Məlum olduğu kimi, Muxtar Babayev Ekologiya və təbii sərvətlər naziri təyin olunduqdan sonra rəhbərlik etdiyi qurumda islahatlar həyata keçirməyə başladı. Bu islahatlar çərçivəsində xeyli sayda şəxslərin azad olunması, yeni kadrların vəzifəyə təyin edilməsi də var. Gundemxeber.Az bildirir ki, bu proseslə bağlı cumhuriyyet.az-a ilginc məlumatlar daxil olub. Söhbət “Ağ Göl” Milli Parkına yeni direktor təyin edilməsindən gedir.
Məlumat üçün bildirək ki, Ağ Göl Milli Parkına uzun illər Loğman Mehdiyev rəhbərlik etmişdir. Obyektivlik naminə onu da qeyd edək ki, bu illər ərzində Milli Parkda xeyli işlər görülmüşdür. Onlardan bəzilərini qeyd etməyi vacib bilirik:
– Bu dövr ərzində Milli Parkda qanunsuz ova təşəbbüs edən 55 nəfər silahlı şəxs saxlanılıb hər birinə 1000 manat olmaqla 55 min manat cərimə tətbiq edilərək göstərilən məbləğin hamisi ETSN-nin xüsusi fonduna ödənilməsi təmin edilmişdir; – Əsasən İraq, Suriya, Küveyt dövlətlərindən olmaqla 12 xarici ölkə vətəndaşı Milli Parkın ərazisində qanunsuz ova təşəbbüs edəkən tərəfimizdən saxlanılmış hər birinə 2 min manat olmaqla 24 min manat cərimə tətbiq edilərək həmin məbləğin tamamı xüsusi fonda ödənilməsi təmin edilmişdir; – Milli parkın mühafizəsini təmin etmək məqsədilə əraziyə heyvan otarmaq məqsədi ilə salınmış bütün körpülər dağıdılmışdır; – Müxtəlif vaxtlarda cəmi 25 baş olmaqla Milli parkın ərazisinə buraxılmış ceyranların sayı götürülmüş çox ciddi mühafizə tədbiləri nəticəsində 60 başa çatdırılmışdır; – Milli Parkın ərazisində turistlərin hərəkəti üçün 9 turist marşurutu yaradılmış, marşurut üzərində gələn turistlərin istirahətinin mənalı keçməsi və yenidən gəlmələri məqsədilə marşrutların kəsişdiyi yerdə 30 nəfərin eyni vaxtda oturub istirahət edə biləcəyi istirahət yeri tikilmiş, turistlərin Milii Parkın flora və fauna aləmi ilə tanış olması məqsədi ilə 2 ədəd müşahidə qülləsi, bir ədəd su hövzəsində gizli müşahidə yeri inşa edilmişdir. Marşrutların istiqamət göstərən və məlumat lövhələri hazırlanaraq marşuratlar üzərində qurulmuşdu. Bütün bu işlərin müsbət nəticəsidir ki, 2016-cı ildə Milli Parka 120, 2017-ci ildə 200 turist gəldiyi halda 2018-ci ilidə 3200, 2019-cu il ərzində 5160 nəfər turist gəlmişdir. Onu da bildirək ki, qeyd edilən işlərin bir çoxunun görülməsində bir manat da olsun dövlət vəsaiti xərclənməmişdir vı bunun nəticəsi olaraq L.mehdiyev 2018 ci ildə Respublika Həmkarlar Konfederasiyasının Ekalogiya Nazirliyi üzrə ən yaxşi nümunəvi təssərüfatı kimi fəxri diplom və televizor hədiyyəsi almışıq. Çox çətin təbii şərtlər altında Ağ Göl Milli Parkını yenidən quran və qoruyan direktorun işdən azad olunması maraq doğurur. Bununla bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbə Milli Parkda kadr dəyişikliyinin əsasının 2018-ci ildən qoyulduğunu bildirir: ” Novruz Məmmədov baş nazir təyin olunandan sonra Ağ Gölün qara günləri başlandı. Beləki özünü Novruz Məmmədovun əqrabaları kimi təqdim edən bəzi dırnaqararası qəhrəmanlar meydana çıxdı.Bu qəhrəmanlar Ekologiya və Təbii Sərvətlər Nazirliyindəki tanışları ilə Zümrüd restoranında yığışıb bir içki məclisi qururlar. Məclisdə iştirak edən Ağcabədi şəhər sakini İbrahimov Qüdrət İbrahim oğlu bu şansdan bəhrələnərək Ağgölə rəhbər təyin olunmaq sevdasına düşür. Elə orda məsələni gündəmə gətirir və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı olan dostların və iş adamının xeyir duası ilə necə deyərlər kiçik “Hərisini” alır”. Bunun ardınca isə ölkə mətbuatında Loğman Mehdiyevin əleyhinə kampaniya başlayır . Mqsəd onun haqqında mənfi rəy yaradıb nazirin gözündən salmaq idi. Eyni zamanda həftə sonu Ağcabədidən gedən “Ergi” quzusu Zümrüddə manqalda tüstülənərək yeni planlar qurulur. 19 aprel 2019-cu il tarixdə məhz Loğman Mehdiyevin təşəbbüsü ilə nazir Muxdar Babayev tanışlıq məqsədi ilə Milli Parka gəlir. Nazirin hansı traektoriya ilə hərəkət edəcəyi bəlli idi və bu ərazilərə əvvəlcədən də baxış keçirilsə də “təsadüfən” yolun üzərində bir ədəd boş istifadə olunmuş patron “aşkarlanır”. Nazir patronu götürüb üzünü L.Mehdiyevə tutur: “Demək yazılanlar doğru imiş”. Beləliklə planın əsas hissəsi baş tutur. Bu hadisə haqda məlumatlı mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, nazir bundan əvvəl 2 dəfə Milli Parkda olduğunu nəzərə alsaq təxminən harda masından düsüb piyada gedəcəyini, haralara baxacağını L.Mehdiyev bilməmiş deyildi: ” Bu dövr Ağğöldə lalələrin kütləvi açması dövrü idi, elə cənab nazirlə əvvəlki səfərində lalələr açılan zaman Milli Parka gələcəyinə söz vermişdi. Boş gilizin də lalələr olan yerdə aşkarlanması və bütün hazırlıq prosesindən Qüdrət İbrahimovun xəbərdar və iştirakçı olması ciddi suallar yaradır”. Bundan sonra L.ehdiyev səhhəti ilə əlaqədar olaraq işdən kənarlaşması ilə bağlı ərizə yazır. Elə həmin gecə Zümrüd restoranında işin birinci mərhələsinin uğurla basa çatması qeyd olunur. Bunun ardınca isə təcili Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ağgöl Milli Parkına boş olan “əslində boşaldılmış” direktor yerini tutmaq üçün müsabiqə elan olunur. Müsabiqə başladı, əsərin qəhrəmanı məlum idi – Qüdrət İbrahimov. Yaxşıca geyinib, qalustukta taxıb keçdi kameraların qarşısınana müsahibədə verdi,amma imtahan verə bilmədi. Neynəmək olar, dostların canı sağ olsun ikinci tur təşkil edilib onun adını əvvəlki siyahıda olmamış kimi yeni siyahıya saldılar. Yenə də“testin cavabı NEQATİV”. Fikirləşib müsabiqədə ən zəif bal yığan Qüdrət müəllimi rayonda yaxşı kadr olmasını, Ağgöldə o daha yaxşı işləyə biləcəyini təsdiqləyən İcra Başçısınınadından cənab nazirin adına məktub almaq. Ekologiya və Səbii Sərvətlər Nazirliyindəki dostları bir ay müsabiqənin nəticələri saxladılar. İcra Başçısı Şahin Məmmədovdan müsabiqənin nəticəsini dəyişməyə yetərli olan məktubu alındı. Həmin gecə “Şahmuradın yanında qonaqlığında oldu. Bəli Qüdrət müsabiqənin “qalibi oldu”. Əmr hazır oldu. Qüdrət müəllim 3 ay sınaq müddətinə müvəqqəti olaraq Ağgölə direktor təyin olundu. Ağgölün qara günləridə elə o gündən başlandı. Kustar üsulla hazırlanmış elektrik cəriyan ilə gölə divan tutulurdu. İşdən çıxdıqdan sonra L.Mehdiyev Milli Parkda baş verənlərlə bağlı nazirin qəbulunda olur və hər şeyi detalına qədər yazıb ona təqdim edir. Məktub kimin icraatına verilib nə tədbir görülüb bu günə qədər mənə məlumat verilməyib.
P.S. Başqa-başqa şəxslərə toplam 85 000 AZN rüşvət verərək Ağgöl Milli Parkına direktor gəldiyini çəkinmədən deyən Qüdrət İbrahimovun kimlərə nə qədər rüşvət verdiyinin adlarını növbəti yazımızda açıqlayacıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?