GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər »  Qubada nə baş verib? - İDDİA

 Qubada nə baş verib? - İDDİA

Tarix: 10-06-2020, 22:22 Bölmə :GündəmXəbər / Manşet Baxış: 697
 Qubada nə baş verib? - İDDİA


GundemXeber.Az xəbər verir ki, NOCOMMENT.az ötən həftə Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin verdiyi əmrlə 2 icra nümayəndəsini tutduqları vəzifədən azad edilməsi ilə bağlı məlumat vermişdi. Onlar Rayonun Zərdabi və Talabıqışlaq İnzibati Ərazi Dairə (İƏD) üzrə nümayəndələri Nəcəfov Ramin Rasif oğlu və Heybətov Şahin Nizam oğludur. Buna səbəb kimidə həmin icra nümayəndələrinin “DOST-iş” MMC xəttilə aztəminatlı vətəndaşların ödənişli ictimai işlərə cəlb olunması zamanı ədalətlilik prinsiplərinə əməl etmədikləri göstərilib. Ziyəddin Əliyev İcra Hakimiyyətində keçirdiyi videokonfransda da həmin məmurların bu iş yerlərinə öz qohum əqrəbalarını yerləşdirdiklərini bildirib.

Hətta o məlum kartların biri də başçının birinci müavini Allahverdi Xudaverdiyevin sürücüsündə olub.

Məlum məsələ ilə əlaqədar etibarlı mənbələrdən verilən məlumatlarda isə başçının icra nümayəndələrini işdən çıxarmasının əsl səbəbinin başqa olduğu bildirilir.

Qeyd olunur ki, həmin məmurların başçının qəzəbinə tuş gəlməsinin əsl səbəbi 2019-cu ildə Qubanın Əlik İƏD-nin Haput kəndi ərazisində satılan 180 hektar yaylaq sahəsi olub.

İmran Yusifov adlı Quba sakini ötən il öz qoyun sürüsünü köçürmək üçün yaylaq sahəsi almaq istəyib. Həmin vətəndaş Zərdabi İƏD üzrə nümayəndə olan Ramin Nəcəfova müraciət edib. Ramin Nəcəfov da bu barədə İcra başçısının müavini Xanlar Heybətova məlumat verib. Bir neçə gündən sonra Xanlar Heybətov Ramin Nəcəfovu yanına dəvət edərək həmin ərazidə (Haput kəndi)180 hektarlıq yaylaq sahəsinin olduğunu və həmin yaylağın satılması üçün başçıdan razılıq aldığını bildirib.

Xanlar Heybətov bu torpaq sahəsinin qiymətini də Ramin Nəcəfovun qulağına pıçıldayıb.

12 000 manat.

Ramin Nəcəfov da ona deyilən ərazi və qiymət barədə vətəndaş İmran Yusifova məlumat verir. Tərəflər razılaşır və Ramin Nəcəfov İmran Yusifovdan 12 000 manat vəsaiti alaraq Xanlar Heybətova verir. Bununla da lazım olan sənədləşmə işi hazırlanaraq torpaq sahəsinin alqı-satqısı başa çatır.

Bir müddət sonra yaylağı alan İmran Yusifov qoyun sürüsünü həmin əraziyə gətirir. Amma bu zaman ona sayılan 180 hektarlıq yaylağın başqa bir sahibi də peyda olur. Tərəflər arasında yaşanan qarşıdurma polisə və prokurorluğa qədər gedib çıxır. Şikayət əsasında işi icraata alan Quba rayon prokurorluğu öncə Ramin Nəcəfovu dəvət edib izahatını alır. O izahatında işin bütün detalları barədə açıqlama verir. Daha sonra Ziyəddin Əliyevin müavini Xanlar Heybətov prokurorluğa çağrılır və izahatı alınır. O, da öz izahatında Ramin Nəcəfovdan aldığı 12 000 manatı icra başçısı Ziyəddin Əliyevə verdiyini bildirir.

Məlumat icra başçısına çatanda isə o bərk qəzəblənir və bir müddət sonra öz müavinini (Xanlar Heybətovu) işdən azad edir. Daha sonra Ramin Nəcəfov icra hakimiyyətinə çağrılıb ondan öz ərizəsi ilə işdən uzaqlaşması istənilir.

Ramin Nəcəfov bununla razılaşmır və işdən çıxmağı qəbul etmir. Quba rayon İcra Hakimiyyətinin ərazi idarəetmə orqanları üzrə iş şöbəsinin müdiri İlham Quliyev Ramin Nəcəfova öz xoşluğu ilə işdən çıxmayacağı təqdirdə onun ləkələnərək vəzifədən uzaqlaşdırılacağını bildirib:

“Bax qardaşım başçı sənin əlindən çox qəzəblənib. Gərək sən o pulu kimə verdiyin barədə dinib danışmazdın. Bu işlərdə belə davranmaq olmaz. Ona görədə yaz ərizəni çıx get.”

Ramin Nəcəfov bunu qəbul etmir və icra hakimiyyətindən çıxaraq öz iş yerinə gəlir. Bir saatdan sonra isə İcra hakimiyyətindən bir qrup şəxs onun iş yerinə gələrək “DOST-iş” MMC xəttilə aztəminatlı vətəndaşların ödənişli ictimai işlərə cəlb olunan sakinlərin əmək haqqı kartlarını yoxlamağa başlayırlar. Bu işlərə ərazidə cəlb olunan bütün vətəndaşlar nümayəndəlik binasına çağırılıb təftiş edilir. Heç bir qanunsuzluq aşkar edilməməsinə baxmayaraq səhəri gün icra başçısı bu barədə əmr verir və Ramin Nəcəfovu bu iş yerlərinə insanları təyin edərkən ədalətsizlik etmə səbəbi göstərilərək işdən uzaqlaşdırılır. Amma ona aparılmış yoxlamanın tərtib olunması barədə Akt verilməyib.

İcra başçısı Ziyəddin Əliyevin bununla da hirsi soyumur. O işdən çıxartdığı müavininin qardaşını, Talabıqışlaq İƏD üzrə nümayəndəsi olan Şahin Heybətovuda eyni ssenari ilə işdən uzaqlaşdırır.

Bu hadisələrdən sonra qorxuya düşən Quba rayon İcra Hakimiyyətinin ərazi idarəetmə orqanları üzrə iş şöbəsinin müdiri İlham Quliyev öz qohumlarının adına rəsmiləşdirib özündə saxladığı 2 əmək haqqı kartını ləğv etdirir. Bu kartlar Quba şəhər sakinləri Haciyeva Kəmalə Nizami qızı və Xasməmmədov Turan Nizami oğlunun adlarına sənədləşdirilib. İlham Quliyev iyun ayının 2-də həmin insanların adına olan kartları ləğv etdirib.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​İşdən çıxarılan icra başçısının birinci müavini İSTEFA VERDİ

    ​İşdən çıxarılan icra başçısının birinci müavini ...

    15-12-2017, 14:58

  • 
  • Qubanın icra başçısı dəyişdi - Prezident sərəncam verdi

    Qubanın icra başçısı dəyişdi - Prezident sərəncam ...

    3-12-2017, 12:54

  • 
  • Keçmiş başçının qardaşı da işdən çıxarıldı

    Keçmiş başçının qardaşı da işdən çıxarıldı ...

    29-01-2019, 12:17

  • 
  • Qubanın başçısından kanat qəzasına qəribə reaksiya: “Aha, aha...”

    Qubanın başçısından kanat qəzasına qəribə ...

    30-06-2018, 18:45

  • 
  • 17 rayonun icra başçısı vəzifəsindən azad ediləcək – SİYAHI

    17 rayonun icra başçısı vəzifəsindən azad ...

    3-06-2018, 00:17


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu