GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “AGbank”dakı müəmmalı cinayət: yüz minlərlə dəyəri olan qızılları kim və necə saxtalaşdırıb?

“AGbank”dakı müəmmalı cinayət: yüz minlərlə dəyəri olan qızılları kim və necə saxtalaşdırıb?

Tarix: 20-04-2020, 01:33 Bölmə :GündəmXəbər / Manşet Baxış: 629
“AGbank”dakı müəmmalı cinayət: yüz minlərlə dəyəri olan qızılları kim və necə saxtalaşdırıb?


Sabiq MTN naziri Eldar Mahmudovun dostu, biznes ortağı olan Çingiz Əsədullayevin adı keçən cinayət işi ilə bağlı yeni təfərrüatlar məlum olub
Çingiz Əsədullayevin rəhbəri olduğu “AGbank”da öz dostunun saxta qızıllar girov qoyaraq külli miqdarda kredit götürməsi işinin maraqlı məqamları üzə çıxıb.


Gundemxeber.Az musavat.com xəbər verir ki, söhbət hazırda həbsdə olan və Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham edilən Səmimi Eldar Yunis oğlunun cinayət işindən gedir.

Eldar Səmimi barəsində olan cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilir.
Eldar Səmimiyə qarşı elan edilmiş ittihamla bağlı ötən yazımızda ətraflı məlumat dərc etmişdik.

Eldar Səmimi kredit götürdüyü “AGbank”a girov olaraq saxta qızıl-zinət əşyaları qoymaqda suçlanır.

Eldar Səmiminin vəkili Vasif İsrafilov cinayət işinin yeni təfərrüatları ilə bağlı musavat.com-a açıqlama verib.

Vəkil bildirib ki, müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş ittiham sadəcə kağız yığınıdır, ibtidai istintaq maddi və prosessual normalar kobud sürətdə pozulub:

“Nəzərinizə çatdırım ki, cinayət işinin başlanmasına səbəb “AGbank” ASC-nin Bakı Şəhər Prokurorluğuna ünvanladığı şikayət olub.

Guya bank girov qoyulan əşyaların bir qisminin saxta olmasını müəyyənləşdirib və günahkar şəxslər barəsində cinayət işinin başlanmasını xahiş edib.

Eldar Səmimi 2012-ci ildən banka müraciət edib. Bankla arasında bağlanmış müqaviləyə əsasən banka ümumilikdə 2 milyon 452 min manat dəyərində qızıl-zinət əşyalarını girov qoyub.

Eldar Səmiminin əməlində dələduzluq cinayətinin və ya hər hansı bir cinayətin tərkibi yoxdur. Onun özü bu gün zərərçəkmiş şəxsdir və külli miqdarda qızıl-zinət əşyaları mənimsənilib, bankın əməkdaşları tərəfindən saxtalaşdırılıb”.

Vasif İsrafilov bildirib ki, Eldar Səmimi tərəfindən banka girova qoyulan bütün əşyalar iki dəfə müxtəlif mütəxəssislər tərəfindən yoxlanılıb: “Mən məhkəmədə də bildirmişəm ki, heç bir uyğunsuzluq aşkar edilməyib və bankda saxlanca qoyulub. Üzərindən 6-7 il keçdikdən sonra Eldar Səmiminin iştirakı olmadan açılmış saxlancda saxlanılan xüsusi bağlamaların hansısa səbəbdən saxta olması deyilir.

Qeyd olunan faktlar 2016-cı ildən sonra aşkarlanıb. Maraqlısı budur ki, qızıllar girov qoyulan zaman bankın “İnşaatçılar” filialında məsul vəzifədə işləyən və indi şahid qismində dindirilən Ramil Əsgərov, Ceyhun Mehdiyev və Kərim Manafov 2015-ci ildə bankdan öz ərizələri ilə işdən çıxıblar. Hadisədən bir il əvvəl.

Şahid, zərgər-mütəxəssis Azad Quliyev isə ifadəsində bildirib ki, 2014-cü ildə bankda işləyən qohumu Elnur Musayevlə birlikdə Eldar Səmiminin bankda girov qoyduğu qızılları yenidən yoxlayıb və heç bir problem üzə çıxmayıb. Amma indi ekspert müəyyən edir ki, həmin əşyaların üzərinə qızıl suyu çəkilibmiş.

Eldar Səmiminin əvvəl girova qoyduğu 2 milyon 453 min manat dəyərində 4938 sayda bağlamada həqiqi qızıl-zinət əşyalarını bankdan aldatma yolu ilə çıxarması əsassız ittihamdır. Çünki bankda bu barədə hər hansı bir təhvil-təslim aktı yoxdur, çünki həmin qızıllar bankdan çıxarılmayıb”.

Vəkilin sözlərinə görə, Eldar Səmimiyə verilmiş ittiham öz təstiqini tapmır, onun barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməlidir:

“Bununla bağlı məhkmədə vəsatət də qaldırmışıq. İstintaq zamanı mütəxəsisin Eldar Səmiminin banka 630 min manat borclu qalması haqda gəldiyi nəticə əsassızdır. Mütəxəsis nə Eldar Səmiminin götürdüyü, nə də ödədiyi pulu düzgün hesablayıb. Ayrılmış kredit məbləği ilə hesablama aparıb, lakin cinayət qanunvericiliyinin tələbinə əsasən ancaq götürülmüş məbləğlər, konkret bu halda isə məxaric olan məbləğ hesablanmalı idi. Belə hesablandığında zərər 202 min manat təşkil edir.

Eldar Səmimiyə qarşı daha bir qərəz Nəsimi Rayon Məhkəməsinin qətnaməsində var. Belə ki, Eldar Səmiminin bankda olan və satılması qərara alınmış qızıl-zinnət əşyalarının dəyəri müəyyən edilməyib. 13 ədəd antikvar qızıl sikkənin, 9 ədəd antikvar gümüş sikkənin antikvar olub-olmaması yoxlanılmadan dəyəri lom qiymətinə hesablanıb, brilyant qaşlı, qızıl, əyyarı 750 (130 qr) saatın dəyəri çox aşağı qiymətləndirilib, 432 ədəd qızıl onluq, 23 ədəd qızıl 15 manat və 7 ədəd qızıl 5 manatlıq girovlar müəyyənləşdirilərək qiymətləndirilməyib.

İstintaq orqanı tərəfindən saxta olması qeyd olunan əşyalara verilmiş sertifikatların həqiqiliyini, istehsalçısını, bu formada məhsul istehsal edib etməməsini, edibsə hansı sertifikatın verilməsini müəyyənləşdirməyib. Sadəcə kimyəvi ekspertizanın rəyinə əsaslanaraq sertifikatların saxta olmasını müəyyənləşdirib. Maraqlısı odur ki, istintaq orqanı əşyaların bankda olarkən saxtalaşdırılmasının mümkünlüyünü belə araşdırmayıb”.

Vasif israfilovun sözlərinə görə, Eldar Səmimi istintaqda olarkən öz vəkili ilə də təmin edilməyib. Ona dövlət hesabına vəkil təyin edilsə də bundan imtina edib. Hazırda iş üzrə ekspertiza təyin edilib.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Eldar Səmiminin “Azəriqazbank”a faktiki 202 min manat borcu var” - Vəkil Vasif İsrafilov

    “Eldar Səmiminin “Azəriqazbank”a faktiki 202 min ...

    7-04-2020, 21:02

  • 
  • Eldar Mahmudovun əmisi oğlunun həbs müddəti uzadılıb

    Eldar Mahmudovun əmisi oğlunun həbs müddəti ...

    28-06-2018, 20:15

  • 
  • Eldar Mahmudovun əmisi oğlunun istintaqı başa çatdı

    Eldar Mahmudovun əmisi oğlunun istintaqı başa ...

    9-04-2019, 12:22

  • 
  • Eldar Mahmudovun bankı çökür... - müflislik həddindən çıxa bilməyib

    Eldar Mahmudovun bankı çökür... - müflislik ...

    24-06-2019, 11:34

  • 
  • ​Eldar Mahmudovun əmisi oğlu nədə ittiham olunur? - CİNAYƏT İŞİ

    ​Eldar Mahmudovun əmisi oğlu nədə ittiham olunur? ...

    9-11-2017, 13:30


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (374)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu