Gəncədə Ərazi Vergilər idarəsinin əməkdaşı”quş” məhsullarını öz monopoliyasına götürüb.
Bildiyimiz kimi, ölkə başçısı sahibkarlıq fəaliyyətinə müdaxilə edən, maneə törədən məmurların cəzalandırılacağını dəfələrlə açıq şəkildə bəyan edib.Buna baxmayaraq bölgələrdə hələ də xırda ranqlı məmurlar var ki,özünə yığışmayıblar,Heç kimdən qorxmadan, çəkinmədən sahibkarlıq subyektlərinə əngəllər yaradırlar.
GUNDEMXEBER.AZ bildirir ki, belə bir faktla bağlı Kanal32.az-a Gəncədə məskunlaşan Kəlbəcərli sahibkar Mürsəlov Ramin Əhməd oğlu şikayət edib. Onun sözlərinə görə, uzun illərdir quşçuluq təssərüffatında “ət və ət məhsulları”nın istehsalı ilə məşğuldur..Qərb bölgəsində ictimai iaşə obyektlərinə kəsilmiş toyuqlar verməklə ailə-uşağını dolandırmaq üçün çörəkpulu qazanır.
Sahibkar şikayət məktubunda qeyd edir ki, son günlər istehsal etdiyim məhsulları müştərilərimə verə bilmirəm.Çünki 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Kiçik sahibkarlıqla iş şöbəsinin rəisi Rüfət Famlet oğlu Alıyev tərəfindən təzyiq edilir ki,məhsulları Ramin Mürəslovdan yox, başqa adamdan almalısan.Məhz buna görə də heş kəs şikayətçidən quş əti məhsullarını almır.
Ramin Müsrəlov deyir ki, mən vergi ödəyicisiyəm və vaxtlı vaxtında üzərimə düşən vəzifələri yerinə yetirirəm. Ancaq bu qəbildən olan məmurlar bizlərə süni manelər yaratmaqla dövlətlə vətəndaş arasında uçurum yaradır.
Xatırladaq ki, ölkə başçısı İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən bu məsələnin üzərində xüsusi dayanmışdı. Prezident qeyd etmişdi ki, inkişaf etmiş ölkələrdə ümumdaxili məhsulda əsas rolu kiçik və orta sahibkarlar oynayırlar: “Bizdə isə hələ ki, belə deyil. Biz də çalışmalıyıq elə bir şərait yaradaq ki, hər bir istedadlı insan, biznesə meyli, həvəsi olan hər bir şəxs bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun. Sahibkarlara yönəlmiş o çirkin əllər kəsilməlidir. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir”.
Sonda sahibkar mətubat vasitəsi ilə İqtisadiyyat naziri Mikayıl Cabbarovdan sahibkarlıq fəaliyyətinə mane olan Rüfət Alıyev barəsində qanuna müvafiq olaraq ölçü götürülməsini xahiş edir.
Redaksiya olaraq bildiririk ki, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?