Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq sədri Vüqar Səfərli dövlət büdcəsindən medianın inkişafına və problemlərinin aradan qaldırılmasına ayırılmış külli miqdarda büdcə vəsaitlərini ələ keçirib mənimsədiyindən, bu gün o, dövlətə vurduğu ziyanın hələlik 100 min manatını büdcəyə ödəməyə məcbur olub.
Əslində belə bir məbləğdə büdcədən oğurlanmış pulların geri qatarılması, heç də Vüqar Səfərlini məsuliyyətdən azad etməməlidir. Çünki, adı çəkilən bu şəxs oğurladığı büdcə pulları hesabına Türkiyədə və digər ölkələrdə özü üçün neçə-neçə milyonluq villalara, digər daşınan və daşınmaz əmlaklara sahib ola bilib. Ona görə də bu gün lazımdır ki, həmin villalar, həmçinin digər əmlaklar satışa çıxarılsın və əldə olunan pul vəsaitləri büdcəyə qaytarılsın. Onu da unutmaq olmaz ki, Vüqar Səfərlinin ''topdağıtmaz əmlak''a sahib olmasında Prezidentin sabiq köməkçisi Əli Həsənovun da danılmaz xidmətləri olur. Belə bir səbəblər üzündən də, Vüqar Səfərli ilə bərabər, Əli Həsənov da hüqiqi müstəvidə ''çarmıx''a çəkilməlidir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?