“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, hazırda "Monteleone" şirkətinin rəhbərlik edən İlqar İsmayılov Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyini və Azərbaycan Respublikasının Standartlaşma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsinə qarşı iddia qaldırıb.
GundemXeber.Az yeniavaz.com-a istinadla xəbər verir ki, İlqar İsmayılovun iddiasına Bakı Kommersiya Məhkəməsində hakim Fərrux Qasımov tərəfindən baxılacaq. Məlumat üçün bildirək ki, iş adamı dövlət qurumları ilə birgə vaxtı ilə ona məxsus olan “İdeal” şirkətini də məhkəməyə verib. İlqar İsmayılov iddia edir ki, hazırda “Adore Kompani” MMC olarak fəaliyyət göstərən “İdeal” şirkətini onun əlindən zorla alıblar. İş adamı iddiasında qeyd edir ki, şirkəti onun əlindən almaq üçün qarşı tərəf hüquqi sənədləri saxtalaşdırılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?