GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Eldar Əzizov bir ilə 80 milyon ayırdı,sanki Hacıbala Abutalıbov Bakını dağıdıbmış

Eldar Əzizov bir ilə 80 milyon ayırdı,sanki Hacıbala Abutalıbov Bakını dağıdıbmış

Tarix: 12-06-2020, 14:02 Bölmə :GündəmXəbər / Manşet Baxış: 763
Eldar Əzizov bir ilə 80 milyon ayırdı,sanki Hacıbala Abutalıbov Bakını dağıdıbmış


Bakı şəhər İcra Hakimiyyətinə təxminən 17 il başçılıq etmiş Hacıbala Abutalıbovun dövründə paytaxda görülmüş bir çox işlərin həcmini müəyyən etmək indi çox çətin məsələdir.Daha çox yolların təkrar-təkrar təmir olunması ilə yadda qalan sabiq başçının rəhbərliyi dönəmində Bakı şəhərində küçələrin,məhəllədaxili yolların və səkilərin yenidənqurma, abadlaşdırma işlərini rayon İcra Hakimiyyətləri,Mənzil Kommunal Təsərrüfatı Birlikləri həyata keçirirdilər.2018-ci ildə Eldar Əzizovun Bakı şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmasından sonra qaydalar tamamılə dəyişdi.Yeni rəhbər apardığı islahatlar çərçivəsində,ötən ilin fevralında Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyət adlı qurum yaratdı.

Eldar Əzizovun bir başçı olaraq sözügedən MMC-ni hansı zərurətdən yaratdığı barədə bir müddət əvvəl oxuculara məlumat vermişdik. Onun bu MMC-ni Bakı şəhər İcra Hakimiyyətinin başçısı yanında yaratmaqda məqsədi nə olub? Bu barədə də həmçinin. Qeyd edək ki, MMC Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsində 18.02 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət, ev 18 olan MMC-nin nizamnamə kapitalı 100 manatdır. Qanuni təmsilçisi isə Eldar Əzizovun hələ Gəncə şəhər İcra Hakimiyyətinin başçısı olduğu dönəmlərdən bu günə qədər yanında gəzdirdiyi Abit Əliyev.

Bəs Eldar Əzizovun yaxın dostu olan Abit Əliyevin rəhbərliyi ilə son bir ildə nə kimi işlər həyata keçirilib? Bunu son bir neçə ayda qurumun keçirdiyi tenderlərdən görmək olar.“ GundemXeber.Az aktualainfo.org-a istinadla bildirir ki, Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti 02.03.2020-ci il tarixdə dövlət mənzil fonduna aid binaların dam örtüyünün, eləcə də sosial-mədəni və məişət təyinatlı obyektlərin təmiri ilə bağlı elan etdiyi 2 açıq tenderə 11.06.2020-ci ildə yekun vurub.Qeyd edək ki, dövlət mənzil fonduna aid binaların dam örtüyünün təmirinin satın alınması üzrə tenderin qalibi “Vest LTD” QSC olub və tərəflər arasında 9992560.78 manat məbləğində müqavilə bağlanıb.

Sözügedən qurumun elə həmin tarxdə, sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmirinin satın alınması üzrə keçirdiyi digər açıq tenderin qalibi isə “Star Construction-12” QSC elan olunub və 2993911.36 manat məbləğində müqavilə bağlanıb.

Yuxarıda qeyd etdiyimiz kimi, biz bir müddət əvvəl Bakı şəhər İcra Hakimiyyətinin başçısıı Eldar Əzizovun bu vəzifə başına oturduqdan sonra paytaxtda təmir tikinti işlərinin aparılmasına ayırdığı dövlət vəsaitləri barədə daha ətraflı məlumat vermişdik. Xatırladaq ki,“Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qalib elan olunmuş “Star Construction-12” QSC üç ay öncə,19.03.2020-ci il tarixdə məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinin satınalması üzrə keçirilmiş tenderin də qalibi olmuşdu və 2592341.98 manat dəyərində müqavilə bağlnmışdır.

“Star Construction-12” Qapalı Səhmdar Cəmiyyəti elə həmin gün Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satınalınması üzrə 16983435.6 manat dəyərində başqa bir tender prosedurunun da qalibi elan olunub.Qeyd edək “Star Construction-12” QSC üç ay ərzində “Bakı şəhər Əsaslı Tikinti və Təmir” MMC-dən ümumi dəyəri 22 569 688 manat olan dövlət sifarişi alıb.

Ümumiyyətlə “Bakı şəhər Əsaslı Tikinti və Təmir ” Məhdud Məsuliyyətli Cəmiyyəti yarandığı gündən Bakı şəhərində təmir-tikint,abadlıq işlərinə ayırdığı vəsaitlərə diqqət yetirsək nələri görmüş olarıq? Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tərəfindən yaradılaraq Abit Əliyevə həvalə olunmuş sözügedən qurum ötən ilin may ayında “İnpeks N” MMC ilə üst-üstə 22 574 263 manat dəyərində müqavilələr bağlamışdır.Hansı ki,“İnpeks N” MMC bu gün o işləri başa çatdıırmalı idi.Bu il,19.03.2020-ci il tarixdə isə Bakı şəhərində dövlət mənzil fonduna aid binaların təmirinin satınalması üzrə keçirilmiş tenderdə yenə də “İnpeks N ” MMC ilə 19985998.07 manat dəyərində müqavilə bağlanıb.Bu isə ötən ilin may ayından bu ilin mart ayına qədər olan dövrdə “İnpeks N” MMC-yə 42 560 261 manat dəyərində dövlət sifarişinin verilməsi deməkdir. Bu dövlət sifarişləri qalib MMC tərəfindən karantin rejiminin elan olunması ilə əlaqədər tikinti işlərinin dayandırılığı bir vaxtda həyata keçirilirmi və mənzil fonduna aid hansı binaların təmiri, harada aparılır bizlərə bəlli deyil. Dəfələrlə yazdıqlarımıza baxmayaraq Bakı şəhər İcra Hakimiyyəti isə heç bir açıqlama vermir.

Bağlanmış müqavilələrdən də göründüyü kimi Eldar Əzizovun birbaşa nəzarətində olan qurum təkcə bir il içərisində paytaxtda yuxarıda göstərdiyimiz işlərin görülməsi üçün ümumi dəyəri 75 122 510 manat olan dövlət sifarişləri verib. Qurumun 15.05.2020-ci il tarixdə dövlət müəssisələrinə subsidiyaların verilməsinin satın alınması üzrə keçirdiyi tenderdə “Tikinti-Təmir-Təchizat-Bərpa” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmış 4993996 manat dəyəri olan müqaviləni də bunların üstünə gəlsək, bu 80 116 506 manat edir. Qeyd edək bu rəqəmlər vahid dövlət satınalmaları portalından götürülmüşdür və tərəfimizdən aparılan təxmini hesablamalardır. Onu xüsusilə vurğulamaq istərdik ki,butun bunlar ancaq təmir tikintiyə ayrılan vəsaitlərdir.Biz hələ “Bakı şəhər Əsaslı Tikinti və Təmir ” Məhdud Məsuliyyətli Cəmiyyətinın bu işlərin görülməsi, layihə-smeta sənədlərinin hazırlanması üçün ayrılmış vəsaitləri hesablamırıq.

Tenderlərin qalibi olan şirkətlərə gəldikdə isə.Son illər bu şirkərlər haqqında yayılan məllumatlar özlüyündə hər şeyi açıq-aydın göstərir.Aldıqları milyonlarla manat dəyərində dövlət sifarişlərini hansı maddi-texniki baza ilə,hansı yollarla həyata keçirirlər artıq hamıya məlumdur.Bu tender elanlarında görüləcək işlərin yerinin,konkret ünvanların göstərilməməsi, məlumatların olmaması isə,adamda istər-istəməz sabiq başçı Hacıbala Abutalıbovun Bakını viran qoyması,dağıtması təəssüratını yaradır.Sanki keçmiş İcra başçısının rəhbərliyi dönəmində Bakıda təmir-tikinti işləri heç aparılmayıb.Ya da Hacıbala Abutalıbov bu məqsədlərlə ayrılmış dövlət vəsaitini tamamilə mənimsəyib.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti Nazirlər Kabinetinin qərarı ilə ötən ilin fevral ayında yaradılıb.İcra Hakimiyyətindən həmin dövrdə mətbuata verilən açıqlamalarda MMC-nin paytaxtda bilavasitə tikinti işlərinin aparılması ilə məşğul olmayacağı bildirilirdi.İcra Hakimiyyətindən o da əlavə edilmişdi ki, yeni yaradılan qurumun əsas fəaliyyəti dövlət vəsaiti hesabına Bakı şəhərində həyata keçiriləcək əsaslı tikinti və təmir məsələləri sahəsində strateji planların hazırlanması, görüləcək işlərin koordinasiya olunması və ayrılan vəsaitin səmərəli istifadəsinin təmin olunmasına nəzarətdən ibarət olacaq.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əzizov Qüdrət Şükürovun yerinə onu gətirdi

    Əzizov Qüdrət Şükürovun yerinə onu gətirdi ...

    11-10-2018, 10:39

  • 
  • Bakı şəhərinə yeni mer təyin olundu – Yeni təyinat

    Bakı şəhərinə yeni mer təyin olundu – Yeni təyinat ...

    16-07-2018, 17:00

  • 
  • Eldar Əzizov departament sədrini qovdu

    Eldar Əzizov departament sədrini qovdu ...

    15-05-2019, 15:36

  • 
  • Eldar Əzizov kollektivə təqdim olundu

    Eldar Əzizov kollektivə təqdim olundu ...

    17-07-2018, 12:55

  • 
  • Eldar Əzizov Qüdrət Şükürovun vəzifəsini ona tapşırdı

    Eldar Əzizov Qüdrət Şükürovun vəzifəsini ona ...

    4-10-2018, 15:06


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu