GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ağsuda xüsusi karantin dövründə kənd sakinləri “ayağa qalxdı” - FOTO/VIDEO

Ağsuda xüsusi karantin dövründə kənd sakinləri “ayağa qalxdı” - FOTO/VIDEO

Tarix: 24-04-2020, 01:21 Bölmə :GündəmXəbər / Manşet Baxış: 2 659
Ağsuda xüsusi karantin dövründə kənd sakinləri “ayağa qalxdı” - FOTO/VIDEO


​ ​ ​ Bu gün Gundemxeber.Az saytının elektron poçtuna Ağsu rayonu, Ləngəbiz kənd sakini​ Həsənov​ Bəhmən Təhməz oğlunun, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Baş Prokuror cənab Zakir Qaralova, Daxili İşlər naziri cənab Vilayət Eyvazova və Azərbaycan Respublikasının İnsan Hüquqları​ ​ üzrə Müvəkkili​ (Ombudsman) Səbinə xanım Əliyevaya və digər vəzifə sahibi olan şəxslərə yazmış olduğu şikayət ərizəsinin bir surəti daxil olub. Adı çəkilən şəxsin yazmış olduğu şikayət ərizəsi ilə tanış olduqda bəlli oldu ki, Ləngəbiz kənd sakinləri 18 aprel 2020-ci il tarixdə saat təqribən 17:50 radələrində onlara məxsus taxıl sahəsində baş verən olaydan sonra, Ağsu rayon İcra Hakimiyyəti Aparatının və Rayon Polis Şöbəsi əməkdaşlarının fiziki və mənəvi zorakılıqları ilə üz-üzə qalırlar. Ona görə də, Bəhmən Həsənovun kənd sakinləri adından Gundemxeber.Az saytının redaksiyasına ünvanladığı şikayət ərizəsini yayımlamağı və baş verənlərlə bağlı aidiyyatı dövlət qurumlarını məlumatlandırmağı özümüz üçün borc bildik. Şikayətçi yazır:


​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə surəti:​ ​ ​ Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya
Surəti: ​Baş Prokuror cənab Zakir Qaralova
Surəti:​ Daxili İşlər naziri cənab Vilayət Eyvazova
Surəti:​ Azərbaycan Respublikasının İnsan Hüquqları​ ​üzrə Müvəkkili​ ​​(Ombudsman) Səbinə xanım Əliyevaya ​Ağsu rayonu, Ləngəbiz kənd sakini​ Həsənov​ Bəhmən Təhməz oğlu tərəfindən​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
​ ​
​ Ə R İ Z Ə

Möhtərəm Prezident!!


​ ​ ​ Yazıb Sizə bildirmək istəyirəm ki, 18 aprel 2020-ci il tarixdə saat təqribən 17:50 radələrində kəndimizin ərazisinə təxminən 4000-5000 baş xırdabuynuzlu heyvan sürüsü daxil olur. Həmin vaxt kənd sakinləri görürlər ki, heyvan sürüsü onlara məxsus taxıl sahələrini tapdalayaraq otlaq ərazisinə daxil olub. O halda sakinlər qoyun sürüsünü ərazidən çıxartmağa çalışdıqları bir vaxtda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Hacı Alxan adlı şəxs Ağsu Rayon İcra Hakimiyyətinə və Rayon Polis Şöbəsinə ​ zəng vurur və ​ “kənd sakinləri üstümə hücuma keçiblər” deyir.

Ağsuda xüsusi karantin dövründə kənd sakinləri “ayağa qalxdı” - FOTO/VIDEO


Çox keçmir ki, qeyd olunan əraziyə bir neçə nəfər polis əmədaşı şöbəyə məxsus nəqliyyat vasitələri ilə gəlirlər və etiraz edən sakinlərə qarşı dərhal dubinkadan istifadə edirlər. Yəni, kimin yaşlı, kimin cavan yaş həddində olmasına əhəmiyyət vermədən hər kəsə zərbələr endirib, təqribən 35​ -40​ nəfər​ kənd sakini döyə-döyə maşınlara dolduraraq Ağsu Rayon Polis Şöbəsinə aparırlar və həmin şəxsləri 1(bir) sutka ərzində şöbədə saxlayırlar.​ Xüsusi karantin rejiminin tətbiq olunmasına baxmayaraq, kənd sakinləri təqribən 15-20​ kvm-lik sahəsi olan bir otqda saxlanılır və onlara minbir əzab-əziyyət verilir.



Daha biabırçı halın varlı isə, kəndin 75 yaşlı sakini, ömrünün çox hissəsini gənclərin yaxşı oxumalarına, təlim-tərbiyəsinə həsr etmiş, şəkər xəstəsi olan və uzun illər ərzində Ləngəbiz kənd orta məktəbində direktor vəzifəsini daşımış Ağayerəhimov Rəhim Əhməd oğlunun döyülüb təhqir olunması olur. Bundan əlavə, saxlanılan şəxslər arasında torpaqlarımızın bütövlüyü uğurunda qəhrəmancasına vuruşub şəhid olmuş, ölümündən sonra isə, Azərbaycanın Milli Qəhrəmanı adını daşıyan Qurbanov Ağamalı Emin oğlunun övladı da var. Ağamalı Qurbanov dünyasını dəyişərkən, onun polis şöbəsində saxlanılıb olmazın təzyiqlərlə, hədələrlə üz-üzə qalan övladı beş yaşında olur.

Ağsuda xüsusi karantin dövründə kənd sakinləri “ayağa qalxdı” - FOTO/VIDEO


​ ​ Faciə o olur ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Hacı Alxan adlı şəxsin atdığı belə bir addımın varlığına baxmayaraq, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları hansısa maraqlar çərçivəsində bu şəxsin mövqeyini müdafiə edirlər və 30-35 sakini bir sutka ərzində polis şöbəsində saxladıqdan sonra, onların bəzilərindən 600 AZN, kimin valideyni vəzifədə çalışırsa həmin şəxsdən isə, 2-3 min manat “haqq-hesab” alıb buraxırlar. Polis şöbəsində sakinlərə bildirirlər ki, kim bu haqda hansısa dövlət qurumuna məlumat versə, yaxud da kiməsə danışsa, o halda həmin şəxsin yaxın qohum-əqrəbalarını, qardaşlarını həbs edəcəyik.



Hətta, onlar onu da tapşırırlar ki, kim 103-ə, yəni təcili tibbi yardıma zəng edib məlumat verərsə, dərhal həmin şəxsi mal-qara, toyuq oğurluğunda ittiham edəcəyik, lazım gəlsə qanunsuz silah saxlamaqda, narkotik maddə daşımaqda suçlayıb həbsinə də nail olacağıq. Hal-hazırda xəsarət alanlar belə bir təhlükə ilə üz-üzə qaldıqlarından, onlar müalicələrini ev şəraitində həyata keçirirlər.

Ağsuda xüsusi karantin dövründə kənd sakinləri “ayağa qalxdı” - FOTO/VIDEO


​ ​ Artıq Ləngəbiz kənd sakinləri üç gündən çoxdur ki, belə bir dözülməz vəziyyətlə üz-üzə qalıblar və sosial şəbəkələrdə baş verənlərlə bağlı məlumatlar yayımlanmaqdadır. Baş verən olayla bağlı hələ də bir kimsə maraqlanmayıb, kəndimizin beş nəfər sakini isə 10 sutka müddətinə həbsə məhkum olunublar.​ Həbs olunanlar arasında şəhid övladı olan Emil Qurbanov da var. Hansı ki, onun iki azyaşlı şikəs övladı var və bu gün onlar göz yaşları içində ata yolu gözləyirlər. Şəhid oğlu olan Emil Qurbanovun anası göz yaşları içində polis qapısında qalsa da, bir kimsə onun səsinə səs vermir. Hətta ona övladı ilə görüşməyə, apardıqları yeməyi ona çatdırmağa imkan vermirlər. Həbs olunan kənd sakinlərinin evdə ac-yalavac qalan üzüvlərini gözləri yollarda qalıb.



​ ​ ​ Maraqlı və düşündürücü haldır ki, kənd sakinlərinə təqribən​ 15-20​ min manat məbləğində ziyan vuran sahibkar, bu gün də heyvanları həmin ərazilərdə saxlayır və heçnə olmamış kimi öz işi ilə məşğul olur. Ona görə də, yazıb Sizdən xahiş edirk ki, bizi harınlanmış sahibkar, hansı ki, “Dörd qardaş”lar sadlıq sarayına​ sahiblik edən Hacı Alxan adlı şəxsin, həmçinin Ağsu RİH Aparatının və RPŞ əməkdaşlarının zülümündən xilas edəsiniz.

Ağsuda xüsusi karantin dövründə kənd sakinləri “ayağa qalxdı” - FOTO/VIDEO


Hal-hazırda biz həbs olunmuş beş nəfər kənd sakininin azadlığa buraxılmasını və sahibkar Hacı Alxan adlı şəxsə məxsus xırdabuynuzlu heyvanların kənd sakinlərinə məxsus taxıl sahələrindən çıxarılmasını, həmçinin sakinlərə dəymiş ziyanın ödənilməsini istəyirik. Sizdən artıq dərəcədə xahiş edirik ki,bizi düçar olduğumuz belə bir bəladan xilas edəsiniz”.



​ P.S. Biz bir redaksiya olaraq baş verən hadisənin hansı səbəbdən əmələ gəlməsi, xoşagəlməz vəziyyətin yaranması və s. haqda kifayət qədər dəlil-sübuta malik olmadığımız üçün, hal-hazırda konkret mövqeyimizi ifadə edə bilmirik. Amma, onu vurğulamağı özümüz üçün borc bilirik ki, Ağsu RİH-nin başçısı xüsusi karantin rejiminin tətbiq olunduğu bir vaxtda, məhz belə bir olayın baş verməsinə, sakinlərə qarşı polis zoraklığına imkan verməməli idi.

Ağsuda xüsusi karantin dövründə kənd sakinləri “ayağa qalxdı” - FOTO/VIDEO


Çünki, cənab Prezdent 30 sentyabr 2019-cu il tarixdə Vahid Heydər oğlu Tağıyevi Ağsu rayon İcra Hakimiyyətinə başçı təyin edərkən, ona etimad göstərib, lazımi tapşırığını verdikdən sonra, məhz bu yöndə lazımi addımını atıb. Düşündürücü hal odur ki, bu gün Ləngəbiz olayı sosial mediada daha çox yayılan və müzakirə olunan mövzulardan birinə çevrilib. O halda sual oluna bilər ki, görəsən Vahid Tağıyev cənab Prezidentin etmadını doğruldurmu?
Bu yöndə araşdırmamız davam edəcək.

Ağsuda xüsusi karantin dövründə kənd sakinləri “ayağa qalxdı” - FOTO/VIDEO
Ağsuda xüsusi karantin dövründə kənd sakinləri “ayağa qalxdı” - FOTO/VIDEO
Ağsuda xüsusi karantin dövründə kənd sakinləri “ayağa qalxdı” - FOTO/VIDEO
Ağsuda xüsusi karantin dövründə kənd sakinləri “ayağa qalxdı” - FOTO/VIDEO
Ağsuda xüsusi karantin dövründə kənd sakinləri “ayağa qalxdı” - FOTO/VIDEO

Ağsuda xüsusi karantin dövründə kənd sakinləri “ayağa qalxdı” - FOTO/VIDEO


GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • AĞSU RAYONUNDA KƏND SAKİNLƏRİ AYAĞA QALXDI - VİDEO

    AĞSU RAYONUNDA KƏND SAKİNLƏRİ AYAĞA QALXDI - VİDEO ...

    18-04-2020, 22:12

  • 
  • Deputatlığa namizəd Şirvandakı özbaşınalıqla bağlı prezidentə müraciət etdi

    Deputatlığa namizəd Şirvandakı özbaşınalıqla ...

    25-01-2020, 10:52

  • 
  • Kənd sakinindən Zakir Həsənova: "Cənab nazir, icazə versəydiniz..."

    Kənd sakinindən Zakir Həsənova: "Cənab ...

    27-04-2016, 23:11

  • 
  • SOCAR: Azərbaycan neftçiləri adından Mehriban Əliyevaya təşəkkür edirik

    SOCAR: Azərbaycan neftçiləri adından Mehriban ...

    7-11-2019, 12:55

  • 
  • “NMR-nın sabiq DİN rəhbərinin qardaşı 140 000 pulumu ələ keçirib”

    “NMR-nın sabiq DİN rəhbərinin qardaşı 140 000 ...

    21-05-2018, 21:58


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
https://betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu