GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Şükür, Lerikin deputatı "dil açdı" və oyandı - Amma gec və müəmmalarla...

Şükür, Lerikin deputatı "dil açdı" və oyandı - Amma gec və müəmmalarla...

Tarix: 3-07-2020, 12:21 Bölmə :GündəmXəbər / Manşet Baxış: 601
Şükür, Lerikin deputatı "dil açdı" və oyandı - Amma gec və müəmmalarla...


Milli Məclisin ən passiv deputatlarından biri kimi tanınan, 2010-cu ildən Leriklilərin haqq sözünü hökumətə çatdırmalı olan deputat İqbal Məmmədov son günlərin sosial media qəhrəmanına çevrilib. Onun birdən-birə aktivləşməsi, rayonun kəndlərinin dərdlərini yavaş-yavaş dilə gətirməsi müşahidə olunur.

Deyəsən deputat köhnə susqunluğunu və təqsirlərini unutdurmağa çalışır, illərdir Lerikdə özünün və yaxınlarının da dərd üstünə süni dərdlər qalamasının sanki fərqinə belə varmır. Eyvallah deyirəm, amma bu şuluq yenə nəyinsə, öz maddi maraqlarının peşindədir deyəsən, sonra demədi deməyin!.
Ondan başlayaq ki, illər əvvələdək öz seçicilərinin belə tanımadığı İ.Məmmədov indiki "məşhurluğunu", populizmə revanş həvəsini məhz mediaya borcludur. Yəqin o səbəbi özü də bilir deyə, sonda ağıl işlədərək el-oba dərdini "hayqırmaqla" gündəmin nəbzini daha bərk tutmağa çalışır. Məqsədi üçün isə sərt tənqidə məruz qaldığı "Reaksiya TV" və "Xural TV"-yə də sığınır, özəl açıqlamalar verərək özünü "demokrat" qiyafəsinə bürüyür.
Gəlin, buna da bir əhsən deyim! Çünki, əslində nə olursa olsun, bizimki kimi ölkələrdə seçicisinə bunca laqeyid bir deputatın gec də olsa məsuliyyətini dərk etməsinə, özünü əsl millətvəkili kimi aparmağa çalışmasına, jurnalistlərə açıq olmasına ehtiyacımız var və buna da normalda sevinməliyik. Lakin, 20 ildir Leriki xaotik anlayışla kurasiya edən, rayonda xeyli sayda obyektə və ölçüyəgəlməz torpaq sahələrinə, şirkətlər qrupuna, çeşidli fermalara, xarici ölkələrə uzanıb da milyonları aşan mal-mülkə sahib olan və indi sadaladığı problemlərin həlli istiqamətində ötən deputatlıq dönəmlərində bir xeyirli işə yaramayan adam səmimi ola bilməz. Axı yadımızdadır, bu deputat 2 dönəmlik mandatını ancaq özünü və sərvətini qorumaq üçün səfərbər edib.
Ötən ilin avqustunda da bəlli olmadımı ki, mandat toxunulmazlığı İqbal Məmmədova və qohumlarına 100 minləri qazanıb 5 manat belə vergi verməməyi, əksinə “Relax” istirahət mərkəzində vergi əməkdaşlarının döyülməsini aşılayıb? Onun MM-də 10 il yuxulaması və koronavirusun zəhmilə diksinib birdən ayılması sizə görə də müəmmalı və məqsədli görünmürmü?!



Sayqı bəslədiyim jurnalistlər - Əvəz Zeynallı və Zaur Qəriboğlunun Lerikə gedib deputatın və bir qrup seçicilərinin iştirakı ilə hazırladıqları məlum reportajdan aydın olur ki, problemlərin varlığı lap xirtdəkdəndir. Amma, ayrı-ayrı kəndlərdə yolsuzluqdan, işıq və telefon xəttinin olmamasından, təhsilsizlikdən və mədəniyyətsizlikdən dəm vuran İqbal Məmmədova həmkarlarımızın zəruri suallar verməməsi onu ən təəssübkeş, ən işgüzar deputat kimi də göstərir. Bu da media ədalətidirsə, buna da bir eyvallah deyirəm - Qoy belə olsun!
Ancaq, gəlin birlikdə "Hər şey Azərbaycan üçün!" deyərək dağ rayonuna səfər edən həmkarlarımızdan fərqli, "Lerikdə hər şey özüm üçün!" deyən iş adamı - deputat İqbal Məmmədova sadə suallar verək:
- Sayın İqbal bəy, Lerikin problemlərini niyə məhz indi dilə gətirirsiniz? 10 ildir hansı işlərlə məşğul idiniz ki, dediyiniz o acınacaqlı kənd problemləri bu qədər aşıb-daşıb?
- İndi dediklərinizi niyə heç zaman Milli Məclisdə səsləndirməmisiniz, buna görə sizə maneə olanlarmı var idi?
- Seçicilərinizə son 10 ilin hesabatını verə bilərsinizmi, rayonda indiyədək hansı ictimai-sosial-iqtisadi problemləri həll edə bilmisiniz, hansı aktual çağırışlar etmisiniz?
- İndi küfrlə tənqid etdiyiniz problemlərdə öz iziniz varmı və 2020-ci ilin deputatı ilə əvvəlki çağırışlarda deputat olan İ.Məmmədovun arasında hansı fərqlər var? Siz dəyişmisiniz yoxsa kəndlərin o problemləri?!
- Bəlkə aydınlığını verəsiniz bilək, Lerikdə sizdən varlı adam varmı və bunun sirri nədədir?
- Rayonun büdcə asılılığından xilası barədə nələri düşünürsünüz, rayonda sahib olduğunuz şirkətlər və restoranlar şəbəkəsi Lerik büdcəsinin ayaqda qalmasında bir işə yarayırmı? Vergi öhdəlikərinizi yerinə yetirirsinizmi, yoxsa, yağmalamaq üçün vergi işçilərinin növbəti dəfə gəlişinə hazırlaşırsınız?
Danışmağa başlayan İqbal müəllimə çox suallar vermək olar, amma buraxaq ki, yavaş-yavaş danışa və Lerikə hökumətin hesabına bəlkə bir gün ağlaya!.. Uzun illərdir ki, Leriki işğal edib ağlar günə qoyanlardan biri elə onun özü olsa da.../demokratik.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İqbal Məmmədov YAP-ı nüfuzdan salır -VIDEO

    İqbal Məmmədov YAP-ı nüfuzdan salır -VIDEO ...

    30-01-2020, 13:45

  • 
  • Milli Məclisin üzvü DİN-i sosial mediaya qarşı tədbir görməyə çağırıb

    Milli Məclisin üzvü DİN-i sosial mediaya qarşı ...

    2-05-2018, 18:04

  • 
  • Seçicisini ölümlə hədələyən, anasını söyən deputat kimdir? — TƏHLİL

    Seçicisini ölümlə hədələyən, anasını söyən ...

    7-09-2015, 17:17

  • 
  • Lerikdə İqbal Məmmədov erası bitir: Yeni iddialılar kimlərdir? (FOTO)

    Lerikdə İqbal Məmmədov erası bitir: Yeni ...

    8-12-2019, 11:07

  • 
  • Deputat İqbal Məmmədov partlayış baş verən toyuq fermasına getdi, köməkçisi danışdı – ÖZƏL

    Deputat İqbal Məmmədov partlayış baş verən toyuq ...

    27-07-2017, 20:03


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (153)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu