Ağdaş rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimov vəzifəsindən azad oluna bilər.
Gundemxeber.Az bildirir ki, bu barədə DİA.AZ-a bilgili qaynaqlar informasiya verib.
Xəbəri verən mənbə iddia edir ki, bu gün Ağdaşdan şikayətlərin artması və həmiçinin rayona ayrılan dövlət büdcəsi pullarının təyinatı üzrə xərclənməsində müşahidə olunan ciddi nöqsanlar İbrahimovla bağlı qərarın verilməsini labüdləşdirib.
Mənbə iddia edir ki, işdən alındıqdan sonra icra başçısı ilə bağlı hüquqi işləmlər də aparıla bilər: "Belə bir məsələ müzakirə olunur".
Əlavə bilgilərimiz olacaq. Bizi izləyin. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Sorğu
Yeni dizaynımız necədir?