GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Rektorun adı qalmaqalda hallanır... - İDDİA

Rektorun adı qalmaqalda hallanır... - İDDİA

Tarix: 30-04-2020, 21:29 Bölmə :GündəmXəbər / Manşet Baxış: 688
Rektorun adı qalmaqalda hallanır... - İDDİA


Politoloq Rövşən Novruzoğlu: “Əgər Ədalət Muradovun doktorluq dissertasiyasında Ulu Öndərin hakimiyyəti dövrü sərt tənqid edilibsə, Azərbaycanın tezliklə iqtisadi tənəzzülə uğrayacağı yazılıbsa, görün onun namizədlik dissertasiyası nə gündədir...”

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Cəlal oğlu Muradovun 1998-ci ildə T.Şevçenko adına Kiyev Dövlət Universitetində müdafiə etdiyi “Keçid iqtisadiyyatının dünya təsərrüfatı sisteminə inteqrasiyası” («Интеграция переходной экономики в систему мирового хозяйства») mövzusunda doktorluq dissertasiyası və 1993-cü ildə yenə də T.Şevçenko adına Kiyev Dövlət Universitetində müdafiə etdiyi “Bazar iqtisadiyyatına keçid şəraitində region iqtisadiyyatının struktur dəyişiklikləri” (Azərbaycanın nümunəsində)" («Структурные преобразования экономики региона при переходе к рынку» mövzusunda namizədlik dissertasiyası ətrafında mübahisə və müzakirələr bitib-tükənmir. Belə ki, o, doktorluq dissertasiyasını üstündən 16 il keçəndən sonra Prezident yanında AAK-da tanıtmışdır, lakin sonradan məlum olmuşdur ki, nəinki AAK-da, ümumiyyətlə, Azərbaycan Respublikasının heç bir elmi-pedoqoji mərkəzində bu dissertasiya yoxdur. “Təzadlar”ın Araşdırma Qrupunun rəsmi sorğusu rektor və Prezident yanında AAK tərəfindən cavablandırılmadıqdan sonra əməkdaşlarımız Kiyevə ezam olunaraq həmin dissertasiyanı və monoqrafiyanı tapıb gətirdilər. Məlum oldu ki, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Cəlal oğlu Muradov adı çəkilən doktorluq dissertasiyasında Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonrakı dövrdə ölkəmizdə aparılan böyük iqtisadi islahatları qəti şəkildə şübhə altına almış, siyasi hakimiyyətin bu istiqamətdə atdığı bütün məsul addımları özünün uydurma saxta proqnoz və rəqəmləri ilə pisləmişdir. Vətənpərvərlik hissini itirmiş Ə.Muradov dünyanın diqqət mərkəzində olmuş, Azərbaycan üçün taleyüklü strateji iqtisadi layihə olan «Əsrin müqaviləsi»ni əsassız olaraq gözdən salmış, dünya ictimaiyyətində bu layihə barədə mənfi, səmərəsiz layihə rəyi yaradan fikirlər səsləndirmişdir. Ə.Muradovun doktorluq dissertasiyasında Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın belə bir məsuliyyətli dövründə dövlətin iqtisadi dayağı, bazası olan «Əsrin müqavilə»si ətrfında düşmənə tutalqa verən faktlar sərgiləmişdir. Hətta o, çəkinmədən yazır ki, belə davam edərsə, yəni «Əsrin müqaviləsi»ndən imtina edilməzsə, heç bir iqtisadi-sosial səmərə verməyəcək layihənin «töhfə»si bu olacaq ki, Azərbaycan yaxın gələcəkdə «Banan respublikası»na çevriləcəkdir və s. Xəbər verildiyi kimi, artıq Ukrayna alimlərinin də bu dissertasiya ətrafında rəyləri gəlməkdədir. Əməkdaşlarımız məsələyə daha dərindən yanaşma üçün Kiyevə ezam olunmaq ərəfəsindədirlər. Bu səfər karantin rejiminə görə iki aydır ləngidiyindən, hesab edirik ki, yaxın vaxtlarda reallaşacaq...

Bəs rektorun namizədlik dissertasiyası hardadır???

Ədalət Muradov 1993-cü ildə yenə də T.Şevçenko adına Kiyev Dövlət Universitetində “Bazar iqtisadiyyatına keçid şəraitində region iqtisadiyyatının struktur dəyişiklikləri” (Azərbaycanın nümunəsində)" («Структурные преобразования экономики региона при переходе к рынку» mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Biz KİV olaraq adı çəkilən dissertasiyanın Azərbaycanda olduğunu güman etdiyimizdən, Kiyevdə olarkən, açığı, bununla maraqlanmadıq da. Təxminən 158 səhifəlik bu dissertasiyanı indi ölkəmizdə axtarmaqdayıq, lakin tapılmır. Məxbur olub, dissertasiyanın müəllifi olan rektor Ədalət Muradova rəsmi qaydada informasiya sorğusu göndərməkdəyik. Belə ki, “Təzadlar”a müraciət edən bir neçə tələbə və magistr həmin namizədlik dissertasiyanı oxumaq və bəhrələnmək, gələcək elmi işlərində istinad etmək istəyirlər, lakin tapa bilmirlər. Odur ki, bizdən kömək istəyirlər.
Bəs Ədalət Muradovun 1993-cü ildə yenə də T.Şevçenko adına Kiyev Dövlət Universitetində müdafiə etdiyi “Bazar iqtisadiyyatına keçid şəraitində region iqtisadiyyatının struktur dəyişiklikləri” (Azərbaycanın nümunəsində)" («Структурные преобразования экономики региона при переходе к рынку» mövzusunda namizədlik dissertasiyası harada ola bilər? Yaxud, rektor özü rəhbərlik etdiyi universitetdə niyə bu dissertasiyanı tələbələri üçün əlçatan etməmişdir?
Məsələyə münasibət bildirən, Milli təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert Rövşən Novruzoğlunun cavabı diqqətiçəkəndir:
-Düşünürəm ki, burada daha ciddi müəmmalar var. Mən də universitetin saytına daxil oldum, ümumiyyətlə, internetin beynəlxalq axtarış sistemində gəzişmələr etdim, lakin Ədalət Muradovun “Bazar iqtisadiyyatına keçid şəraitində region iqtisadiyyatının struktur dəyişiklikləri” (Azərbaycanın nümunəsində)" («Структурные преобразования экономики региона при переходе к рынку» mövzusunda namizədlik dissertasiyasının yalnız quru adına rast gəldim. Necə ola bilər ki, ən adi bir mütəxəssis-alimin dissertasiyaları hamı üçün əlçatandır, amma o boyda rektorun isə doktorluq və namizədlik dissertasiyaları tapılmır. Burda nə sirr yatır? Düşünürəm ki, səbəb birdir: Ədalət Muradov doktorluğunu 1998-ci ildə müdafiə edib, həmin illərin siyasi narahatlığını hamımız bilirik. Azərbaycanda müxalifət aktivləşmişdi, hətta onların hakimiyyətə gəlməsi barədə geniş müzakirələr gedirdi, Ermənistan mətbuatı isə Heydər Əliyevin müdrik siyasətçi olduğunu bilirdilər və hakimiyyət dəyişikliyi onların ürəyindən idi və s. Lakin rektor Ədalət Muradov da ola bilsin həmin ab-hava təsiri altında olub və ona görə də doktorluq dissertasiyasında Ulu Öndərin hakimiyyətdə olduğu illəri, cəmi 5 il idi, doktorluq dissertasiyasında sərt tənqid etmiş, gözdən salmış, hakimiyyəti aşağılamışdır... İndi düşünürəm, əgər Ədalət Muradov 1998-ci ildə müdafiə etdiyi (yəqinki neçə il əvvəldən yazmağa başlamışdır) doktorluq dissertasiyasında Ulu Öndərin hakimiyyəti dövrünü sərt tənqid edibsə, görün onun namizədlik dissertasiyası nə gündədir... Odur ki, jurnalistlərin prinsipial araşdırması lazımdır ki, həmin namizədlik dissertasiyası tapılıb üzə çıxarılsın. Lazım olsa, sizin təcrübəniz var, Kiyevə ezam olunub onu taparaq Azərbaycan istimaiyyətinin müzakirəsinə verin... //tezadlar.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • FİZULİ ƏLƏKBƏROVU ƏVƏZ EDƏN SƏLİM MÜSLÜMOV KİMDİR?

    FİZULİ ƏLƏKBƏROVU ƏVƏZ EDƏN SƏLİM MÜSLÜMOV KİMDİR? ...

    22-10-2013, 20:26

  • 
  • Azərbaycanın tanınmış arxeoloq-tarixçisi vəfat edib

    Azərbaycanın tanınmış arxeoloq-tarixçisi vəfat ...

    7-07-2016, 19:01

  • 
  • Əli İnsanovun həbsində adı hallanan sabiq nazir yeni təşkilat yaradır

    Əli İnsanovun həbsində adı hallanan sabiq nazir ...

    23-11-2014, 23:29

  • 
  • Hansı nazirlərin elmi dərəcəsi var?

    Hansı nazirlərin elmi dərəcəsi var? ...

    17-02-2014, 12:03

  • 
  • “Sapı özümüzdən olan baltalar”

    “Sapı özümüzdən olan baltalar” ...

    25-03-2013, 19:47


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu