GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Gülnarə Abdullayeva internatda uşaqlara sudan başqa nə verir?

Gülnarə Abdullayeva internatda uşaqlara sudan başqa nə verir?

Tarix: 13-04-2020, 19:26 Bölmə :GündəmXəbər / Manşet Baxış: 802
Gülnarə Abdullayeva internatda uşaqlara sudan başqa nə verir?


Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən 11 saylı İnteqrasiya Təlimli İnternat Məktəbi ötən əsrimizin 60-cı illərindən fəaliyyətə başlayıb. Müxtəlif vaxtlarda adı dəyişdirilmiş internat məktəbdə sağlamlıq imkanları məhdud uşaqlarla yanaşı, aztəminatlı ailələrin övladları da təhsil alır.Burada şagirdlərin müxtəlif peşələrə yiyələnməsi və gələcək həyatlarında özlərini təmin etmələri üçün dövlət tərəfindən yüksək şərait yaradılmışdır.Bunlara baxmayaraq internat məktəbdə baş vermiş bir sıra neqativ hallara zaman-zaman dövrü mətbuatda və sosial şəbəkələrdə də rast gəlmək mümükündür.

Gundemxeber.Az bildirir ki, internat məktəbə artıq neçə illərdir ki, Gülnarə Abdullayeva rəhbərlik edir. Məlumatlara görə buradan müxtəlif yollarla heç də az pul qazanmır. Qeyd edək ki, internat məktəb heç də balaca bir yer deyil. Ərazisi 3 hektardan artıq olan internatda 1200 dən çox şagird təhsil alır.Burada yeməkxana, yardımçı bina (camaşırxana, hamam, təsərrüfat otağı, anbar və s.) 3 mərtəbəli yataq korpusu var ki,hər şey dövlət tərəfindən təchiz edilir. Əlbəttə yeməklərdən tutmuş,paltarlara qədər.Uşaqlara gün ərzində verilən yemək barədə konkret heç bir şey söyləyə bilmərik. Yeməyin keyfiyyəti barədə də həmçinin. Amma burada uşaqlara gün ərzində bol su verildiyini onların özləri də təsdiq edə bilərlər.

Aktualinfo.org- əldə etdiyi məlumatlara görə 11 saylı İnteqrasiya Təlimli İnternat Məktəbi tərəfindən 30.03 2020-ci ildə”Dostluq Servis” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə içməli suyun satınalması üzrə 80000 manat dəyərində müqavilə bağlanıb.Tenderin son icra tarixi 30.12.2020-ci ilə qədər olduğundan,bunun intenat məktəbin bir illik içməli su ilə təmin olunması qənaətinə gəlmək olar.

Lakin göstərilən tarixdən 20 gün əvvəl,yəni 11.03.2020-ci ildə də 11 saylı İnteqrasiya Təlimli İnternat Məktəbi tərəfindən içməli suyun satınalması üzrə keçirdiyi başqa bir tender artıq başa düşülən deyil. Qeyd edək ki, həmin tenderi də “Dostluq Servis” MMC qazanıb və 20000 kubmetr içməli suyun satınalması üçün internat məktəblə 80000 manat dəyərində daha bir müqavilə bağlayıb. Məlimat üçün bildirək ki,Tarif Şurasının 13.05.2016-cı il tarixli qərarı ilə bir kub metr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 30 qəpikdir.Təmiz,içməli suya gəlincə. Bu gün bir çox şirkətlər var ki, 19-20 litrlik polikarbonat qablarda qablaşdırılmış içməli suyu 3-3,50 manata satır, çatdırılma və xidmət haqqı almırlar. İnternat məktəbin isə 20000 kubmetr içməli suyun satınalması üçün 80000 manat dəyərində bağladığı müqviləyə görə suyun bir iltri məktəbə 4 manata başa gəldiyi görsənir.Təbii ki, biz iqtisadçı deyilik. Amma rəqəmlərə baxdıqda bunun dövlət vəsaitinin israf və yaxud da mənimsənilməsindən başqa bir şey olmadığını hər kəs görmüş olar. Həm də bir ay ərzində içməli suyun satınalmasına 160000 min manat dövlət vəsaitinin ayrılması bir az şübhələr yaratmırmı? Düzdür, bu vəsaitlərin il üçün nəzərdə tutulduğunu da iddia etmək olar. Amma bütün hallarda içməli suyun satınalması üçün bu qədər vəsait həddindən artıq çox deyilmi? Belə çıxır ki,internat məktəbdə uşaqlar ancaq su içir.Amma görəsən bu sudan o uşaqlara verilirmi? Bax burası çox maraqlıdır.

Qeyd edək ki, Vergilər Nazirliyinin Lokal Gəlirlər Baş İdarəsində 09.02.2016-ci ildə dövlət qeydiyyatına alınmış “Dostluq Servis” MMC-nin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu.Azadlıq prospekti ev 187 qanuni təmsilçisi isə Miriyev Famil Şamil oğludur.Nizamnamə kapitalı 200 manat olan MMC-nin içməli suyun satınalması ilə bağlı təhsil müəssisələrinin keçirdiyi bir çox tenderlərin qalibi olması barədə məlumatlar var.

Diqqəti cəlb edən başqa bir tender isə martın 31-də Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən keçirilib.Sözügedən tenderdə nazirlik Təhsil Nazirliyinin aparatı üçün AZS 282-2007 standartının tələblərinə uyğun 19 litrlik polikarbonat qablarda qablaşdırılmış içməli suların satınalması üzrə “Kristal LTD” MMC-ilə 13275 manat dəyərində müqavilə bağlayıb.Burada nazirliyin aldığı suyun həcmi göstərilməsə də ayrılmış vəsaitlə alıncaq suyu təxmin etmək olar. Lakin burada da qaranlıq məsələ var.

Belə ki, Vergilər Nazirliyinin Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “Kristal LTD” adında iki MMC qeydiyyatdan keçib. Onlardan biri Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 28.09.1998-ci ildə vergi uçotuna alınıb.Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, A.Bakıxanov ev 62 olan MMC-nin qanuni təmsilçisi Qüdrət İdayətov Tofiq oğludur. Apardığımız araşdırmalara görə bu MMC bir çox nazirlıklərin aparatını içməli su ilə təmin edir.

26.05.2003-cü ildə 12 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmış ikinci “Kristal LTD” MMC-nin hüquqi ünvanı Gəncə şəhəri Əli Nəzmi ev 7,qanuni təmsilçisi isə Yusifova Hürü Qəmbər qızıdır. Nizamnamə kapitalı cəmi 2 manat olan bu MMC-nin reyestrdən son çıxarış tarixi 2011-ci il olub.

Vergilər Nazirliyinin vergi uçotuna alınmış vergi ödəyicilərinin axtarış sistemi Təhsil Nazirliyinin qalib elan etdiyi “Kristal LTD”MMC (VÖEN 150004601) barəsində isə belə bir MMC-nin mövcud olmadığını göstərir.

Təhsil Nazirliyi ilə ona tabeli bir qurumun keçirdiyi tenderlərdəki fərqi burada görməmək mümkün deyil.Görəsən bu fərqi bir nazir kimi Ceyhun Bayramov da hiss edirmi? Əlbəttə Təhsil Nazirliyinin aparat işçilərinin sayı bizlərə bəlli olmasa da, onlar üçün alınmış içməli suyun dəyəri o qədər də çox deyil və inandırıcı görsənir.Amma nazirliyin tender komissiyasının Vergilər Nazirliyində qeydiyyatdan keçməmiş bir MMC ilə müqavilə bağlaması inandırıcı görsənmir. Burada mütləq bir əmma var.Bəs bir internat məktəb üçün 160000 min manat dəyərində içməli su almaq nə dərəcədə inandırıcıdır?Burada da əmma olduğu görsənmirmi?

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Təhsil müəssisələrinin adları dəyişdirildi - SİYAHI

    Təhsil müəssisələrinin adları dəyişdirildi - ...

    3-08-2016, 11:24

  • 
  • Direktor “dəhşət videosu”ndan danışdı - "Hamısını o eləyib..."

    Direktor “dəhşət videosu”ndan danışdı - ...

    22-11-2014, 00:01

  • 
  • Bakıda qalmaqallı məktəb bağlandı

    Bakıda qalmaqallı məktəb bağlandı ...

    24-09-2014, 11:33

  • 
  • Ümumtəhsil internat məktəblərinə qəbul qaydası dəyişib

    Ümumtəhsil internat məktəblərinə qəbul qaydası ...

    21-08-2015, 11:01

  • 
  • Ümumtəhsil internat məktəblərinə qəbul qaydası dəyişib

    Ümumtəhsil internat məktəblərinə qəbul qaydası ...

    21-08-2015, 11:01


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu