GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Neftçalanın min dərdi var idi, biri də üstünə gəlib - Qaragünlü neft rayonu

Neftçalanın min dərdi var idi, biri də üstünə gəlib - Qaragünlü neft rayonu

Tarix: 6-07-2020, 12:56 Bölmə :GündəmXəbər / Manşet Baxış: 711
Neftçalanın min dərdi var idi, biri də üstünə gəlib - Qaragünlü neft rayonu


"Xəzri küləkləri zamanı Xəzərin suyu Kürün suyuna qarışardı. Amma bu bir gün və ya bir neçə saat davam edərdi. İndi baş verən nəsə qəribə hadisədir. Belə uzun müddətli hadisə indiyədək olmamışdı".

GundemXeber.Az bildirir ki, bu sözləri son günlər Kür çayının suyunun çəkilməsi barədə Sputnik Azərbaycan-a danışan Neftçala rayonu, Mayak kəndinin sakini deyib.

Qeyd edək ki, son günlər Kür çayı ətrafında yaranmış problemlərdən ən çox ziyan çəkən rayonlardan biri də 80 yaşlı Neftçaladır. Neftçala Bakıdan 140 kilometr uzaqlıqda yerləşir. Rayonun 48 kəndi var. Ancaq rayon əhalisi daha çox Xıllı, Bankə, Həsənabad kəndlərində məskunlaşıb.

Salyan rayonunda Kürün üzərindəki körpüdən keçərkən, çayın suyunun xeyli azaldığı, kənarlarının susuzluqdan çat-çat olduğu müşahidə edilir. Onsuz da problemlərinin sayı-hesabı olmayan neftçalalılar, son günlər bir də susuzluqla üzləşiblər. Rayon sakinlərinin dediyinə görə, ən çox işsizlik, sosial yardımları ala bilməmək və su problemindən əziyyət çəkirlər.

Tarixçi Namiq Nəsirovun sözlərinə görə, qədim mənbələrdə Kür çayının mənsəbində (indiki Mayak kəndi ərazisi) parfiyalılara aid bir şəhər olub. Araşdırmalar zamanı şəhərin aşkar edilən qalıqları hazırda Şirvan milli parkının muzeyində saxlanılır.

Tarixçi bildirir ki, rayona bu ad neft yataqları ilə zəngin olduğu üçün verilib. Neft yataqları ötən əsrin əvvələrində aşkar edilib və bununla əlaqədar olaraq, fəhlələrin yaşaması üçün Trest və Qəsəbə adlı böyük yaşayış məntəqələri salınıb. Hazırda bu məntəqələr birləşdirilib və Mayak adlandırılır:

"Tarixi mənbələrə görə, Neftçala ərazisində neft qədim zamanlardan olub. Məsələn, ərəb coğrafiyaşünas 930-cu ildə yolunu buralardan saldıqdan sonra "Yollar və ölkələr" adlı kitab yazıb. Kitabda qeyd edib ki, Bakıda və Muğanda neft yataqları var. Həmin vaxtlar sakinlər nefti möcüzə hesab edir, sağlamlıqları üçün istifadə edirlərmiş".

Ancaq Neftçalada neft qazıntılarına 1840-cı illərdə başlanılıb. Bu gün isə Neftçala əhalisi əsasən heyvandarlıqla dolanır.

Kənd sakini Əlfağa Hüseynov danışır ki, Naftçalaya əvvəllər el arasında "nöyütxana" deyirlərmiş: "Rayonun müxtəlif adları olub. Boyat, Çala, Pirətavan deyiblər. Neftçala adı 52-ci ildə verilib, əvvəllər Xanqışlağı da deyiblər. Şirvan xanlığı dövründə (1747-1820) indiki rayon ərazisi Salyan mahalının tərkibində olub.", - deyə rayon sakini bildirib.

Ə.Hüseynovun sözlərinə görə, Kürün mənsəbi Neftçala rayonunun "Mayak" kəndindədir. Burada Kür Xəzərə tökülür. Hazırda Kürün səviyyəsi aşağı endiyi üçün Xəzər Kürə qarışıb.

Kənd sakini deyir ki, belə hadisələr ara-sıra baş verirmiş:

"Xəzri küləkləri zamanı Xəzərin suyu Kürün suyuna qarışardı. Amma bu bir gün və ya bir neçə saat davam edərdi. İndi baş verən nəsə qəribə hadisədir. Belə uzun müddətli hadisə indiyədək olmamışdı", -deyə kənd sakini bildirir.
Rayon sakinlərinin sözlərinə görə, əvvəllər rayon ərazisində balıqartırma zavodları olub. Bəzi sakinlər elə bu zavodlarda çalışaraq dolanırmış. İndi zavodlar da bağlanıb. Bu da onların yaşayışına mənfi təsir göstərir. Elə ailələr var ki, çox çətinliklə dolanır.

Neftçala rayonunun iqlimi yarımsəhra, quru çöllükdür. Qeyd edək ki, Şirvan Milli Parkının bir hissəsi Neftçala ərazisinə düşür.

Neftçala şəhər mərkəzi kiçikdir. Yollar isə ötən illərə nisbətən daha yaxşıdır. Bəzi yollar təmir edilib. Yol kənarları yaşıllıq olmasa da, ötən illərdəki kimi kələ-kötür, çala-çuxur deyil.

Yol kənarında müxtəlif kənd təsərrüfatı məhsulları satan alverçilərə, susuz qalmış iribuynuzlu mal-qaraya rast gəlmək mümkündür. Yeri gəlmişkən, Neftçaladakı kafelərdə qiymətlər münasibdir. Adam az gəldiyi üçün xidmət səviyyəsi də qaneedicidir. Neftçala deyəndə istər-istəməz yada balıq yeməkləri düşsə də, kafelərdə yaxşı balıq tapmaq olmur.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yaşlı Neftçala sakinini maşın vurdu

    Yaşlı Neftçala sakinini maşın vurdu ...

    23-02-2016, 12:26

  • 
  • İsmayıl Vəliyev büdcə pullarını necə “yeyir”?

    İsmayıl Vəliyev büdcə pullarını necə “yeyir”? ...

    8-12-2013, 20:47

  • 
  • Qaxda avtomobil körpüdən çaya düşüb, ölən var

    Qaxda avtomobil körpüdən çaya düşüb, ölən var ...

    22-10-2013, 12:28

  • 
  • Neftçala rayonunda balıq oğruları saxlanılıb

    Neftçala rayonunda balıq oğruları saxlanılıb ...

    22-04-2019, 12:58

  • 
  • İcra başçısı kənd sakinlərini Bakıya “qovur”

    İcra başçısı kənd sakinlərini Bakıya “qovur” ...

    13-02-2018, 12:51


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu