GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » «Müəllimlər» MTK-nı KİMLƏR TALAYIB? - GİLEY

«Müəllimlər» MTK-nı KİMLƏR TALAYIB? - GİLEY

Tarix: 14-07-2020, 10:22 Bölmə :GündəmXəbər / Manşet Baxış: 490
«Müəllimlər» MTK-nı KİMLƏR TALAYIB? - GİLEY


Bakı şəhəri, Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi 98 saylı binanın «Müəllimlər» mənzil-tikinti kooperativi payçıları tərəfindən Azinforum.az saytına şikayət ərizəsi daxil olub. Binanın sakinləri ərizədə bildirirlər ki, “Müəllimlər” mənzil-tikinti kooperativi 1960-cı ildə yaradılmış və pay sahibləri tərəfindən binanın tikilməsi üçün sərmayə qoyulmuşdur: “Burada 0.65 ha həyətin ümumi sahəsində, beşmərtəbəli, beş bloklu, 60 mənzilli olan bina, zirzəmi və 188,3 kv.m sahəsi olan yarımzirzəmisi, həmçinin zirzəminin mebeli, kondinsionerləri, nasosxana, işıqlandırma və elektrik sistemlərinin alınması və quraşdırılması, həyətin yaşıllıqla abadlaşdırılmış istirahət zonası, kooperativ üzvlərinin yığıncağı üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsi pay sahiblərinin sərmayəsi hesabına inşa edilib. Bina 1965-ci ildə istismara verilib. Binanın texniki pasportu və sahə sənədləri yaradılıb. Bütün xərclər kənardan heç bir maddi köməklik olmadan sakinlər (pay sahibləri) tərəfindən ödənilib. Bundan əlavə, sözü gedən binanın yarızirzəmisi «Azərittifaq»ın laboratoriyasına icarəyə verilib və alınan vəsait həyətin təmizlik işlərinə, xadimə xidmətlərinə, kooperativin mühasibi və kooperativ sədrinə əmək haqqı ödəmək üçün xərclənirdi.

2002-ci ildə binanın sakini Ramazanov Səfər Müslüm oğlu «Müəllimlər» MTK-nın sədr vəzifəsini ələ keçirdikdən sonra əvvəllər icarəyə verilən yarımzirzəmini öz şəxsi ofisinə çevirərək MTK-nı icarədən gələn vəsaitdən məhrum edib. Ramazanov Səfər Müslüm oğlu 2004-cü ildə həyətin ümumi sahəsinin 0,40 ha-nı pay sahiblərinin xəbəri və razılığı olmadan öz şəxsi mülki kimi qeyri-qanuni şəkildə «Baku Clock Tover» şirkətinə külli miqdarda pul müqabilində satıb. (Bizdə olan məlumatlara görə 2 milyon ABŞ dollarına) Və həmin sahədə adı çəkilən şirkət bina inşa etməyə başlayır. Kooperativin pay sahibləri həyət sahəsinin bu dərəcədə azalmasından narazı qalıb Ramazanov Səfərdən izahat verilməsini tələb etdikdə o, «kürd mafiyasının işləridir, baş qoşmayın, yoxsa bizi mənzillərimizdən köçürdərlər» -deyərək hədə-qorxu gəlib sakinlərin narazılığını bildirməmələrinə məcbur edib.

Həmin ildə Ramazanov Səfərin maddi durumu sürətlə yüksəlir, hər iki oğluna bahalı avtomobillər, yeni evlər və öz sözlərinə görə, Qəbələ rayonunda villa alır. Hər il xaricə ailəsi ilə birlikdə bahalı kurortlarda istirahət edir. Bundan başqa yaşadığımız binada da bir neçə mənzil alır.

Ramazanov Səfər Müslüm oğlu həyətdə uşaqlar üçün yaradılan guşəni zəncirlə ayıraraq şəxsi avtomobilləri üçün parkinq kimi istifadə edir. Sakinlərin uzun müddət şikayətlərinə baxılmır və heç bir tədbir görülmür.

2017-ci ildə məlum olur ki, pay sahiblərinin ümumi istifadəsində olan 188,3 kv.m sahəsi olan yarımzirzəmi saxta sənədlərlə oğlu Ramazanov Böyükağa Səfər oğlunun adına keçirilib. Sakinlərin haqlı etirazına cavab olaraq

Ramazanov Səfər onu Birjada 35 min manata aldığını deyir, lakin sonradan məlum olur ki, Əmlak Komitəsinə rüşvət verərək dövlət sahəsi adı ilə həmin zirzəmini hərraca çıxarıb.

Bütün bunlardan sonra kooperativ üzvləri iclas keçirərək Ramazanov Səfəri səsvermə ilə tutduğu vəzifədən azad ediblər. Sənədlərin və binaya aid möhürün təhvil-təslim zamanı məlum olur ki, binaya və ümumi sahə yə aid olan texniki pasport və kooperativin nizamnaməsi guya itirilib. Eyni zamanda təhvil alınan möhür «Müəllimlər» MTK-nın möhürü yox, «Müəllim» mənzil istismar kooperativ möhürü kimi qeyd olunmuşdur. Bu o deməkdir ki, bu illər ərzində Ramazanov Səfər tərəfindən sakinlərə verilmiş yaşayış yeri üzrə arayışlar saxta möhürlə verilib. Vergilər Nazirliyinə, icra hakimiyyətinin kooperativlər üzrə idarəsinə və Ədliyyə Nazirliyinə ünvanlanmış sorğulara rəsmi cavabda bildirilir ki, həmin möhür heç bir dövlət qurumunda qeydiyyatdan keçməyib. Bu isə o deməkdir ki, Ramazanov Səfər Müslüm oğlu illər boyu vergilər orqanına heç bir rüsum ödəməyib.

Həmin məsələdən Nəsimi rayon prokurorluğuna, Bakı şəhər prokurorluğuna şikayət verilsə də məsələ ilə bağlı prokurorluq tərəfindən araşdırma aparılmayıb. 2018-ci ilin oktyabrında sakinlərin Nəsimi rayon məhkəməsinə iddia ərizəsi üzrə işə baxılıb. Əmlak Komitəsinin səlahiyyətli nümayəndəsi məhkəmədə çıxış edərkən bildirib ki, 1965-ci ildə dövlət tərəfindən 188,3 kv.m sahəli zirzəminin tikintisinə büdcədən pul ayrılıb. Lakin bunu təsdiq edən heç bir sənəd məhkəməyə təqdim olunmayıb. Amma pay sahiblərinin təqdim etdikləri sənədlərə əsasən bina 1963-cü ildə inşa edilmiş, 1965-ci ildə isə sakinlərin istismarına verilmişdi. Necə ola bilər ki, hazır tikilmiş binaya sonradan dövlət tərəfindən pul ayrılır. Sakinlərin haqlı iddiası nədənsə məhkəmə tərəfindən ədalətlə araşdırılmayıb və iddia ərizəsi rədd edilib.

Hazırda məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə şikayət olunub və iş məhkəmənin hakimi Xumar xanım Mərdanovanın icraatındadı.

Şikayətçilər: Nemətova Zarema.Ə, Quliyev Fərid.A., Quliyeva Elvira.U., Dəmirova Elmira.P,,İmanov Neman, Mirzəliyeva Dilbər, Mirzəliyev Xəqani.M., Adilov Emin.İ., Məmmədov İlqar, Məmmədov Aydın, Abdullayev Tofiq.S., Aslanova Kübra.F. tərəfindən”.

Yazıda adları qeyd olunan şəxslər və qurumların da mövqeyinə yer verməyə hazırıq.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Vesta Construction” sakinlərdən pul alıb, evlərinə buraxmır - GİLEY

    “Vesta Construction” sakinlərdən pul alıb, ...

    2-09-2019, 12:45

  • 
  • Azərbaycanda çoxmənzilli binalar vahid qayda ilə idarə olunacaq

    Azərbaycanda çoxmənzilli binalar vahid qayda ilə ...

    13-06-2017, 15:52

  • 
  • Daha bir qondarma MMC Bakıda sakinləri evlərindən qovur - "Bizim ailə" kimin ailəsidir?

    Daha bir qondarma MMC Bakıda sakinləri evlərindən ...

    13-11-2017, 22:22

  • 
  • Bakıda 7-mərtəbəli eyni görkəmli bina inşa olunacaq

    Bakıda 7-mərtəbəli eyni görkəmli bina inşa ...

    27-11-2013, 05:46

  • 
  • Prezident İlham Əliyevin iştirakı ilə jurnalistlər üçün tikilmiş ikinci binanın açılış mərasimi keçirilib

    Prezident İlham Əliyevin iştirakı ilə ...

    20-07-2017, 10:24


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu