GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Əbülfəs Qarayev həbsə gedir, yoxsa vəzifəyə?.. - GƏLİŞMƏ

Əbülfəs Qarayev həbsə gedir, yoxsa vəzifəyə?.. - GƏLİŞMƏ

Tarix: 5-06-2020, 13:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 625
Əbülfəs Qarayev həbsə gedir, yoxsa vəzifəyə?.. - GƏLİŞMƏ


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatdan sonra işdən çıxarılan Əbülfəs Qarayevlə bağlı ziddiyyətli məlumatlar bir-birini əvəzləyir. Onunla bağlı yayılan məlumatlarda sabiq nazirin istintaqa cəlb olunduğu, iş üzrə şahid qismində dindirildiyi, yaxın vaxtlarda onun da müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunm ası, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov kimi həbs olunacağı iddia olunur.

Ə.Qarayev vəzifəsindən çıxarılandan sonra onun MDB və ya Avropa ölkələrindən birinə səfir göndərilə biləcəyi ehtimalı da var. Azərbaycanda “vurulmuş” kadrların səfir göndərilməsi praktikasını yada salanda bu xəbərlər bir az inandırıcı görünür. Amma onun “qara pulları”nın izinin Panama, Malta, Litva və Rusiyada üzə çıxması barədə yayılmış materiallar Qarayevin işinin yaxşı olmadığını təsdiq edir.

Ə.Qarayevin bir neçə ölkəyə, o cümlədən offşor adalara səpələnmiş çoxsaylı şirkətləri barədə sənədləri araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb. Belə məlum olur ki, Ə.Qarayevin ailə şirkətləri Azərbaycanla yanaşı, Rusiya, Litva, Panama və Maltanı da əhatə edir.

Əslində DTX-nın Mədəniyyət Nazirliyində aşkarladığı bəzi korrupsiya faktları Qarayevin mədəniyyət pullarını necə taladığı haqda müəyyən təəssürat yaradırdı. İndi isə məlum olur ki, o, Azərbaycandan çıxardığı pullarla xarici ölkələrdə daşınmaz əmlak və digər aktivlər alıb. Belə ki, keçmiş nazirin yeganə övladı - qızı Suad Qarayeva hələ 2002-ci ildən ad və soyadının baş hərflərini özündə ehtiva edən “SQ-FUTURE” MMC-nin təsisçisidir. Bakı şəhəri, Səbayel rayonu, Müslüm Maqomayev küçəsi, ev 22-də hüquqi qeydiyyatda olan şirkətin qanuni təmsilçisi Ülviyyə Məcidovadır. Həmin ünvanda 2006-cı ilin martında Ə.Qarayevin həyat yoldaşı Lalə Tofiq qızı Kazımovanın təsisçiliyi ilə Mədəniyyət Nazirliyi tərəfindən maliyyələşdirilən “Yol+İlk elmi-populyar dərgi redaksiyası” MMC qeydə alınıb. O, “Jazz Dostları” ictimai birliyinin də təsisçisidir. Lalə Kazımova 2010-cu ilin dekabrında Türkiyədə ad və soyadının abbreviaturasını ifadə edən “KL Bodrum Emlak Ticaret ve Sanayi Limited Şirketi”ni təsis edib. Şirkət İstanbul Ticaret Sicili Memurluğunda 5000 TL nizamnamə kapitalı ilə qeydiyyatdan keçib.

Nizamnaməyə görə, Qarayevlərin ailə şirkəti Türkiyədə və ölkə xaricində turizm obyektləri, hotel, yaşayış binaları, villa və idman təsisatlarına sahib olmaq, işlətmək hüququ əldə edib. Qarayevlərin Türkiyədəki turizm təsisatları barədə məlumat olmasa da, keçmiş nazirin xanımının sosial şəbəkələrdəki hesabında Bodrumdakı 5 ulduzlu “Kuum” hotelinin simvolunu (qoşaqanadlı mələk) profil şəkli seçməsi maraq doğurur. Lalə Kazımovanın adına Litvada da şirkət qeydiyyata alınıb. “Triat Exire” UAB (LTD, qeydiyyat nömrəsi 302521161) 10 ilə yaxındır ki, Litvanın daşınmaz əmlak bazarında fəaliyyət göstərir. Vilnüsdə Şaltinıy 22-də Qarayevlər ailəsinə məxsus çoxsaylı daşınmaz əmlak icarəsindən gəlir 35 min dollardan artıqdır. Ə.Qarayevin qızı Suad Qarayevanın təsisçisi olduğu daha bir daşınmaz əmlak şirkəti 2013-cü ildə Rusiya paytaxtında qeydiyyatdan keçib. “Qals” MMC (QALS OOO) 20 min rubl nizamnamə kapitalı ilə Moskvanın Tatarskaya küçəsi 7 ünvanında hüquqi qeydiyyata alınıb. Baş direktoru Fərid Oqtay oğlu Cəfərovdur. Şirkətin adı Qarayevlər ailəsinin soyad və adlarının abbreviaturasından götürülüb: Qarayev, Abulfas, Lalə və Suad. Şirkət üzərindən Qarayevlər ailəsi Moskvada icarəyə verilmiş çoxsaylı mənzillərə, ticarət obyektlərinə sahibdir.

Rusiya Federal Vergi Xidmətində QALS MMC-yə aid məlumatlarda qeyd olunur ki, şirkət 2018-ci ildə daşınmaz əmlak biznesindən 6.7 milyon rubl (təxminən100 min dollar) gəlir əldə edib, federal büdcəyə 430 min rubl vergi ödəyib. Qarayevlər ailəsinin GALS adı ilə daha bir neçə şifkəti isə Azərbaycandadır. “GALS Gallery” MMC 2013-cü il aprelin 19-da qeydiyyatdan keçib. Qanuni təmsilçisi Əbülfəs Qarayevin həyat yoldaşının rəfiqəsi Vəzirova Liana Leonidovnadır. O, Mədəniyyət Nazirliyi nəzdindəki Muzey Mərkəzi binasının inzibati və təsərrüfat müdiriyyətinin direktorudur. Muzey Mərkəzi “Rus muzeyi” də adlanır. Fəaliyyəti elektron-rəqəmsal və çap materialları əsasında rus mədəniyyətini öyrənmək və təbliğ etməkdir. Muzey Mərkəzinin direktorunun adına rəsmiləşdirilmiş şirkət Bakı şəhəri, Səbayel rayonu, Y.Məmmədəliyev küçəsi, ev 14 ünvanında qeydiyyatdadır. Həmin ünvanda keçmiş nazirin xanımına məxsus “Gals Beauty and SPA” MMC isə 2013-cü il mayın 3-də qeydiyyatdan Araz Nağıbəyli Əli oğlunun qanuni təmsilçiliyi ilə qeydiyyata alınıb. Lalə Kazımova bu şirkətə bağlı, Bakının mərkəzindəki “NailRoom” (Rəşid Behbudov küçəsi 53c və 31c) gözəllik salonlarına da sahibdir. Ə.Qarayevin özü isə “otkat”lardan aldığı payını daha uzaqlara yatırmağa üstünlük verib. Onun və Milli Məclisin deputatı Hüseynbala Mirələmovun şərik olduğu RİMBA SA. offşor şirkəti 2004-cü ilin fevralında Panamada qeydiyyata alınıb. Adı “sivilizasiyadan, mədəniyyətdən uzaq, cəngəllik” anlamına gələn şirkətin 2005-ci ildə Azərbaycanda qeydiyyatdan keçmiş nümayəndəliyi isə bu yaxınlarda ləğv edilib. 2015-ci ildə Əbülfəs Qarayevin qızı Suad Qarayeva - Maleki ilə ailə quran İran əsilli Britaniya vətəndaşı Şəhriyar Maleki də bu izdivacdan sonra Azərbaycanda iri biznesə sahib olub. O, 2016-cı ildən Bakıda “COLAB” biznes mərkəzlərinin şərikidir.

Paytaxtda iki ünvanda - Neftçilər pr. 151-də PORT BAKU MALL-da və “Time” Business Mərkəzində hər biri 1000 kvadratmetrlik iki böyük iş mərkəzlərində ofislər, seminar və konfrans salonları icarədədir. Keçmiş nazirin kürəkəni 2016-cı ilin noyabrında Azərbaycanda “Green Farms Azerbaijan” MMC şirkətini də qeydiyyatdan keçirib. Şirkətə aid saytda qeyd olunur ki, o, “Green Farms International” şirkətinin Azərbaycan üzrə nümayəndəliyidir. Ə.Qarayevin nazir kimi nüfuzu sayəsində “Green Farms Azerbaijan” MMC 2017-ci ilin mayında Biləsuvar İcra Hakimiyyətindən 5 min hektar torpaq sahəsini olduqca aşağı qiymətə 49 illik icarəyə götürüb. https://www.greenfarms.az/ Həmin ərazi Qarayevlərin və qohumlarının nəzarətinə keçənə qədər qışlaq sahəsi olub və yerli əhali tərəfindən təyinatı üzrə istifadə edilib. Ə.Qarayev 2017-ci ildə Nazirlər Kabinetinin sərəncamı ilə bu ərazinin əkin sahəsi kimi istifadə olunmasına və qudasının Maltadakı şirkətinin nəzarətinə verilməsinə nail olub. İcarə müqaviləsinə imza atan keçmiş icra başçısı, Ə.Qarayevin yaxın dostu Mahir Quliyev aprelin 29-da DTX tərəfindən saxlanılıb. Biləsuvarda böyük torpaq sahələrini ələ keçirən “Green Farms İnternational LTD” 2016-cı ilin oktyabrında Maltada qeydiyyatdan keçib.

Maltadakı şirkətin təsisçisi isə Ə. Qarayevin Avstriya və Monako vətəndaşı olan qihumu İsgəndər Malekidir. O, 2016-cı ilin iyunundan Maltada daha bir şirkətin A&S Limited-in səhmdarıdır. Şirkətin digər səhmdarı qismində Adinotec LTD offşor şirkəti çıxış edir. İsgəndər Maleki vaxtilə İngiltərənin ən nüfuzlu iş adamlarından olub. Onun xanımı Fatimə Maleki və Şəhriyar Maleki 1991-2009-cu illərdə Britaniyada çoxsaylı maliyyə şirkətlərinə rəhbərlik edib, neft treyderi kimi tanınıb, sonrakı illərdə biznesində durğunluq yaranıb.

Malekilər ailəsi dünyanın ən bahalı tarixi incəsənət nümunələrinin kolleksiyaçıları kimi də məşhurlaşıblar. Onlar Londonda Ə.Qarayevin qızının çalışdığı və tarixi əsərlərin hərrac yolu ilə satışa çıxarıldığı Sothebys incəsənət auksionunun daimi müştəriləridir. Güman ki, Qarayevlərin Malekilərlə qohumluğu da buradan başlayır. Ümumiyyətlə, Sotheby’s hərracında Azərbaycana aid tarixi mədəniyyət əsərlərinin satışa çıxarılıb-çıxarılmadığının çox ciddi araşdırmaya ehtiyacı var..

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 26 ilin naziri: O, toxunulmazdır? - həbs edilməsə də...

    26 ilin naziri: O, toxunulmazdır? - həbs edilməsə ...

    11-05-2020, 19:50

  • 
  • "Əbülfəs Qarayevin müavini deyil bu?" — Nüşabəylə VİDEOSU YAYILAN ŞƏXS NAZİR MÜAVİNİDİR?

    "Əbülfəs Qarayevin müavini deyil bu?" — ...

    12-05-2020, 14:47

  • 
  • Nazirin xəstə olması və işə çıxmaması ilə bağlı - Rəsmi açıqlama

    Nazirin xəstə olması və işə çıxmaması ilə bağlı - ...

    19-05-2020, 12:01

  • 
  • DTX əməliyyat apararkən nazir də orada olub - Saxlanılan şəxslərin adları

    DTX əməliyyat apararkən nazir də orada olub - ...

    8-05-2020, 16:49

  • 
  • “Əbülfəs Qarayev “KQB” deyil ki, işçilərinin arxasınca casus göndərsin” – Flora Kərimova nazirin müdafiəsinə qalxdı

    “Əbülfəs Qarayev “KQB” deyil ki, işçilərinin ...

    11-05-2020, 16:52


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (265)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu