zbəkistandakı Azərbaycan səfirliyinin konsulluq idarəsinin viza məsələlərinin əlaqələndirmə şöbəsinin atteşesi Elnur Hüseynov işdən azad edilib.
GundemXeber.az-in ovqat.com-a istiandla məlumatına görə, atteşeni pozulan hüquqları ictimailəşdiyi üçün cəzalandırıblar.
Belə ki, DTX DİN-də korrupsiyaya qarşı əməliyyat keçirdiyi gün biz əlimizdəkı korrupsiya faktı ilə əlaqədar bir sənədi ictimailəşdirmişdik. Özbəkistan səfirliyinin 2020-ci il üçün nəzərdə tutulan xərclər smetasına dair sənəddə göstərilir ki, səfirlik əməkdaşlarının mənzil məsrəfləri üçün il ərzində 74 min 400 ABŞ dolları ayrılması nəzərdə tutulub. Əməkdaşlara isə cəmi 66 min dollar verilib. Yəni 8 min 400 dollar mənimsənilib. Haqqı mənimsənilən isə dünən işdən uzaqlaşdırılan Elnur Hüseynov olub. XİN-dəki korrupsioner qrup məlumatı mətbuata sızdırılmasında atteşedən şübhələndikləri üçün onu işdən uzaqlaşdırıb.
Korrupsiya əməlləri ən yüksək səviyədə ifşa olunan XİN-dəki məlum çevrənin hələ də öz qanunsuz əməllərini davam etdirə bilməsi təəccüb doğurur.
Qeyd edək ki, haqqı tapdalanan atteşe mərhum Heydər Əliyevin ilk şəxsi mühafizəçisi Əmir Hüseynovun oğludur. Heydər Əliyevə ən yaxın qohumları belə arxa çevirəndə sinəsini sipərə çevirən Əmir Hüseynov indi tamamilə diqqətdən kənarda qalıb, onun oğluna diplomatik korpusda bataqlıq kimi ad qazanan bir ölkədə ən kiçik vəzifə belə, çox görülür, səfirlikdə işlədiyi müddət ərzində isə mənzil pulundan belə mərhum olunur.
Srağagün Özbəkistandakı Azərbaycan diasporunun nümayəndələrinin zəng edərək redaksiyamıza verdiyi məlumatda bildirilir ki, səfirlikdə öz işinin öhdəsindən gələn yeganə adam varsa, o da Elnur Hüseynov imiş.
Sorğu
Yeni dizaynımız necədir?