''Milli Məclisin 09.04.2020-ci ildə keçirilən yığıncağında “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanuna təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb və “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” Yubiley Medalının təsis olunması haqqında qərar qəbul olunub.
Biz – aşağıda imza edən Azərbaycan aydınları bəşəriyyət üçün böyük təhlükə olan faşizmə qarşı həm Sovet Ordusu sıralarında, həm Avropadakı partizan hərəkatında, həm də arxa cəbhədə vuruşan soydaşlarımızın xatirəsinə böyük sayğımızı ifadə edərək Qanuna dəyişikliyin üçüncü oxunuşunda adının “Faşizm üzərində qələbənin 75 illiyi” Yubiley Medalına dəyişdirilməsini təkidlə tələb edirik.
SSRİ-nin, daha sonra özünü SSRİ-nin varisi elan edən Rusiya Federasiyasının Böyük Vətən Müharibəsi adlandırdığı 1941-45 savaşı II Dünya Savaşının bir epizodudur. Azərbaycanın bu savaşda iştirakına gəlincə, 1920-ci il 28 aprel işğalı ilə Azərbaycan Xalq Cümhuriyyətinin əraziləri SSRİ-nin ərazilərinə qatıldığı üçün azərbaycanlılar Sovet qoşunlarının tərkibində II Dünya Savaşının iştirakçısı olublar. Bundan başqa, döyüşlər Azərbaycan ərazisində getməyib, medalın adındakı “Böyük Vətən” SSRİ-də yaşayan xalqların iradəsi ilə 1991-ci ildə tarixə qovuşub və hüquqi cəhətdən bu gün heç bir Azərbaycan vətəndaşı üçün vətən sayılmır.
Sadalanan səbəblərə görə, sovet düşüncə tərzinin məhsulu olan “Böyük Vətən Müharibəsi” ifadəsinin Azərbaycan Respublikasının istisnasız olaraq bütün hüquqi sənədlərində, eləcə də elmi-siyasi leksikonunda “II Dünya Savaşı” ifadəsi ilə əvəzlənməsini məqsədəuyğun saydığımızı bəyan edir, Milli Məclis rəhbərliyini qanun yaradıclığında Azərbaycan Respublikasının suverenliyinə təhdid kimi səslənən bu cür ifadələrə yol verməməyə çağırırıq.
Azərbaycan Respublikasının müstəqillik ideyasına sadiq bütün vətəndaşları müraciəti imzalamağa dəvət edirik.''
Novella Cəfəroğlu – D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Əli Şamil, araşdırmaçı-alim Qulu Məhərrəmli, professor Qubad İbadoğlu, ADR sədri Anar Əsədli – politoloq Aygün Muradxanlı, jurnalist Cavid İsmayıl, tarix üzrəfəlsəfə doktoru Telman Nüsrətoğlu, tarix elmləri doktoru Nicat Gözəlov, hüquqşünas, Milli Hüquq Evinin rəhbəri Vasif İsmayıl, həkim Vasif Qafarlı, dosent, tarix üzrə fəlsəfə doktoru Nazim Cəfərov, siyasi elmlər üzrə fəlsəfə doktoru Oqtay Qasımov, politoloq Şahin Nəcəfov, politoloq Bərham İsmayılov, tarixçi QASİM İB Elmar Həsənli, tarixçi Elza Səmədli, dosent Qadir İbrahimli, iqtisadçı
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?