GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “QOCALAR EVI”NIN “QOCA DƏRDI” — ŞOK GƏLİŞMƏLƏR

“QOCALAR EVI”NIN “QOCA DƏRDI” — ŞOK GƏLİŞMƏLƏR

Tarix: 17-04-2020, 13:42 Bölmə :GündəmXəbər / Manşet Baxış: 687
“QOCALAR EVI”NIN “QOCA DƏRDI” — ŞOK GƏLİŞMƏLƏR


Hər kəsə bəllidir ki, son beş ildə Azərbaycan Respublikasında bütün vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, ələlxüsus ahılların sosial müdafiəsinin təkmilləşdirilməsi və bu sahədə mövcud olan qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində ciddi addımlar atılmışdır.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasətin nəticəsində, bu gün ölkəmizdə ahıl insanlara, onların sosial müdafiəsinə xüsusi diqqət və qayğı göstərilməkdədir. Adicə bir faktı qeyd edək ki, BMT Baş Məclisinin müvafiq Qətnaməsinə əsasən hər il oktyabr ayının 1-i bütün dünyada olduğu kimi, Azərbaycan Respublikasında da Beynəlxalq Ahıllar günü kimi qeyd olunur və “Sosial xidmət haqqında” Qanununa əsasən, ölkəmizdə yaşı 70-ə çatmış şəxslər ahıl şəxslər hesab olunurlar. O halın varlığını da qeyd edək ki, ahıl insanların sosial müdafiəsinin gücləndirilməsində pensiya təminatı xüsusi rol oynayır ki, bu gün əmək pensiyaçılarının mühüm bir hissəsini ahıl insanlar təşkil edirlər.

Onu da qeyd edək ki, bu gün cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də, məhz ahıl insanlara və onlara xidmət göstərən hər kəsə qarşı diqqət və qayğını artırmaqdır. O halda sual oluna bilər ki, görəsən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində fəaliyyət göstərən Müharibə və Əmək Əlilləri üçün Pansionatda (El arasında Qocalar evi kimi tanınır) vəziyyət necədir və dövlətin bu yöndə yürütdüyü siyasətə necə dəstək verilir? Elə ki, bu yöndə müəyyən araşdırmalar apardıq, o halda bəlli oldu ki, adı çəkilən bu Pansionatda vəziyyət artıq dözülməz həddə çatıb. Buna da əsas səbəb, bir neçə ay bundan öncə Samirə Mehdiyeva adlı xanımın Müharibə və Əmək Əlilləri üçün Pansionatına rəhbər təyin olunması olub. Çünki, əldə etdiyimiz şifahi məlumatlara görə Tibb Universitetinin məzunu olub pediator ixtisasına sahib olan Samirə xanım, bugünkü vəzifəsinə təyin olunmazdan öncə müxtəlif qurumlarda, o cümlədən Sabunçu RİH-də, “Stimul Hospital”da çalışsa da, onun bəxti harada çalışsa da heç bir halda gətirmir. Buna da əsas səbəb, adı çəkilən xanımın daşıdığı vəzifələrinin öhdəsindən gələ bilməməsi olur və belə bir bacarıqsızlığına görə də, çox keçmir ki, rəhbərlik onu daşıdığı vəzifəsindən uzaqlaşdırmaq qərarına gəlir. Söylənilənlərə görə, Samirə Mehdiyeva “Stimul Hospital”da uşaq həkimi işləyərkən daim firmalarla işbirliyinə girir və belə bir səbəb üzündən də, çox keçmir ki, onun adı dərman alverində hallanır. İndi ehtimal etmək olar ki, ona bu gün əla fürsət düşüb. Yəni, o, vaxtilə dərman alverçisi olduğundan sata bilmədiyi dərmanlarını, məhz hal-hazırda rəhbərlik etdiyi Müharibə və Əmək Əlilləri üçün Pansionatında asanlıqla satdıra biləcək.

Gundemxeber.Az deryaz.az-a istinadən bildirir ki, adı çəkilən bu xanım vəzifəsinin icraasına başladıqdan az sonra, uzun illər ərzində Müharibə və Əmək Əlilləri üçün Pansionatında çalışan bəzi şəxsləri “gözümçıxdıya salmaq”la məşğul olur. Məsələn, onun bu gün əslən Qərbi Azərbaycandan olan Qüdrətxanım adlı xanıma “gün verib işıq vermədiyi” söylənilir. Belə ki, Samirə Mehdiyeva müəssisədə “sanitarka”lara rəhbərlik edən bu yaşlı xanıma “sən kompyuteri bilmirsən, sabah kiməsə ərizə yazmaq lazım gələcək, sən də onu bacarmırsan. Ona görə də ərizəni yaz və işdən çıx” deyir. Onu da vurğulayaq ki, adı çəkilən xanımın pensiyaya çıxmasına ilyarım vaxtın qaldığı bildirilir.

Diqqəti cəlb edən hal odur ki, Müharibə və Əmək Əlilləri üçün Pansionatda baş mühasib vəzifəsini daşıyan Arif adlı şəxsin, müəssisədə çalışan işçilərin yeni rəhbərlik tərəfindən “qaralanmasında” xüsusi rol oynadığı da söylənilir. Belə ki, onun hər bir işçi haqda, yəni “bu köhnə müdirin kadrıdır” deyə “lazımi danosları” Samirə xanıma çatdırdığı söylənilir. Bu yöndə lazımi məlumatları əldə edən rəhbərlik ilin-günün belə bir vaxtında, yəni koronovirusla (COVİD-19) bağlı xüsusi karantin rejiminin tətbiq olunduğu bir vaxtda bəzi işçiləri işdən çıxarır və gündə kənardan bir nəfər şəxsi işə götürür. Hətta o, bir addım da irəli gedərək “cənab Nazir mənə get kim lazımdırsa həmin şəxsləri işdən çıxart” deyə lazımi tapşırığını verib deyir. Məsələnin düşündürücü tərəfi odur ki, bu gün koronovirusla bağlı hər bir müəssisə təcrid vəziyyətdədir. Belə olan halda Samirə Mehdiyeva real vəziyyəti nəzərə almır və o, bəlkə də hansısa virusun daşıyıcısı olan şəxsi işə götürməklə məşğul olur.

Daha düşündürücü hallardan biri də, bir neçə gün bundan öncə adı çəkilən müəssisədə qalan 1948-ci il təvəllüdlü, hansı ki, 72 yaş həddinə çatmış İsmayılova Telli Ələkbər qızının rəhmətə getməsi və onun gizli şəkildə dəfn olunmasıdır. Məsələnin təəccüb doğuran halı odur ki, belə bir ölüm faktı baş versə də, müəssisə rəhbərliyi xəstənin hansı səbəbdən rəhmətə getməsi haqda yuxarı orqanlara heç bir məlumat çatdırmır. Diqqət yetirək ki, adicə bir müddət bundan öncə Almaniyada üç nəfər yaşlı insan dünyasını dəyişmişdi, o halda həmin şəxslərlə bağlı geniş ictimaiyyət məlumatlandırılmışdı. Belə olan halda ortaya sual çıxır ki, görəsən Samirə Mehdiyevanın baş verən ölüm faktını gizlətməkdə məqsədi nə olur? Sözsüz ki, bu cür kadrların idarəçilik bacarığı araşdırılmadan irəli çəkilməsində, ƏƏSMN-i əməkdaşlarının, ələlxüsus kadrlar şöbəsi rəhbərliyinin də müəyyən məsuliyyəti olur. Belə olan halda Nazirliklə bağlı əldə etdiyimiz bəzi məlumatların varlığını da geniş ictimaiyyətin diqqətinə çatdıraq. Məsələn, daxil olan məlumatlarda vurğulanır ki, əvvəlki rəhbərliyin zamanında Müharibə və Əmək Əlilləri üçün Pansionatda təmir işlərinin aparılması məqsədilə, Nazirlik tərəfindən 275 min manat pul vəsaiti ayrılır. Amma, bu məqsəd üçün ayrılan vəsaitlər təyinatı üzrə deyil, başqa bir istiqamətə “xərclənir”. Belə ki, iddialara görə nazirlik əməkdaşları həmin vəsaitlə təqribən 10-15 kisə sement, bir qədər də qum alırlar və həmin materiala “qul bazarı”ndan gətirdikləri fəhlələrin hesabına, müəssisənin müəyyən yerlərini suvatdırırlar. Bunula da, 275 min manat pul vəsaiti Müharibə və Əmək Əlilləri üçün Pansionatda, məhz belə bir təmir işlərinə “xərclənir?”.

Ümumiyyətlə, bu gün təkcə bu müəssisədə deyil, nazirliyin digər müəssisələrində, internat evlərində və s. qarşıdurmalar, intriqalar yaşanmaqdadır. Belə müəssisələrdən biri də, Mərdəkanda Jalə xanımın rəhbərlik etdiyi müəssisədir. Sözsüz ki, belə bir olayların yaşanmasında Nazirliyin kadrlar şöbəsində çalışanlar böyük məsuliyyət daşıyırlar.

Pansionatdan bildirdilər ki, yeni təyin olmuş müdir işə dizləri,arxası cırıq şalvarda gəlir ki, bu da ahıl insanlara hörmətsizlikdən başqa bir şey deyil.

P.S. Gələn sayımızda Samirə Mehdiyeva Sabunçu rayon İcra Hakimiyyətində işləyərkən Arzu adlı xanımla kimin üstündə dalaşırmış və İcra Başçısı onu niyə qovub? Bu yöndə araşdırmamızı davam etdirəcəyik. Odur ki, bizi izləməyi inutmayın.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür

    Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür ...

    1-10-2017, 17:25

  • 
  • "Ahıl yaşda qoca nənə hey istəyir" - Aygün Elzaya şeir yazdı

    "Ahıl yaşda qoca nənə hey istəyir" - ...

    3-02-2016, 20:25

  • 
  • ADR Hərəkati: Əhalinin əksəriyyəti pensiya ala bilməyəcək

    ADR Hərəkati: Əhalinin əksəriyyəti pensiya ala ...

    26-04-2018, 14:45

  • 
  • Hərbçilərin pensiya problemləri – Müsahibə

    Hərbçilərin pensiya problemləri – Müsahibə ...

    8-10-2013, 13:18

  • 
  • Azərbaycanda sosial müavinətlərin elektron təyinatı sistemi yaradılır

    Azərbaycanda sosial müavinətlərin elektron ...

    9-01-2019, 11:38


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu