GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Goranboyda icra başçısının müavini şikayətçini döyüb pəncərədən aşağı tulladı – Sakin DTX-nın rayon şöbəsinə sığındı (Video)

Goranboyda icra başçısının müavini şikayətçini döyüb pəncərədən aşağı tulladı – Sakin DTX-nın rayon şöbəsinə sığındı (Video)

Tarix: 18-05-2020, 15:37 Bölmə :GündəmXəbər / Manşet Baxış: 723
Goranboyda icra başçısının müavini şikayətçini döyüb pəncərədən aşağı tulladı – Sakin DTX-nın rayon şöbəsinə sığındı (Video)


Sosial şəbəkələrdə Goranboy rayon sakini Verdiyev Arzu Vəli oğlunun prezidentə videomüraciəti yayılıb.

Gundemxeber.az virtualaz.org-a istinadən xəbər verir ki, həmin şəxs mayın 14-də Goranboy rayon icra hakimiyyətinin başçısının qəbuluna getdiyini, bu vaxt başçının birinci müavini tərəfindən döyüldüyünü və pəncərədən aşağı atıldığını bildirir.

Goranboy sakini deyir ki, o prezidentin Azərbaycanda ictimai nəzarətin zəif olması barədə çıxışınızdan ruhlanaraq Goranboy rayonunda baş verən qanunsuzluqlarla bağlı faktları ictimailəşdirib. Amma bunun əvəzində rayon İcra Hakimiyyətində döyülüb.

Arzu Verdiyev hadisəni belə nəql edir: “Dünən başçının qəbul günü idi. Mən də qərara aldım ki, Musayev Eldarla (yerli sakin) başçının qəbuluna gedim. İcra başçısının qəbuluna yaxınlaşdım, orada xeyli adam vardı, təxminən 40-50 nəfər. İcra başçısının birinci müavini Ceyhun Həsənov o boyda əhalinin içərisindən bizi görüb çağırdı, qəbul edib dərdimizi dinləyəcəyini dedi. İçəri keçdikdən sonra bizim hərəmizi bir otağa saldı. Məni orada kobud rəftara məruz qoydu, söyüşlər yağdırdı, nalayiq ifadələrlə danışdı, məni döydü, başımı pəncərəyə, divara vurdu. Sonra götürüb pəncərədən aşağı atdı. Bunun nəticəsi olaraq mənim əlimdə, başımda kəsiklər əmələ gəldi, yerdə məni qan aparırdı. İcra Hakimiyyətinin iki sürücüsü, deyilənə görə, biri Ceyhun Həsənovun bacısı oğludur, mənə bu vəziyyətdə yardım etmək əvəzinə söydülər, təhqir elədilər. Yenidən pəncərədən içəri ataraq hadisəni ört-basdır etməyə çalışdılar. Amma mən imkan tapıb qaça bildim və yaxınlıqdakı DTX rayon şöbəsinə sığındım. Sağ olsunlar, orada mənə yardım etdilər, təcili yardım çağırdılar, yaralarımı sarıdılar…”

Onunla birlikdə torpaq və örüş yeri məsələsi ilə bağlı şikayətini çatdırmaq üçün qəbula gedən Eldar adlı yaşlı şəxs də videomüraciətdə təsdiq edir ki, icra başçısının müavini C.Həsənov A.Verdiyevin qolundan tutaraq içəri salıb. Onun özünün isə “arxasından təpiklə vurub”.

Sakinin bildirdiyinə görə, onu İcra Hakimiyyətinin arxa tərəfindən içəri salıblar, zalın yanındakı otaqda, şikayətə gələnlərin yanında Ceyhun Musayev “arxa tərəfindən diziylə vurub”, sinəsindən itələyib. Habelə hədələyib və “səninlə sonra danışacam” deyib.



Ürək xəstəsi olan Eldar Musayev deyir ki, o, İcra Hakimiyyətindən çıxaraq DİN-in 102 xidmətinə zəng vurub, icra başçısının müavini tərəfindən döyüldüyünü bildirib. Polislər gəlib və onu maşınla evinə çatdırıb. Evdə E.Musayevin vəziyyəti pisləşib və o, xəstəxanaya zəng vurub. Daha sonra onu xəstəxanaya aparıblar və tibbi yardım göstəriblər. Polislər də xəstəxanada şikayətçinin ifadəsini alıb.

Sonda A.Verdiyev deyir ki, həmin Ceyhun Həsənov Goranboyda oliqarxdır, çoxlu biznes obyektləri var və vəzifəsindən istifadə edib biznesinə “krışalıq” edir. “Xahiş edirəm onun barəsində tədbir görəsiniz”,-sakin prezidentə müraciətini yekunlaşdırır.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda icra başçısının birinci müavininin otağından oğurluğa cəhd olub

    Azərbaycanda icra başçısının birinci müavininin ...

    7-01-2019, 10:50

  • 
  • Lənkəranın icra başçısının müavini işdən çıxarıldı

    Lənkəranın icra başçısının müavini işdən çıxarıldı ...

    27-12-2013, 13:57

  • 
  • ​İşdən çıxarılan icra başçısının birinci müavini İSTEFA VERDİ

    ​İşdən çıxarılan icra başçısının birinci müavini ...

    15-12-2017, 14:58

  • 
  • İcra başçısının müavini 8 nəfərin öldüyü qəzadan danışmaq istəmədi - "...o sizə ətraflı məlumat verəcək"

    İcra başçısının müavini 8 nəfərin öldüyü qəzadan ...

    9-07-2019, 16:04

  • 
  • İcra başçısının qəbulunda intihara cəhd?

    İcra başçısının qəbulunda intihara cəhd? ...

    18-09-2013, 14:26


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu