Ağstafaya yeni təyin olunan icra başçısı Seymur Orucov kreslosuna oturmamış siftəsi korlandı.
GundemXeber.Az reportyor.info-ya istinadən xəbər verir ki, bu növcavan məmur xalqın rəğbətini qazanmamış tənqidlərə tuş gəldi. Belə gedişlə S.Orucov da Neftçalanın başçısı Mirhəsən Seyidovla İsmayıllının şefi Nahid Bağırov kimi işini mürəkkəbləşdirəcək. Məsələ o yerə çatıb ki, xalq artisti Afaq Bəşirqızı da S.Orucovu tənqid edib. Onun sözlərinə görə, 1984-cü il təvəllüdlü bir uşağın təyin olunması və təyinatından az sonra o cür danışması yolverilməzdir. Sitat: “Ay uşaq, 1992-ci ildə sənin səkkiz yaşın var idi. Gərək sənə vəzifə təklif olunanda özün deyəydin ki, mən buna layiq deyiləm. Bəsdirin! Son qoyun qohumbazlığa. Bu, filankəsin qızıdır, bu, filankəsin oğludur. Uçurumun kənarındayıq. Əlbəttə, siz bunu hiss edə bilməzsiniz”. A.Bəşirqızının sözləri tarixi və ibrətamiz ifadələrdir. S.Orucov gənc kadr olaraq bu gündən və gələcək planlardan danışmalıydı. Özünün biznesindən, hansı məmurlarla qohumluğu sayəsində karyera yüksəlişinə nail olmasından danışmayan gənc icra başçısı 1992-1993 hadisələrini yada salıb fikir bildirməklə gərək ilk gündən özünü gözdən salmazdı. Keçmiş deputat Şəmsəddin Hacıyevin kürəkəni, Həmkarları İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyevin bacısı oğlu olan S.Orucov isə nəyi qoyub, görün nəyi danışıb. Hələ icra başçısı kimi kasıb bir ailənin evinə ayaqqabı ilə daxil olması fotosu da onun fəaliyyətə başladığı ilk gündən buraxdığı “quş”lardan biridir. Özü isə hələ bir AXC dövrünün xətalarından danışır.
S.Orucov həm də 2006-cı ildə qeydiyyatdan keçmiş “Mİ QROUP” və bu ilin yanvarında təsis edilmiş ”MI GROUP CLASSICO” MMC-lərin təsisçisidir. “Mi Qroup” mühasibat və vergi xidmətləri göstərir. Bir neçə il qabaq haqqın.az İqtisad Universitetinin keçmiş rektoru Şəmsəddin Hacıyevin büdcədən 1 milyon dollar oğurluq etməsi başlıqlı yazı ilə çıxış etmişdi. Bakı İqtisad Məhkəməsi qət edib ki, 2006-cı ildə Şəmsəddin Hacıyev Dağıstan Atıcılıq Diviziyası küçə 35-də yarım hektar torpaq sahəsi əldə edib. Rəhbərlik etdiyi ali məktəbin sahəsinin genişləndirilməsi məqsədilə ali məktəbin vəsaiti hesabına aldığı bu sahəni öz adına rəsmiləşdirmiş və 1 milyon rus rublu qiymətinə dəyərləndirmişdir. Bundan sonra o, həmin ərazini İqtisad Universitetinin Dərbənd filialının inşası üçün böyük məbləğə öz universitetinə satmışdır. Ancaq torpaq sahəsinin hamısını yox bir hissəsini. Şəmsədin Hacıyev sonra dərbəndli fırıldaqçısına kürəkəni Seymur Orucovu da qoşmuşdur. Bundan sonra hər şey sadə sxem üzrə qurulmuşdur: 2009-cu ilin sonunda Dağıstan Respublikası üzrə Federal qeydiyyat idarəsi xidməti Hacıyevlə Orucov arasında alqı – satqı haqqında yeni müqavlə imzalamışdır. Bundan sonra belə desək Seymur Orucovun özü əvvəlki torpaq sahəsinin parçasını yenidən İqtisad Universitetinə satmışdır. Fikirləşirsiniz ki, məsələ bununla bitir? Təəssüf ki, yox. Qaçaraqda Ş. Hacıyev artıq özü sahibləndiyi həmin hektardan bir hissəni saxlayaraq sonadək talan etdiyi ADİU-nun həmin torpaq hissəsində inşa edilmiş hansısa inzibati tikilini üç dəfə satışa yönəldərək guya professor müəllim heyətinin öz rəhbərindən satın alırmış kimi daha bir saxta sövdələşmə imzalamaqla, ilkin qiyməti on dəfədən artıq şişirtməyə nail olmuşdur. Torpaqla əlaqədar möhtəkirliyə və ali təhsil müəssisəsinin filialının təşkil olunması ilə bağlı məsələyə ilk olaraq Rusiya hüquq-mühafizə orqanları diqqət çəkir və Dağıstan prokurorluğu Bakı filialının qeyri-qanuni fəaliyyət göstərməsi ilə bağlı cinayət işi açır. Halbuki Ş. Hacıyev Bakıda hamını, o cümlədən o zamankı Təhsil naziri Misir Mərdanovu inandırmağa çalışırdı ki, guya o filialın açılması üçün Rusiya Təhsil nazirliyindən lisenziya alıb. Lakin sonradan məlum olur ki, onda heç bir lisenziya olmayıb. Əksinə məqsəd oradan və buradan daha çox pul qoparmaq olub. Başqa sözlə bu qeyri-qanuni bir fəaliyyət olub. Yeri gəlmişkən filiala həqiqi lisenziya almağa on ildən çox bir müddət keçdikdən sonra ADİU-nun indiki rəhbərliyi nail olub. Dağıstan prokurorluğunun Ş. Hacıyevin fəaliyyəti ilə bağlı kifayət qədər ciddi təhqiqatlarına baxmayaraq o, hansısa yolla işi ört-basdır etməyə nail oldu. Lakin dələduzu bu sənətə və havayı pullara olan sevgisindən dayandırmaq olardımı? Ş. Hacıyev yeni bir avantürist işlərə baş vurur. Bu zaman, o, öz universiteti qismində artıq dövləti deyil, bilavasitə öz həmkarlarını aldadır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?