkirin və yuxarıda adları çəkilən digər rayonların mədəniyyət müəssisələrinin müdirlərinin qara günləri başladı. Musiqi məktəblərində müəllimlərin dərs bölgüsündə ədalət prinsipləri pozuldu. Məktəblərə tutumlarından artıq sayda şagird qəbulu göstərilməsi, adları kağız üzərində gedən, de-fakto işləməyən mədəniyyət işçilərinin, musiqi müəllimlərinin maaş kartlarının rəislərinin cibində olması, səyyar klublar, mobil kitabxanalar işləməyə-işləməyə onları «daşıyan» nəqliyyat vasitələrinə ehtiyat hissələri, yanacaq və sürtgü materiallarının silinməsi, yumşaq və sərt inventar və avadanlıqların dəyişdirilməsi adı ilə səmərəsiz xərclərə yol verilməsi, mədəniyyət müəssisələrinə gerçək ehtiyacları üzrə deyil, məhz onların rəhbərləri ilə korruptiv sövdələşmələr əsasında maliyyə vəsaitinin ayrılması və sair bu kimi neqativ hallar çoxaldı. Aşkar müşahidə olunur ki, kənd musiqi məktəblərində otaqların məhdud sayı və tutumu ilə şagirdlərin sayı arasında böyük fərq var. Şəraitsizliyə baxmayaraq, hər il məktəbə çoxlu sayda şagird qəbul olunduğu göstərilir. Məqsəd süni surətdə şagird sayının və ona adekvat olaraq dərs yükünün artıq göstərilməsi yolu ilə məktəbə mümkün qədər çox maliyyə vəsaitinin ayrılmasına nail olmaq, sonra da öz aralarında «pay-püşk» etməkdir.

Əgər günü bu gün Hesablama Palatası, Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və Maliyyə Nazirliyi Şəmkir Regional İdarəsi üzrə Höccət Əsədullayevin hakimiyyəti dövründə büdcə vəsaitlərinin icrasının vəziyyəti ilə bağlı audit yoxlaması aparsa, məlum olar ki, Mədəniyyət və Turizm Nazirliyinin 1993-cü il iyunun 30-da təsdiq etdiyi «7 (8) illik uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin inzibati və xidmətedici heyətinin nümunəvi ştatı»nın tələblərinə əməl edilməyərək artıq ştat vahidləri saxlanılıb. Obyektiv araşdırılsa, aşkarlanar ki, Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli «Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların)» məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında» Qərarının tələblərinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2011-ci il 17 noyabr tarixli Qərarı ilə təsdiq edilmiş «Mədəni-maarif, turizm müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası»nın tələblərinə əməl edilməyərək artıq əməkhaqqı ödənilib, «Uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri üzrə tədris planları»nın tələblərinə əməl edilməyərək artıq dərs saatları tarifləşdirilib, keçirilməyən dərslərə, sanatoriyada və xaricdə olan işçilərə əməkhaqqı ödənilib, yerinə yetirilməyən cari təmir işlərinə görə vəsait xərclənib, «Azərbaycan Respublikası vahid büdcə təsnifatı»nın tələblərinə əməl edilməyərək təyinatdankənar vəsait israf olunub. Dəqiq yoxlanılsa, həmçinin, üzə çıxar ki, «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikası Qanununun, «Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat»ın tələblərinə riayət edilməyərək məbləğ məhdudiyyətinin aradan qaldırılması məqsədilə vəsait ayrı-ayrı müqavilələrə bölünüb, satınalma keçirilmədən vəsait xərclənib, satınalma prosedurları haqqında məlumatların göstərildiyi hesabat tərtib edilməyib, ehtimal olunan qiymətlər düzgün müəyyənləşdirilmədiyindən alınmış mallara (işlərə və xidmətlərə) görə artıq xərcə, müəssisənin funksional fəaliyyətinə uyğun olmayan mallar alınmaqla səmərəsiz xərcə yol verilib, müqavilə şərtlərinə əməl olunmayaraq müqavilədə nəzərdə tutulmayan mal-material qiymətlilərinin alışı həyata keçirilib, təsdiq olunmuş müqavilə qiymətləri gözlənilməyərək artıq büdcə vəsaiti xərclənib, bağlanmış satınalma müqavilələri barədə məlumatları dövlət satınalmalarının rəsmi internet saytında yerləşdirilməyib. Təftiş keçirilsə, hətta ötəri, vizual müşahidədən bəlli olar ki, İdarənin nəzdində fəaliyyət göstərən bir sıra kənd klublarının, kitabxanaların və kənd mədəniyyət evlərinin fəaliyyət göstərməsi üçün müvafiq şərait yaradılmayıb, maliyyə hesabatları bəzi hallarda «Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimat»ın tələblərinə uyğun tərtib edilməyib, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri müvafiq illik maliyyə hesabatlarında düzgün əks etdirilməyib, əvəzsiz olaraq təhvil alınmış inventar, avadanlıqlar və kitabxana fondu uçota alınmayıb və s. Bir sözlə, mənbənin verdiyi məlumatlar əsasında deyə bilərik ki, Höccət müəllimin höccətliyi hesabına onun aylıq gəlirinin miqdarı təqribən 70-80 min manat civarındadır.

Etibarlı mənbədən aldığımız məlumata görə, Fazil Məmmədovun «günəşinin qürub etməsi» səbəbindən Əsədullayev də özünə başqa havadarlar tapıb. Ətəyindən yapışdığı şəxslərdən biri də 2006-2014-cü illər ərzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində nazirin köməkçisi, 2014-cü ilin iyul ayından 2018-ci ilin iyun ayınadək Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsində işləmiş, 2018-ci ilin iyun ayından Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini vəzifəsində çalışan Rafiq Bayramovdur. Rafiq müəllimin əsas işi regional idarə rəislərinə vaxtaşırı (hər ay) yerinə yetirməli olduqları qeyri-leqal öhdəlikləri xatırlatmaqdan ibarətdir. Onunla ortaq olan bir "vacib” fiqur da Nazirliyin baş mühasibi Sima xanımdır ki, hansı idarəyə nə qədər maliyyə vəsaitinin ayrılmasında söz sahibidir. Prinsip çox sadədir: Hansı idarədən çox "otkat” qayıdırsa, ona da çox pul ayırılır. Təzadlı hal budur ki, bu siyasətlə ayaqlaşmağı bacaran idarələr məhz o idarələrdir ki, tabeçiliyində olan müəssisələrin çoxu işləmirlər. Yəni, yerlərdə klubların, kitabxanaların qapısının bağlı qalması lazımdır ki, onlara ayrılan vəsaitlər (istər pul, istər yanacaq və s.) sərf edilməyə-edilməyə kağız üzərində "təyinatı üzrə istifadə olunmuş” kimi göstərilsin, silinib mənimsənilsin. Məktəblərdə isə dərslərin heç keçilməməsi lazımdır ki, yazılan 24 dərs saatının ən azı 12-sinin pulu "yuxarıya” qaytarılsın, müəllim də işləməyə-işləməyə ona əmək stajı yazılması ilə qane olsun. Boyun əyməyənlərin dərs saatları kəsilir, müvafiq olaraq maliyyə təminatı azaldılır, özü də davamlı şəkildə, bir ildə iki-üç dəfə. Üstəgəl, həmin o az miqdarda dərs saatlarını məhz məktəbdə keçirmələri üçün nəzarət gücləndirilir. Müəllimlər regional idarənin rəisi tərəfindən yürüdülən bu dözülməz korruptiv siyasətdən, rayon nümayəndəlikləri arasında aparılan ayrı-seçkilik münasibətindən narazıdırlar. Haqlı olaraq etiraz edirlər ki, ölkə başçısı cənab İlham Əliyev vaxtaşırı olaraq əmək haqqlarının artırılması ilə qayğılandığı halda, Regional idarə maaşların artmış hissəsinin də xeyli qismini geri tələb edir. Məsələn, əgər maaşda 30 faiz artım olubsa, 10 faizlik hissə geri tələb olunur.

Maliyyə təminatı ən çox "qayçılanmaya” məruz qalan idarə isə Ağstafa Regional Mədəniyyət İdarəsidir. Çünki bu idarənin əhatə etdiyi zonaya aid rayonların mədəniyyət müəssisələrin rəhbərlərindən, məktəb direktorları və müəllimlərdən "otkat” yığmaq çətindir.

Hərçənd, Rafiq Bayramovun idarə rəisləri vasitəsilə ötürülən tələblərini yerinə yetirmək üçün "dünyası dağılan” müəssisə rəhbərləri də az deyil. Yerlərdə, ələlxüsus da Şəmkir Regional İdarəsinin tabeçiliyində olan musiqi məktəblərinin direktorları, klub və kitabxana müdirləri arasında vəzifədə qalmaq, "taqsa”nı ödəmək üçün borca girən, əmlakını banka girov qoyub yuxarı faizlə kredit götürən şəxslər də çoxdur. Hətta müflis olub intihar həddinə çatanların da olduğu deyilir.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ramil Usubov generalın oğluna yüksək vəzifə verdi

    Ramil Usubov generalın oğluna yüksək vəzifə verdi ...

    19-02-2019, 17:09

  • 
  • Fazil Məmmədov bahalı avtomobilini satdırıb – 65 minə

    Fazil Məmmədov bahalı avtomobilini satdırıb – 65 ...

    29-01-2018, 12:13

  • 
  • Sabiq vergilər naziri Fazil Məmmədov Türkiyədə "American Hastanesi"nə yerləşdirilib

    Sabiq vergilər naziri Fazil Məmmədov Türkiyədə ...

    28-06-2018, 19:55

  • 
  • İsmayıllı Fazil Məmmədovun kurasiyasına verilib

    İsmayıllı Fazil Məmmədovun kurasiyasına verilib ...

    5-02-2014, 09:36

  • 
  • Fazil Məmmədov Türkiyəyə 5 milyon dollar çıxarıb-ŞOK FAKT

    Fazil Məmmədov Türkiyəyə 5 milyon dollar ...

    9-07-2019, 11:07


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu