GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Koronavirusla mübarizədə ölüm-qalım mərhələsi – Azərbaycanı hansı faciələr gözləyir?

Koronavirusla mübarizədə ölüm-qalım mərhələsi – Azərbaycanı hansı faciələr gözləyir?

Tarix: 19-06-2020, 14:35 Bölmə :GündəmXəbər / Manşet Baxış: 540
Koronavirusla mübarizədə ölüm-qalım mərhələsi – Azərbaycanı hansı faciələr gözləyir?



Dünyada sürətlə yayılan COVİD-19 virusu bir çox dövlətlərin səhiyyə sistemini çökdürüb, ciddi sosial-iqtisadi problemlərin yaranmasına səbəb olub.

Pandemiya əleyhinə vaksin isə hələ istehsal olunmayıb. Yəni hazırda hər kəs virusun hədəfindədir.

Hansı dövlətlər ki, yeni növ koronavirusa qarşı düzgün strategiya müəyyənləşdirib, onlar bu sınaqdan ən az itki ilə çıxırlar. İlk vaxtlarda Azərbaycan dövləti pandemiyaya qarşı həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində virusun ölkə ərazisində kütləvi yayılmasının qarşısını ala bilmişdi.

Amma vətəndaş məsuliyyətsizliyi, müəyyən olunmuş qaydalara əməl olunmaması, virusun olmasına inamsızlıq vəziyyəti 180 dərəcə dəyişdi. Aprel-mart aylarında tətbiq olunan xüsusi karantin rejimi günlərində yoluxma saylarının müsbətə doğru dəyişməsi göstərirdi ki, atılan addımlar effektivdi və mövcud vəziyyətə adekvatdır. Bu müddət ərazində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən iş yerləri, “Mall”ar, ticarət mərkəzləri və digər obyetklər müvəqqəti olaraq bağlandı, əhali küçəyə xüsusi SMS icazəsi ilə çıxırdı. Prezident İlham Əliyevin tapşırığı ilə pandemiya dövründə əhaliyə dəyən ziyanın kompensasiya etmək üçün Tədbirlər Planı hazırlandı. Həmin plana əsasən əhaliyə və biznes strukturlarına 2.5 milyard manat yardım nəzərdə tutulsa da, prezidentin tapşırığı əsasında vəsaitin miqdarı 3.5 milyard manata qədər artırıldı. Qeyd edilən dövr ərzində, Prezidnetin tapşırığı ilə 600 min işsiz və aztəminatlı vətəndaşlara 190 manat birdəfəlik ödəmələr həyata keçirildi. Xüsusi karantin rejimin tətbiq olunduğu müddətdə dövlət virusun ölkə ərazisində yayılmasını qarşısını almaq üçün bütün imkanlarını ortaya qoydu və əhalinin tibbi təhlükəsizliyi tam şəkildə qorundu.

Vəziyyətin normallaşdığı, yoluxma sayı azalmağa doğru getdiyi üçün iş yerləri, “Mal”lar, ticarət obyektləri, restoranlar mərhələli şəkildə açıldı. Yumşaldılma prosesi başlayan kimi yoluxma sayında mənfi dinamika müşahidə olunmağa başladı. Əlbəttə ki, yoluxmanın və ölüm sayının artması ölkə rəhbərliyini narahat etməyə bilməzdi. Çünki virusun hədəfində xalqın tibbi təhlükəsizliyi, sağlamlığı dayanır.

Koronavirusla mübarizədə ölüm-qalım mərhələsi – Azərbaycanı hansı faciələr gözləyir?


Koronavirusa yoluxan xəstə və həkimlər

Ölkə başçısı dəfərlərlə çıxışlarında qeyd edib ki, dövlətin əsas məqsədi vətəndaşının sağlamlığını qorumaqdır.

Prezidentdən sitat: “Bu müddət ərzində Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib, ilk növbədə, ölkə daxilində. Çünki iki seçim var idi - ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik”.

Aydındır ki, dövlət üçün əhalinin sağlamlığından önəmli heç nə yoxdur. İqtisadiyyat və maliyyə sistemini mərhələli şəkildə bərpa etmək olar. Amma virus Azərbaycan ərazisində kütləvi şəkildə yayılarsa, onun qarşısında səhiyyə sistemi tab gətirməyəcək. Analoji halın qarşısında nəinki Azərbaycan, dünyanın ən inkişaf etmiş səhiyyə sisteminə malik ölkələr dayana bilmir. Pandemiya dövründə İtaliya, İspaniya, ABŞ, Braziliya və digər bu kimi inkişaf etmiş ölkələrdə koronavirusun hansı fəsadlar törətdiyini, yüzminlərlə insanın həyatını itirdiyini hər kəs yaxşı bilir.

Ona görə də yoluxma sayının və ölümlərin artması fonunda Azərbaycanda tətbiq olunan karantin rejiminin vaxtının avqustun 1-nə qadər uzadılması və iyunun 21-dən iyulun 5-nə qədər sərt karantin rejiminin tətbiq olunması barədə qərar mövcud rerallıqlar xüsusunda adekvat addım kimi qiymətləndirilməlidir.

Əgər dövlət mövcud təhlükəli vəziyyətin tələb etdiyi addımları atmasa, proses nəzarətdən çıxa bilər. Çünki hər bir dövlətin əhalisinin say nisbətinə uyğun şəkildə qurulmuş səhiyyə sistemi var və bu sistem gündəlik xəstə yükünü qaldırmaq üçün nəzərdə tutulub. Bu bütün dünyada belədir. Əlbəttə ki, bütün dövlətlərdə əlavə tibbi şoklar üçün çarpayı, reanimasiya, həkim personalı və digər bu kimi limitlər nəzərdə tutulub. Təcrübə göstərir ki, COVİD-19-a yoluxma sayı sürətlə atdıqda bu limit də bir anın içində bitir. Nəticədə həm dövlət, həm də əhali üçün faciəvi mərhələ başlayır. Biz bu acı təcrübəni çox yaxın tarixdə İtaliya, İspaniya, ABŞ və digər inkişaf etmiş dövlətlərin timsalında yaşamışıq. Hələ ki, ölkəmizdə belə faciəvi hadisələr yaşanmayıb. Amma bu o demək deyil ki, biz bu bəladan sığortalanmışıq.

Koronavirusla mübarizədə ölüm-qalım mərhələsi – Azərbaycanı hansı faciələr gözləyir?


Azərbaycanda da COVİD-19-la bağlı prosesin nəzarətdən çıxma ehtimalı yüksəkdir. Bunu artıq dövlət rəsmiləri, tibb mütəxəssisləri də açıq şəkildə etiraf edirlər. Vəziyyətin ciddiliyi ilə bağlı məsələyə ötən gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində də toxunuldu.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Azərbaycanda epidemioloji vəziyyət qənaətbəxş olmadığını, ölkəmizdə xəstəliyin yayılması sürətinin çox yüksək olduğunu qeyd etdi.

Bu o deməkdir ki, vaxtında tədbirlər görülməsə, ölüm sayları sürətlə artacaq. Presesin qarşısını almağa nə dövlətin, nə də səhiyyənin gücü çatacaq.

Bu aylar ərzində ölkə rəhbərliyi, media, dövlət rəsmiləri, tibb mütəxəssisləri vəziyyətin nəzarətdən çıxa biləcəyi barədə dəfələrlə xəbərdarlıqlar ediblər. Amma əhali hansısa “klaviatura qəhrəmanı”nın şaiyəsinə inanır və vurusun olmadığı barədə xəyallara qapılır. Nəticədə maska taxmır, sosial məsafə saxlamır... Bu gedişlə, bu düşüncə tərzi ilə xalq olaraq çox ağır faciə yaşaya bilərik. Dövlət bundan artıq nə etməlidir? Hansı dövlət vətəndaşının iş yerini bağlayıb evdə oturmasını istəyər? Hansı dövlət iqtisadiyyatının zifləməsini, gəlirlərinin azalmasını istəyər? Əlbəttə ki, heç bir dövlət.

Koronavirusla mübarizədə ölüm-qalım mərhələsi – Azərbaycanı hansı faciələr gözləyir?


Hər bir fərd öz ailəsi və dövləti qarşısında məsuliyyətini dərk edib, qoyulan qaydalara əməl etməlidir. Daha açıq şəkildə desək, Azərbaycan əhalisi pandemiya dövrünün ölüm-qalım mərhələsinə qədəm qoyub. Kim özünün və yaxınlarının ölməsini istəmirsə, sərt karantin rejimin qaydalarına mütləq şəkildə əməl edib, gigiyena qaydalarına diqqət etməlidir. Dövlət bütün zəruri tədbirləri həyata keçirir və bundan sonra da keçirəcək. Amma vətəndaş da öz məsuliyyətini dərk etməli və dövlətin atdığı addımlara adekvat yanaşma sərgiləməlidir. Ehtiyatı əldən vermək olmaz! Yoxsa kütləvi ölüm halları qaçılmaz olacaq!

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda daha 64 nəfər koronavirusa yoluxdu

    Azərbaycanda daha 64 nəfər koronavirusa yoluxdu ...

    30-03-2020, 16:51

  • 
  • Operativ Qərargah vətəndaşlara çağırış etdi

    Operativ Qərargah vətəndaşlara çağırış etdi ...

    15-05-2020, 16:26

  • 
  • Azərbaycanda aprelin 27-dən məhdudiyyətlərin bir qismi yumşaldılacaq

    Azərbaycanda aprelin 27-dən məhdudiyyətlərin bir ...

    24-04-2020, 16:13

  • 
  • Azərbaycanda xüsusi karantin rejimi mayın 4-dək uzadıldı

    Azərbaycanda xüsusi karantin rejimi mayın 4-dək ...

    18-04-2020, 20:39

  • 
  • Novruzla bağlı kütləvi tədbirlər ləğv edildi - RƏSMİ

    Novruzla bağlı kütləvi tədbirlər ləğv edildi - ...

    10-03-2020, 21:27


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (178)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu