GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Müasir İnnovasiyalar Liseyində qalmaqal – “Dərs deməyib, pul istəyir”

Müasir İnnovasiyalar Liseyində qalmaqal – “Dərs deməyib, pul istəyir”

Tarix: 21-05-2020, 12:57 Bölmə :GündəmXəbər / Manşet Baxış: 357
Müasir İnnovasiyalar Liseyində qalmaqal – “Dərs deməyib, pul istəyir”


Övladları Müasir İnnovasiyalar Liseyində (MİL) təhsil alan bir qrup valideynlə tədris müəssisəsi arasında problem yaranıb.

GundemXeber.Az x'b'r verir ki, valideynlər “BakuPost”a bildirirlər ki, pandemiya ilə əlaqədar aprel ayından tədris proqramında baş vermiş dəyişikliklərə baxmayaraq, MİL rəhbərliyi birdən birdə 3 ayın – mart, aprel və may ayları üçün təhsil haqqının tam həcmdə ödənilməsini tələb edir. Halbuki, mart ayında dərslər ümumiyyətlə olmayıb, aprel ayından isə dərslər onlayn formada keçirilir.
Bu o deməkdir ki, indiyədək MİL-də şagirdlərə göstərilən xidmət – gündə iki dəfə (səhər və günorta) yemək, dərsdən sonra əlavə məşğələlər, idman-sağlamlıq, kitabxana və ümumilikdə tədris müəssisəsinin infrastrukturundan istifadə – dayandırılıb və yalnız onlayn dərslər keçirilir.
Bütün bunları nəzərə alan valideynlər, təbii ki, ödənişdə ciddi güzəşt olunmasını gözləyir. Həm də ona görə ki, MİL ilə imzalanan təhsil müqaviləsində xüsusi “Fors-major” bəndi də var. Həmin müddəaya görə, tərəflər fors-major şəraiti yarandığı halda bu müqavilə üzrə məsuliyyət daşımırlar.
Amma MİL rəhbərliyinin nə mart ayında dərslərin olmadığını, nə aprel ayından göstərilən xidmətin yalnız onlayn dərslərlə kifayətləndiyini, nə müqavilədəki fors-major hallarla bağlı müddəanı nəzərə almadan 3 ay üçün tam həcmdə ödənişi tələb etməsi valideynlərin narazılığına səbəb olub.
Onların fikrincə, karantin dövründə dövlət büdcəsindən müvafiq vəsait almalı olan tədris müəssisəsinin, valideynlərin bəzilərinin karantinlə bağlı iş yerlərini itirməsi, gəlirlərin azalması kimi halları belə nəzərə almadan, sanki, pandemiya və karantin olmamış kimi davranması yolverilməzdir.
“Biz ödənişdən tam olaraq imtina etmirik, amma tam ödənişimiz yalnız dərsin keçirilməsi yox, uşaqların isti yeməklə təmin edilməsi, idmanla məşğul olması, dərsdən sonra uşaqların məktəbdə qalaraq tapşırıqları yerinə yetirməsi – bir sözlə, kompleks xidmətə görədir. İndi bütün bunlar yoxdur, yalnız onlayn dərs müqabilində, heç olmasa, 50 faizlik güzəştin edilməsini istəyirik. Bu zaman həm məktəb gəlirsiz qalmaz, həm də bizə çox yük düşməz. Amma bütün bu təkliflər qəbul edilmir və bizdən göstərilməyən xidmətə görə tam həcmli ödəniş tələb olunur” – deyə valideynlərdən biri müxbirlə söhbətində bildirib.
Şikayətçilər bildirib ki, bu azmış kimi, MİL rəhbərliyi gələn il üçün də ödənişin bir hissəsinin indidən ödənilməsini istəyir və bunu “pandemiya ilə bağlı yaranmış “iqtisadi çətinliklərlə” əsaslandırır.
Valideynlər bu qanunsuzluqlarla bağlı dövlət orqanlarına müraciət etməyə hazırlaşırlar.
Məktəbin direktoru Sevinc Əliyeva “BakuPost”a açıqlamasında ittihamları əsaslı saymadığını bildirib: “Bütün valideynlər bizdən razıdır. Elə bir valideyn yoxdur ki, bizə müraciət etsin və narazı qalsın. Hər bir valideynə individual yanaşırıq və çalışırıq ki, onları narahat edən məsələləri həll edək. Biz pandemiya ilə bağlı yaranmış vəziyyəti nəzərə alaraq, ödənişlərdə 30 faiz endirim etmişik. Ondan çox güzəşt etmək mümkün deyil. Çünki biz müəllimlərə əmək haqqı verməliyik. Onlar indi daha çox işləyirlər. Bəzən bütün günü onlayn dərs deyirlər”.
S.Əliyeva növbəti il üçün ödənişlərin tələb edildiyi ilə bağlı deyilənləri də qəbul etmir: “Bu, yalan məlumatdır. Biz heç kimi məcbur etmirik ki, ödənişin hamısını versin. Hətta borclu qalan valideynlərə də bildirilir ki, imkanları olanda ödəniş edilsin. Biz əhalinin vəziyyətini başa düşürük. Hətta elə valideynlər var ki, bu pandemiya dövründə işlərini itiriblər və buna görə də növbəti il uşaqlarını məktəbdən çıxaracaqlarını bildiriblər, biz onların övladlarına belə təmənnasız olaraq dərs deyirik, daha doğrusu dərsləri davam etdiririk. Gələn ilin ödəniş məsələsini yəqin valideynlər düz başa düşməyib. Biz sadəcə gələn ilin planını tuturuq. Kimin övladının oxuyub-oxumamasını soruşuruq. Yəqin bunu pul tələbi kimi başa düşüblər”.
Məsələ ilə bağlı hüquqşünas Şamil Paşayev “BakuPost”a bildirib ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər:
“Pandemiya ilə əlaqədar tədrisinin dayandırılması, vətəndaşların ödənişdən azad olunması ilə bağlı hər hansı bir müddəa yoxdur. Ancaq ümumi olaraq, ölkə başçısı səviyyəsində sahibkarlara tövsiyələr verilib. Dövlət paketinin hazırlanması üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın qarşısında tapşırıqlar qoyulub. Həmin tapşırıqlar əsasında sahibkarlara müəyyən güzəştlər edilir. Bu bütün strukturlara şamil olunub. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 4-cü maddəsində göstərilir ki, bütün hüquqi və fiziki şəxslər qanunla hüquq və azadlıqlarının təmin etmək məqsədilə məhkəmələrə müraciət edə bilərlər”.
Hüquqşunas qeyd edib ki, təhsil haqqının ödənilməsi ilə bağlı müqavilədəki müddəalara nəzər yetirmək lazımdır:
“Müqavilədə göstərilən xidmətlərə görə ödənişlər olunub. 3 ay ərzində uşaqlar məktəbə getməyibsə, müqavilədəki yol xərcləri, yemək xərcləri, əlavə xərclərlə bağlı müddəalara nəzər yetirmək lazımdır. Məktəb öz alacağı pul müqabilində öhdəliyini həyata keçiribmi, keçirməyibmi… bunların hamısı nəzərdən keçirilməlidir. İstənilən halda vətəndaşlar məsələ ilə bağlı məhkəməyə müraciət etməlidilər. Məhkəmədə bu halları müqayisələndirə bilərlər”.
Valideyinlər onu da iddia edirlər ki, pandemiyadan əziyyət çəkənlərə dövlətin ayırdığı yardımdan Müasir İnnovasiyalar Liseyi də yararlanıb.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda dərslər martın 27-dək təxirə salındı

    Azərbaycanda dərslər martın 27-dək təxirə salındı ...

    7-03-2020, 17:44

  • 
  • “5500 pul veririk, müəllim uşaqlara “tupoy” deyir” - “Evrika”dan şikayət

    “5500 pul veririk, müəllim uşaqlara “tupoy” ...

    1-12-2018, 09:22

  • 
  • Məktəblər sentyabrda da açılmaya bilər: Baş infeksionist də, ekspert də ümidli danışmır

    Məktəblər sentyabrda da açılmaya bilər: Baş ...

    9-05-2020, 14:17

  • 
  • SON DƏQİQƏ – Bakıda bütün məktəblərdə dərslər DAYANDIRILIR

    SON DƏQİQƏ – Bakıda bütün məktəblərdə dərslər ...

    17-01-2019, 00:41

  • 
  • Təhsil Nazirliyindən xəbərdarlıq: Bilik günü qeyd edilməyəcək

    Təhsil Nazirliyindən xəbərdarlıq: Bilik günü qeyd ...

    11-09-2018, 16:38


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu