"Maliyyə Nazirliyi yacın günlərdə Dövlət Gömrük Komitəsində total yoxlamalara başlayır"
GundemXeber.Az bildirir ki, bu barədə DİA.AZ_a hökumətdəki mənbələrdən informasiya daxil olub. Xəbəri verən qaynaq iddia edir ki, keçən ilin yekun nəticələrinə görə, özünü az qala qəhrəman kimi gözə soxan DGK sədri Səfər Mehdiyevin əslində dövlət büdcəsindən külli miqdarda vəsait gizlətməsi barədə əsaslı şübhələr var.
Mənbənin söylədikləri: "Bununla bağlı yuxarı dairələr də məlumatlı olduğundan artıq Maliyyə Nazirliyinə ilkin olaraq təftiş aparılması barədə göstəriş verilib. Hər halda, belə bir qərarın ardından həm işdən çıxarılanların, həm də həbs olunanların olacağı şübhəsizdir".
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?