Son zamanlar rayon icra hakimiyyəti başçılarının əndişə keçirdiyi bir ərəfədə bəzi RİH rəhbərləri özlərini kifayət qədər arxayın hiss edirmiş kimi davranırlar. Hər halda, onların sıralarında daha çox diqqətə gələni yeni təyin olunan başçılardır ki, bu əsnada da Prezident İlham Əliyevin İsmayıllının yeni təyin olunan başçısına töhmət verməsi ilə kiminsə nazı ilə oynanılmayacağını diqqətə çatdırmış oldu.
GundemXeber.Az bildirir ki, amma görünür ki, hələ də dərs çıxarmayanlar var və bununla bağlı DİA.AZ-a Hacıqabuldan daxil olan informasiyada qeyd olunur ki, əslində başçısının yeni təyin olunmasına baxmayaraq bu gün Hacıqabulda da xüsusi xidmət orqanlarının əməliyyat keçirməsinə zərurət yaranmaqdadır.
Rayondakı mənbənin söylədikləri: "Yeni təyin olunan icra başçısı Rüstəm Xəlilovun həm apardığı kadr islahatları, həm də iş prinsipi belə deməyə əsas yaradır. Onun Hacıqabul rayon Maliyyə idarəsinin rəisi Vüqar İbrahimovla da xüsusi anlaşmaya getməsi deyilənlərin təsdiqi kimi qəbul oluna bilər. Bunun səs-küyü mütləq ki, sonradan çıxacaq. Amma nə qədər ki, dövlət böyük zərərə uğramayıb, bəri başdan tədbir görülməsi vacibdir".
Məndə iddia edir ki, başçı ilə yerli maliyyə şöbəsinin müdiri son günlər bəzi sənədləşmə işləri həyata keçirir: "Bu barədə rayondakı məmurların əksəriyyəti bilir. Detallı bilgiləri isə araşdırma ilə ortaya çıxarmaq olar".
Qeyd edək ki, mənbə hələ ki təsdiqini tapmayan faktları da təqdim edib. Bu barədə yaxın vaxtlarda geniş materialımızı təqdim edəcəyik. İddia olunanlarla bağlı bütün tərəfləri dinləməyə hazırıq...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?