GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » ŞAMAXININ İCRA BAŞÇISININ TƏZƏ MÜAVİNİNİN DOSYESİNDƏKİ MÜƏMMALAR

ŞAMAXININ İCRA BAŞÇISININ TƏZƏ MÜAVİNİNİN DOSYESİNDƏKİ MÜƏMMALAR

Tarix: 16-04-2020, 14:29 Bölmə :GündəmXəbər / Manşet Baxış: 995
ŞAMAXININ İCRA BAŞÇISININ TƏZƏ MÜAVİNİNİN DOSYESİNDƏKİ MÜƏMMALAR


GundemXeber.Az bildirir ki, mediatv.az informasiya portalının elektron poçtuna Elxan İbrahimovun Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini təyin olunması xəbərini ehtiva edən məktub daxil oldu. Şamaxı RİH–nin e-mail ünvanından göndərilmiş məktubda bildirilirdi:

“Şamaxı Rayon İcra Hakimiyyətində yeni təyinat olub.
Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədovun sərəncamı ilə Elxan Oqtay oğlu İbrahimov başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib. Azərbaycan Kooperasiya Universitetində təhsil alan Elxan İbrahimov sonradan təhsilini İsveçin Stokholm İqtisadiyyat Məktəbində davam etdirib, rus və ingilis dillərində sərbəst danışır. Əvvəllər ölkəmizdə bir neçə holdinqdə iqtisadiyyat və maliyyə işləri üzrə rəhbər vəzifələrdə çalışıb. Ailəlidir, 3 övladı var. Qeyd edək ki, Elxan İbrahimov əslən şamaxılı, sovetlər dövründə tanınmış katiblərdən olan, o cümlədən Şamaxıda ikinci katib, Bərdə, Ağdaş, Daşkəsən və Goranboy rayonlarında isə birinci katib vəzifəsində işləmiş Xəlfə İbrahimovun nəvəsidir”.

Az sonra yenə həmin ünvandan növbəti, amma qısa məktub gəldi: “Xahiş edirik, məlumatda yalnışlıq olduğu üçün xəbəri hələ yayımlamayasınız. Tezliklə sizə əlavə məlumat verəcəyik. Hörmətlə, Şamaxı Rayon İcra Hakimiyyəti”.
Üstündən iki gün keçməsinə baxmayaraq, Şamaxı RİH hələ də dəqiqləşdirəcəyini vəd etdiyi xəbəri redaksiyamıza çatdırmamışdır. Odur ki, ilkin informasiyanı nəzərdən keçirib səhvin nədən ibarət ola biləcəyini təxmin etməyə çalışdıq və maraqlı nüanslar aşkar etdik.
İlk sətirlərdən diqqətimizi Elxan İbrahimovun Azərbaycan Kooperasiya Universitetində (AKU) təhsil alması oldu. Ölkə ictimaiyyətinə AKU-nun reytinqinin və bu ali təhsil müəssisəsinə daxil olmaq üçün tələb olunan minimum keçid balının (200) aşağı olduğu yaxşı məlumdur. Həmçinin, o da məlumdur ki, yüksək bal toplayanlar əsla bu universiteti seçməyə meylli deyillər. Odur ki, AKU-nun məzunu olması E.İbrahimovun karyerasına bəzək kimi nümayiş etdirilməyə yaramır. Yəqin, özü də bunu yaxşı bildiyindən, təhsilini davam etdirmək üçün Stokholm İqtisadiyyat Məktəbini seçib.
Araşdırmamız nəticəsində məlum oldu ki, Stokholm İqtisadiyyat Məktəbinin Riqada (Latviya) və Sankt-Peterburqda (Rusiya) da filialları vardır. Şamaxı RİH-nin təqdim etdiyi bioqrafiyada E.İbrahimovun məhz hansı filialdan söhbət getdiyi bilinmir. Stokholm İqtisadiyyat Məktəbinin postsovet məkanındakı filialllarında tədrisin səviyyəsini müzakirə etmək niyyətindən uzağıq. Sadəcə, bilmək maraqlı olardı ki, Azərbaycanda oturub həmin filiallarda qiyabi, yaxud, distant təhsil almaq mümkündür, ya yox.
ŞAMAXININ İCRA BAŞÇISININ TƏZƏ MÜAVİNİNİN DOSYESİNDƏKİ MÜƏMMALAR
Diqqətəlayiq daha bir məqam RİH-nin tərtib etdiyi tərcümeyi-halda E.İbrahimovun mərhum babası haqda zəngin məlumatın önə çıxarılması, qabardılmasıdır. Sanki mesaj vermək istəyirlər ki, E.İbrahimov “öz şamaxılımızdır”, eynən genini daşıdığı babası kimi rayon rəhbərliyində yüksək vəzifə tutmağa layiqdir. Belə olan halda haqlı bir sual doğur:Babası vəzifədə işləyibsə bu da hökmən vəzifədə işləməlidirmi?
Ən nəhayət, E.İbrahimovun hazırki vəzifəsinə RİH başçısının məhz sərəncamı(!) ilə təyin olunması məsələsi də absurddur. Məsələ burasındadır ki, icra hakimi kadrın işə qəbulunu sərəncamla deyil, əmrlə həyata keçirə bilər. Həmin “sənədin” adı “kötük”də sərəncamdırsa - bu, sənədə imza atan şəxsin (bizim misalda RİH başçısı Tahir Məmmədovun), əmrdirsə- redaksiyaya göndərilən məktubun tərtibçisinin səhvi, daha dəqiq desək, savadsızlığıdır.
Xatırladaq ki, Rayon İcra Hakimiyyətlərinin fəaliyyəti əsasən Azərbaycan Respublikasının Konstitusiyası və Prezident fərmanı ilə təsdiq edilən Yerli icra hakimiyyətləri haqqında Əsasnamə ilə tənzimlənir. Rayon İcra Hakimiyyətlərinin başçıları Prezident sərəncamı ilə vəzifəyə təyin edilir və vəzifədən azad edilir. Yerli icra hakimiyyəti başçısının müavinlərini Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ilə razılaşdırmaqla, müvafiq yerli icra hakimiyyətinin başçısının əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilir.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda 3 məmur işdən çıxarıldı - Yeni təyinatlar

    Azərbaycanda 3 məmur işdən çıxarıldı - Yeni ...

    11-11-2017, 11:56

  • 
  • Ceyhun Osmanlının atasına vəzifə verildi

    Ceyhun Osmanlının atasına vəzifə verildi ...

    20-04-2015, 22:21

  • 
  • Binəqədi Rayon İcra Hakimiyyətinin şöbə müdiri vəzifəsindən azad edilib

    Binəqədi Rayon İcra Hakimiyyətinin şöbə müdiri ...

    6-11-2018, 15:18

  • 
  • İcra başçısı şöbə müdirini işdən çıxardı

    İcra başçısı şöbə müdirini işdən çıxardı ...

    4-10-2018, 15:21

  • 
  • Şamaxının icra başcısının işdən çıxarılmasının səbəbi məlum oldu

    Şamaxının icra başcısının işdən çıxarılmasının ...

    19-02-2013, 10:59


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu