GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Naxçıvanın baş sığortaçısı durduğu yerdə niyə vəfat edib? – Bir ölümün ilginc səbəbi

Naxçıvanın baş sığortaçısı durduğu yerdə niyə vəfat edib? – Bir ölümün ilginc səbəbi

Tarix: 24-04-2020, 12:45 Bölmə :GündəmXəbər / Manşet Baxış: 732
Naxçıvanın baş sığortaçısı durduğu yerdə niyə vəfat edib? – Bir ölümün ilginc səbəbi


Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Əsgərov Hikmət Əkbər oğlunun srağagün qəflətən vəfat etdiyi xəbəri yayılmışdı.

Bir insanın durduğu yerdə dünyasını dəyişməsi istər-istəməz insanlarda ölümün əsl səbəbi barədə axtarışa vadar edir.

Gundemxeber.Az bildirir ki, ovqat.com da məhz bu səbəbdən bəzi araşdırmalar aparıb və çox ilginc məlumatlar əldə edib. Sən demə, mərhumun ölümü bir növ "iş qəzası" ilə əlaqədarmış.

Əldə etdiyimiz məlumata görə, Hikmət Əsgərovun rəhbərlik etdiyi idarənin publik hüquqi şəxsə çevrilməsinə ürəyi dözməyib və o, infarkt olaraq həyatla vidalaşıb.

Məsələ burasındadır ki, Naxçıvanda bir dövlət idarəsinin publik hüquqi şəxsə çevrilməsi həm də onun bütün kadrlarının tamamilə işdən azad olunması və yeniləriylə əvəz edilməsi mənasına gəlir. Bu mənada Naxçıvan rəhbərliyinin Muxtar Respublikada apardığı bu “struktur islahatları”nın mərhum baş direktora birbaşa əlaqəsi vardı. Əslində bu Fərman onun və komandasının işdən uzaqlaşdırılmasından başqa bir şey deyildi.

Naxçıvanın baş sığortaçısı durduğu yerdə niyə vəfat edib? – Bir ölümün ilginc səbəbi


Zira Muxtar Respublikanın Dövlət Baş Sığorta Agentliyinin hüquqi şəxsdən publik hüquqi şəxsə çevrilməsi idarənin işində hansısa müsbət dəyişikliyə gətirib çıxarmayacağı bəlli idi və məqsəd də heç bu deyildi. Sadəcə son zamanlar Azərbaycanda olduğu kimi Naxçıvanda da kadr dəyişikliyinin asan bir yolu tapılıb: ya vurulması nəzərdə tutulan kadrların işlədiyi müəssisənin adındakı hər hansı bir söz sinonimiylə əvəz olunur, ya da idarə hüquqi şəxsdən publik hüquqi şəxsə çevrilir. Beləcə “yeni yaradılan müəssisənin” rəhbər şəxsləri və işçiləri yenidən təyin olunurlar. Bu da o deməkdir ki, işlədiyin idarədəki kreslonu əldə saxlamaq üçün bir qədər “tərləməlisən”. Əlbəttə ki, su yox, pul.

Əldə etdiyimiz məlumatı Naxçıvan Ali Məclis sədrinin srağagün imzaladığı “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin yaradılması haqqında Fərmanı” da təsdiqləyir. Fərmanın mətni Naxçıvanın rəsmi xəbər Agentliyi “Nuhçıxan”da saat 18.51-də dərc olunub. Üzərindən cəmi bir neçə saat keçməmiş – saat 21.39-də “Report” Hikmət Əsgərovun vəfat xəbərini yayıb.

Mərhumun baiskarı olan həmin Fərmanı təqdim edirik.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 22-də “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Fərmanda deyilir:
"Bu gün muxtar respublikada iqtisadiyyatın çoxşaxəli inkişafı sığorta işi sahəsində də fəaliyyətin təkmilləşdirilməsini zərurətə çevirmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin təşkilati-hüquqi formasının və strukturunun mövcud tələblərə uyğunlaşdırılması, eləcə də iqtisadiyyatının tərkib hissəsi olan sığorta sisteminin imkanlarından geniş və səmərəli istifadə edilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissənin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada sığorta fəaliyyətinin təkmilləşdirilməsi və səmərəli təşkil edilməsi məqsədilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublika Dövlət Baş Sığorta Agentliyinin əsasında publik hüquqi şəxs statuslu Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti yaradılsın.
2. “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
3. “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin strukturu” təsdiq edilsin.
4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin".

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 22 aprel tarixli Fərmanı ilə təsdiq edilmişdir.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vasif Talıbov yeni qurum yaratdı

    Vasif Talıbov yeni qurum yaratdı ...

    22-12-2017, 11:50

  • 
  • Muxtar Respublikada koronavirus niyə gizlədilirmiş? – ŞOK iddialar

    Muxtar Respublikada koronavirus niyə ...

    7-04-2020, 13:12

  • 
  • Azərbaycanda yeni dövlət qurumu yaradıldı

    Azərbaycanda yeni dövlət qurumu yaradıldı ...

    15-02-2018, 10:30

  • 
  • Deputat oğlunun ölüm səbəbi xizək qəzası deyilmiş - TƏFƏRRÜAT

    Deputat oğlunun ölüm səbəbi xizək qəzası deyilmiş ...

    25-01-2019, 11:04

  • 
  • Vasif Talıbov nədən belə davranır?.. - İLGİNC

    Vasif Talıbov nədən belə davranır?.. - İLGİNC ...

    14-04-2020, 12:53


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu