GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » AzTV-ni Əli Həsənov idarə edir?! - Dövlət televiziyasının yenilikçilərə bağlanan pavilyonu...

AzTV-ni Əli Həsənov idarə edir?! - Dövlət televiziyasının yenilikçilərə bağlanan pavilyonu...

Tarix: 24-05-2020, 18:08 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 100
AzTV-ni Əli Həsənov idarə edir?! - Dövlət televiziyasının yenilikçilərə bağlanan pavilyonu...


Dünya təcrübəsində dövlət televiziyaları ölkənin media siması hesab olunur. Qonşu ölkələrdən Türkiyə və Rusiya təcrübəsi bunun bariz nümunəsidir. TRT, “Rossiya” kimi telekanallar peşəkarlığına və səviyyəsinə görə digər televiziyalar üçün baza rolunu oynayır. Biz istərdi ki, Azərbaycanın Dövlət Televiziyası haqda da bu sözləri deyə bilək. Lakin keçmişdən günümüzə qədər AzTV-nin pis mənada inkişafı susmağımıza səbəb olur.

Şübhəsiz ki, AzTV Azərbaycan televiziya məkanının lokomotivi olub və digər televiziyalar, eləcə də telejurnalistlər məhz dövlət televiziyasının bazasında formalaşıblar. Təəssüf ki, belə “qızıl dövr” haqqında yalnız keçmiş zamanda danışa bilərik. Bu gün AzTV Azərbaycan mediasının inkişafı ilə nə dərəcədə ayaqlaşa bilir, yaxud teleməkanın mövcud vəziyyətinə adekvatdırmı?!
Azərbaycan mediası, eləcə də milli mətbuatımızın üzərindəki qara buludların çəkilməyə başladığı uzun zaman olmayıb. Prezidentin köməkçisi vəzifəsində çalışan və medianı sözün əsl mənasında bazara çevirən Əli Həsənovun gedişi ilə üfüqdə günəş doğmağa başladı. Qısa zaman ərzində bütövlükdə mediada canlanma müşahidə olunur. Bunun ən bariz nümunələrindən biri İctimai Televiziyadır.
Mətbuatın canlanması, peşəkarlığın önünün açılmasına dair də onlarla nümunələr var. Hərçənd ki, AzTV-nin timsalında vəziyyət heç də ürəkaçan deyil. Media cameəsi haqlı olaraq düşünürdü ki, AzTV-nin adına yaraşmayan fəaliyyəti keçmiş sədr Arif Alışanovla bağlıdır. Çünki Arif Alışanovun dövlət televiziyasını gözdən saldığı məlumdur. Bu baxımdan yeni sədrin – Rövşən Məmmədovun gəlişindən sonra böyük ümidlərin yaranması təsadüfi deyildi. Bu ümidlər fonunda real vəziyyət təəssüf doğurur.

AzTV-nin üzərindəki qara buludlar keçmək bilmir…

GundemXeber.Az bildirir ki, AzTV-də rəhbər dəyişikliyi olsa da dövlət televiziyasının Əli Həsənovun nəzarətində qaldığı fikri hər keçən gün daha da güclənir. Doğrudur, Əli Həsənov artıq vəzifəsindən uzaqlaşdırılıb və ilk baxışda keçmiş köməkçinin dövlət televiziyası ilə əlaqəsi olmamalıdır. Lakin bunu anlamaq üçün AzTV-nin verilişlərinə nəzər yetirmək kifayətdir.
Birincisi, bu televiziyanın bütün verilişlərini Əli Həsənovun trolluğunu edənlər, medianın hörmətdən düşməsində birbaşa iştirakçı olanlar bəzəyir. Hətta, Əli Həsənovun trolu olduğunu etiraf edən şəxslər həm “media eksperti”, həm “siyasi şərhçi”, həm də “sosioloq” kimi AzTV-nin efirində çıxışlar edir. Axı bir adam eyni vaxtda üç istiqamət üzrə necə mütəxəssis ola bilər?
​
Azərbaycanda o qədər ciddi mütəxəssislər var ki, onlar dövlət televiziyasının yaxınından belə keçə bilmirlər. Deməli, Əli Həsənovun trollarının AzTV-nin efirini zəbt etməsi televiziya rəhbərliyinin bağlantılarından qaynaqlanır. Bunu təsdiq edən daha bir nümunəyə diqqət yetirək.
Azərbaycan mediasının inkişafında əməyi keçmiş, məhz medianın inkişafına çalışdıqları üçün vaxtilə Əli Həsənovun hər cür təzyiqləri ilə üzləşmiş Qulu Məhərrəmli, Elçin Şıxlı, Arif Əliyev, Mehman Əliyev kimi görkəmli ziyalılar niyə AzTV-yə dəvət olunmurlar?!
Əli Həsənovun trolunu “media eksperti”, “siyasi şərhçi”, “sosioloq” kimi təqdim edən dövlət televiziyası medianın inkişafı üçün külüng vuranlara niyə qapı açmır?!
Cavab məlumdur: Əli Həsənovun kölgəsi AzTV-nin üzərində qara bulud kimi çöküb və bitmək bilmir.

“Peşəkar media” adı üzərindən “hədələyici reketçilik…”

Bu gün dövlət televiziyasının bir sıra verilişləri nə dövlətin müdafiəsinə, nə də jurnalistika prinsiplərinə uyğun gəlmir. Misal üçün, son verilişlərindən birini “peşəkar media”ya həsr edən televiziyada aparıcılar AzTV-nin yarıtmaz fəaliyyətini tənqid edən media orqanlarını qaralamağa çalışır, haqqında məlumatlar yayılan sədrin müdafiəsi üçün dəridən-qabıqdan çıxırlar, verilişə dəvət olunan qonaqların çıxışlarına yersiz müdaxilələr edirlər. Bununla onlar jurnalistika prinsiplərini də taptalayaraq dəvət olunan qonaqları öz maraqlarına uyğun şəkildə yönləndirməyə çalışırlar.
Televiziyanın “peşəkar media”ya həsr olunmuş başqa bir verilişlərində isə reketçilik fəaliyyətinə görə vaxtilə hüquq-mühafizə orqanları tərəfindən həbs edilmiş Əli Həsənova yaxın başqa bir şəxs qonaq qismində Azərbaycan mediasını “ağ günə” çıxarmaqdan dəm vurur. Belə nümunələr kifayət qədərdir, lakin bu nümunələri sadalamaq üçün AzTV-nin monotonluq yağan, keyfiyyətsiz verilişlərini bir-bir izləmək lazımdır ki, bunun üçün də gərək ən yaxşı halda zövqünü korlayasan. Halbuki, heç buna dəyməz…
Amma görünən budur ki, indi dövlət televiziyasının rəhbərliyi Azərbaycan dövlətinin media simasını da, milli jurnalistika prinsiplərini də şəxsi ambisiyaları naminə dəyər-dəyməzinə qurban verməkdədir.
Mediada Rövşən Məmmədovun dövlət vəsaitini mənimsəməsi, televiziya əməkdaşlarının əmək haqlarını kəsməsi barədə yayılan son məlumatlar yeni sədrin sələfi olan Arif Alışanovu unutdurmadığını göstərir. AzTV rəsmi qaydada bu məlumatları təkzib etdi, amma cəmi bir gün sonra televiziyanın 9 əməkdaşının işdən çıxarılması xəbəri suallar yaratdı.
Axı pandemiyanın yaratdığı çətinliklər fonunda işçiləri çıxarmaq nə dərəcədə doğru addım idi?
Prezident İlham Əliyevin göstərişi ilə pandemiya dövründə dövlət və özəl sektorda işçilərin əmək haqları qeyd-şərtsiz saxlanıldı və heç bir ixtisar baş vermədi. Bu çətinlikləri aradan qaldırmaq üçün 2,5 milyard manatdan çox dövlət dəstəyi paketi qəbul olundu.
Bəs dövlət büdcəsindən maliyyələşən dövlət televiziyası niyə 9 əməkdaşını işsiz, 9 ailəni çörəksiz qoyur?
Görünür, AzTV-nin yeni rəhbərliyi də dövlətin televiziyasını öz şəxsi mülkləri hesab etmək həvəsinə düşüb. Burada Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlar paketində gənc kadrların önə çəkilməsi siyasətindən sui-istifadə halları da hiss olunur. AzTV-nin rəhbərliyi yaşca gənc ola bilər, amma televiziyanın mövcud vəziyyəti hələ də köhnə təfəkkürün hakim olduğunu deməyə əsas verir. Halbuki, cəmiyyətimiz AzTV-dən ən azı İTV nümunəsi gözləyir…

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İbrahim Məmmədov AzTV-dən çıxarıldı

    İbrahim Məmmədov AzTV-dən çıxarıldı ...

    11-09-2015, 16:25

  • 
  • AzTV və İTV-yə ayrılacaq vəsait məlum oldu

    AzTV və İTV-yə ayrılacaq vəsait məlum oldu ...

    24-10-2019, 11:56

  • 
  • "Çox təəssüf edirəm ki, o boyda AzTV-nin sədri tənqidlə təhqiri fərqləndirə bilmir"

    "Çox təəssüf edirəm ki, o boyda AzTV-nin ...

    23-02-2016, 16:40

  • 
  • "32 miyon AzTV-yə, 12 milyon da İTV-yə ayrılır, ancaq..." - Deputat iki kanalı "vurdu"

    "32 miyon AzTV-yə, 12 milyon da İTV-yə ...

    1-12-2017, 15:41

  • 
  • AzTV-nin sədri işdən çıxarıldı

    AzTV-nin sədri işdən çıxarıldı ...

    15-01-2019, 16:41


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu