Bir neçə il öncə Sumqayıtda cərrahın səhvən xəstənin sağ ayağının əvəzinə sol ayağını kəsməsi xəbərini eşidəndə, sözün əsl mənasında, vahimələnmişdim, şoka düşmüşdüm... Onda heç ağlıma belə gəlməzdi ki, buna bənzər bir iş illər sonra mənim də başıma gələ bilər.. Amma necə deyərlər .. "deyilənlər gəldi başa...". Bir yandan da bu koronavirus...
Bu il martın 11-də həyat yoldaşım R.Əhmədova ATU-nun Tədris Cərrahiyyə Klinikasında qida borusundan cərrahi əməliyyat olunarkən səhvən xəstənin nəfəs borusunu da deşdilər. Nələr çəkdik bu 8 gündə klinikanın qapısında.. İnsafən səhvini cərrah Arif Ağayev özü də etiraf etdi və xəstənin həyatını təhlükə qarşısında qoymadı, açıq əməliyyata keçərək həyatını xilas edə bildi. Bu işdən baş həkim Ramiz Poluxovun da xəbəri var.
Qısası, 3 min manatlıq əməliyyat mənə 10 min manata başa gəldi. Hələ cərraha verdiyim 3 min manatı demirəm. Nəfəs borusunun müalicəsi üçün əlavə ödənişləri dayandırmaq üçün xalq yazıçısı hörmətli Anar müəllimin baş həkimə zəng etməsi də bu soyğunçuluğun qarşısını ala bilmədi.
Bir yandan da bu koronavirus... Akif Əhmədgil, Şair, tərcüməçi, AYB-nin üzvü
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?