GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » ''Çakır'' ləqəbli icra başçısının şirkətləri və müəssisələri haqda sensasion faktlar

''Çakır'' ləqəbli icra başçısının şirkətləri və müəssisələri haqda sensasion faktlar

Tarix: 7-05-2020, 18:45 Bölmə :GündəmXəbər / Manşet Baxış: 837
''Çakır'' ləqəbli icra başçısının şirkətləri və müəssisələri haqda sensasion faktlar


Qaradağ rayonu İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun rayon ərazisindəki çınqıl karxanası və digər əmlakları ilə bağlı jurnalist Cavanşir Həsənli öz facebook səhifəsində sensasion məqalə paylaşıb.

Həmin məqaləni GundemXeber.Az-ın oxucularına təqdim edirik:

''O karxana ki, "Qaradağ Çınqıl" MMC adı ilə 2016-cı ilin oktyabrında dövlətdən ünvanlı sosial yardım alan Sahil qəsəbə sakini Pərvin Məhyətdin Ağasoltan oğlunun adına rəsmiləşdirilib.
Amma ictimaiyyətdə "Çakır" ləqəbilə məşhurlaşmış Süleyman Mikayılov heç də çörəyi təkcə "daşdan çıxan" biri deyil.

''Çakır'' ləqəbli icra başçısının şirkətləri və müəssisələri haqda sensasion faktlar


Süleyman Mikayılovun rəsmi tədbirlərdə Qaradağ rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı tez-tez özünün "uğurlu fəaliyyətin nəticəsi" kimi haqqında danışdığı şirkətlər, müəssisələr diqqəti çəkir. Cənab Mikayılov hesabat xarakterli çıxışlarında xüsusilə “ASKORP” MMC tərəfindən yaradılan Qızıldaş qəsəbəsində müxtəlif üzlük daşlar və kərpic məmulatları, eləcə də rayonun Lökbatan qəsəbəsində müasir idman malları istehsalı müəssisələrinin adlarını çəkir.

''Çakır'' ləqəbli icra başçısının şirkətləri və müəssisələri haqda sensasion faktlar


Özünün dediyinə görə, hər iki müəssisə üzrə 4 milyon manatdan çox investiya qoyulub. Müəssisələr Azərbaycan Respublikasının regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində yaradılıb, Sahibkarlığa Kömək Milli Fondundan "ASKORP" MMC-yə külli-miqdarda güzəştli kreditlər yönəldilib.

''Çakır'' ləqəbli icra başçısının şirkətləri və müəssisələri haqda sensasion faktlar


İlk baxışdan təqdirəlayiq işlərdir. Amma...
Əmması bu ki, icra başçısının dövlət vəsaitlərini yönəltdiyi şirkət və sözügedən müəssisələr Süleyman Mikayılovun oğlu Elvin Mikayilova məxsusdur. "ASKORP" MMC 2016-cı ilin yanvarında 20 manat nizamnamə kapitalı ilə Yasamal rayonu HÜSEYN CAVİD PR., ev A, m. 6, 8, 9, MƏH. 556/57 ünvanında qeydiyyatdan keçib.
"ASKORP" MMC-nin idman malları istehsalı müəssisəsi yaradılarkən Qaradağ rayon rəhbərliyi məhsulların dünya bazarına çıxarılacağı barədə ölkə rəhbərliyinə boğazdanyuxarı vədlər verib.

''Çakır'' ləqəbli icra başçısının şirkətləri və müəssisələri haqda sensasion faktlar


Müəssisədə indiyədək istehsalı məlum olan cəmi bir adda məhsul var - "Aloff" futbol topu. İcra başçısının oğlu dövlət vəsaitləri hesabına açdığı müəssisənin məhsulunu "dünya bazarına çıxmaq üçün" Sədərəkdə" dükan da açdı. Amma məlum olanı "Aloff" heç yerli futbol klublarının da brendi ola bilmədi.

''Çakır'' ləqəbli icra başçısının şirkətləri və müəssisələri haqda sensasion faktlar


Bu azmış kimi icra başçısı öz əlaqələrindən istifadə edərək bir müddət əvvəl “Askorp” MMC üçün "AFB Bank" ASC-dən külli-miqdarda kredit götürüb. Kreditin qaytarılması problemə çevrilib və ötən ildən bəri "Çakır"ın oğluna məxsus şirkət bankla məhkəmə çəkişmələrinə cəlb olunub. Sonuncu proses ötən ilin dekabrında Bakı Appelyasiya Məhkəməsində keçirilib (e-2-2(103)-894/2019).
"Askorp" MMC Süleyman Mikayılovun oğlunun təsis etdiyi yeganə şirkət deyil.

''Çakır'' ləqəbli icra başçısının şirkətləri və müəssisələri haqda sensasion faktlar


Bundan əvvəl - 2015-ci ilin avqustun 20-də Elvin Mikayilov 20 manat nizamnamə kapitalı ilə "ASPAN" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİni qeydiyyatdan keçirib. Bu şirkətin də hüquqi ünvanı HÜSEYN CAVİD PR., ev A, m. 6, 8, 9, MƏH. 556/57-dir. Amma şirkətin fəaliyyəti ilə bağlı ətraflı məlumat yoxdur.

''Çakır'' ləqəbli icra başçısının şirkətləri və müəssisələri haqda sensasion faktlar


"Çakır"ın qaranlıq işləri Azərbaycanla məhdudlaşmır. İcra başçısının oğlunun biznesi Avropaya qədər uzanıb. Arasının sayəsində Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına özünə biznes quran və əlavə olaraq "AFB Bank"dan kreditlər götürüb qaytarmayan Elvin Mikayilov 2017-ci ilin dekabrın 29-da Almaniyada 25 min avro nizamnamə kapitalı ilə EFFEST GMBH-ni təsis edib və Viktor Pauls adlı şəxslə müştərək iş qurub. Şirkət Bad Oeynhausen ədliyyəsində HRB 15248 saylı lisenziya ilə ZILLESTR. 63 ünvanında qeydiyyatdan keçib.

''Çakır'' ləqəbli icra başçısının şirkətləri və müəssisələri haqda sensasion faktlar


Süleyman Surxay oğlu Mikayılov 2010-cu ildən Qaradağ rayon İcra Hakimiyyətinin başçısıdır. Bundan əvvəl o, Yardımlı (13 may 2005-ci il — 21 dekabr 2005-ci il) və Lənkəranın (21 dekabr 2005-ci il — 4 mart 2010-cu il) icra başçısı olub.

''Çakır'' ləqəbli icra başçısının şirkətləri və müəssisələri haqda sensasion faktlar


Daha əvvəllər Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizə şöbəsinin rəisi, idarə rəisinin birinci müavini, idarənin rəisi, Gömrük Komitəsinin İşlər İdarəsi rəisinin müavini, bir müddət Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi işləyib.''

GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Süleyman Mikayılov: - ölkənin "miniÇovdarovu" – ŞİKAYƏT

    Süleyman Mikayılov: - ölkənin ...

    8-05-2017, 20:16

  • 
  • Azərbaycanın ən zəngin icra başçısı... - İDDİA

    Azərbaycanın ən zəngin icra başçısı... - İDDİA ...

    7-06-2018, 11:08

  • 
  • "Quska"nın həbsi Qaradağın icra başçısını bitirə bilər: Süleyman Mikayılov onun adamı olub...

    "Quska"nın həbsi Qaradağın icra ...

    1-05-2018, 15:22

  • 
  • Süleyman Mikayılov narazılıq yaradan qardaşını qoruyur... - İDDİA

    Süleyman Mikayılov narazılıq yaradan qardaşını ...

    26-05-2017, 18:10

  • 
  • Süleyman Mikayılov virusu belə “yayır” – Foto

    Süleyman Mikayılov virusu belə “yayır” – Foto ...

    5-04-2020, 12:27


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu