GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Şeyx Allahşükür Paşazadənin yaxını olan sürücü, narkobaron, saxta hüquqşünas – Hacı Mazan

Şeyx Allahşükür Paşazadənin yaxını olan sürücü, narkobaron, saxta hüquqşünas – Hacı Mazan

Tarix: 10-04-2020, 14:59 Bölmə :GündəmXəbər / Manşet Baxış: 831
Şeyx Allahşükür Paşazadənin yaxını olan sürücü, narkobaron, saxta hüquqşünas – Hacı Mazan



Ötən əsrin 90-cı illərində bir sıra təsadüfi adamlar sözün əsil mənasında müstəqilliyin bəhrəsini gördülər. Onlar zamanın nəbzini tez tutaraq İrandan Azərbaycana və Rusiya üzərindən Avropaya açılan yeni transmilli narkotika dəhlizinin fəal daşıyıcılarına çevrilib iş adamları kimi önə çıxdılar. Onlara İranda və Rusiyada fəaliyyət dairələrini genişləndirməkdən ötrü münbit şərait yaradıldı. İranla ticarət dövriyyəsinin 70%-dən çoxu onların inhisarına verildi. Hakim rejimin tələblərinə riayət etmək şərti ilə cəmiyyətdə önə çıxarıldılar. Qara bazardan gələn pul kütləsi dünənə qədər tərəvəz əkib- becərən, bazarlarda xırdavat alveri edən yeni tacirləri biznesmenlərə, oliqarxlara çevirdi.

Gundemxeber.Az xeberfakt.az-a istinadən bildirir ki, hakimiyyətə verilən rüşvət hesabına hərəkətə gələn korrupsiya qatarının ilk yolçuları kimi yola çıxan bu acgöz və ac nəfis zavallılar həm də rejimin bütün çirkli oyunlarının iştirakçılarına çevrildilər. Çoxu Azərbaycanda və Rusiyada, digər postsovet ölkələrdə oxumadan saxta ali təhsil diplomları alaraq dövlətdə məsul vəzifələrə təyin olundular, hətta bəziləri Milli Məclisə deputat da seçildilər. Onları Əlahəzrətin tapşırığı ilə uzun müddət Baş Nazirin 1- ci müavini vəzifəsində işləmiş Abbas Abbasov və Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə idarə edirdilər.

Barəsində mövzu açacağımız Masallı rayon sakini, Hacı Mazan kimi tanınan Ramazan Zeynalov bu sırada xüsusilə diqqəti cəlb edir. Mətbuatda onun qanunsuz əməl və hərəkətləri barədə çoxlu məqalələr dərc edilib. Biz isə onunla bağlı özəl məqamları önə çəkirik. Hacı Mazan “Kamaz” yük maşınının sürücüsü olaraq müstəqilliyin ilk illərində tərəvəz məhsullarının arasında İrandan gətirilən narkotik vasitələri maneəsiz olaraq iz buraxmadan Rusiyaya aparırdı.1993- cü ildən sonra fəaliyyət dairəsini daha da genişləndirdi. Moskva, Sankt- Peterburq, Ryazan, Kazan, Murmansk və Perm şəhərlərinə apardığı həmyerlilərini bazarlara çıxarıb onları narkotik vasitələrin alqı- satqısına cəlb etdi. Bazar qaydalarını pozanları Rusiya milisinin vasitəsi ilə ya şərlətdirib həbs etdirir, ya da külli miqdarda borca saldıraraq kölə kimi işlədirdi. Hətta, cızığından çıxanların bəzilərini narkotika ilə zəhərlətdirirdi. Həmin dövrdə Mazanın “dəstəyi” ilə Murmanskda “çörək pulu” qazanan bir çox Masallı sakinlərinin ölüm xəbərləri təsadüfi deyildi. İrandan gətirilən tonlarla narkotik vasitələr Mazanın və onun tabeliyində olan şəxslərin yük maşınlarında Dağıstana keçirilib Rusiyadakı ünvanlarına çatdırılırdı. Çox keçmədən göstərdiyi xidmətlərə görə Hacı Allahşükür onu himayəsinə aldı. Qardaşı Elxan Lənkəranda Yol Polisində mühüm vəzifəyə təyin edildi. Oğlu Bayram Şeyxin bacısı qızı ilə ailə qurdu. Qaradağ rayon Polis İdarəsinin Yol Polisi şöbəsinin rəisi vəzifəsinə təyin olundu. Qudası general Şərif Əsədullayev onun mühafizəsini təmin etdi.Hacı Mazan narkotik biznesindən yığdlğı milyonları Şeyxlə birlikdə tikinti bazarına yönəltdi. Şeyx isə öz növbəsində iltifat göstərərək dövlətdə yüksək vəzifələrdə işləyən bəzi şəxslərlə onun yaxın əlaqələrini qurdu. Şeyx hətta 2003 və 2009-cu illərdə Ramazan ayında evində açdığı iftar süfrəsinə prezident İlham Əliyevlə birlikdə Hacı Mazanı da dəvət etdi. Bir müddət Daxili İşlər Nazirliyinin hal- hazırda ləğv olunmuş Narkotiklərə Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində işləmiş Eldar Mahmudovun keçmiş Milli Təhlükəsizlik Naziri vəzifəsinə təyin olunması Hacı Mazanın imkanlarını daha da artırdı. Həmin dövrdə Hacı Mazan DİN – nin Baş Cinayət – Axtarış Mübarizə İdarəsində bölmə rəisi vəzifəsində işləyən, sonradan törətdiyi kütləvi cinayətlərə görə həbs olunmuş Hacı Məmmədovla da yaxın münasibətlərə malik idi. Onları Masallı rayon Polis şöbəsinin keçmiş rəisi Qambay Muradov tanış etmişdi. Hacı Mazan Masallı şəhər sakinləri – “Nur” MMC- nin rəhbəri Nəriman Əliyevin və “kərpic Fəxrəddin” kimi tanınan Fəxrəddin Baxışovun Şeyxlə əlaqələrini qurub onlara himayədarlıq etdi. Nəriman Əliyev Hacı Allahşükür Paşazadənin zəmanəti ilə 2010- cu ildə 70 saylı Masallı şəhər Seçki Dairəsindən Milli Məclisə deputat “seçildi.” Milli Məclisin keçmiş deputatı Əhəd Abıyev məhz Hacı Mazanın intiqam hissinə görə Masallıdan Milli Məclisə yenidən deputat seçilə bilmədi.

Hüquq mühafizə orqanları Hacı Mazanla bağlı keçmişin qarmaqarışıq qaranlıq dərinliyinə enərsə daha dəhşətli cinayət faktlarını aça bilər.
( ardı var)

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Hacı Mazan" saxlanıldı - FOTO

    "Hacı Mazan" saxlanıldı - FOTO ...

    16-08-2018, 14:10

  • 
  • “Hacı Mazan”ın ayaqları TUTULDU - Belə deyirlər...

    “Hacı Mazan”ın ayaqları TUTULDU - Belə deyirlər... ...

    11-10-2018, 13:10

  • 
  • Şeyxdən «Milyarderlər»ə dəstək

    Şeyxdən «Milyarderlər»ə dəstək ...

    11-04-2013, 11:07

  • 
  • Rusiya İranda daha bir atom elektrik stansiyası inşa edəcək

    Rusiya İranda daha bir atom elektrik stansiyası ...

    12-08-2013, 10:14

  • 
  • "Range Rover"lə Biləsuvarda qəzaya düşən "Hacı Mazan" Bakıya gətirilir (YENİLƏNDİ)

    "Range Rover"lə Biləsuvarda qəzaya ...

    2-07-2019, 15:06


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu