Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri olduğu nazirlikdə keçirdiyi əməliyyatdan danışıb.
Gundemxeber.Az bildirir ki, gununsesi.org-un sorğusunu cavablandıran nazir bir dövlət orqanının başqa bir qurumda əməliyyat keçirdiyini deyib:
“Mən indidən geniş nəsə söyləyə bilmərəm. Əməliyyat olub, tutulanlar var. Yəqin ki, hər şey aydınlaşacaq. Biz hüquqi dövlətdə yaşayırıq, əgər neqativ nəsə varsa, ona da hüquqi qiymət veriləcək”.
Sorğu
Yeni dizaynımız necədir?