Gundemxeber.Az xəbər verir ki, sosial şəbəkədə koronavirusa simptonlarının göstəricisi olduğunu qeyd edən istifadəçi Bəhruz Mustafayev TƏBİB və TƏBİB sədri Ramin Bayramlının idarə etməsindən şikayətləndi. Paylaşımı olduğu kimi sizlərə təqdim edirik:
“Deməli dostlar 5 gün əvvəl axşam saatlarında mənim tempraturum qalxmağa başladı. 2 gün özüm fərqli dərman vasitələri ilə qarşısını almağa çalışdım amma bacarmadım. 12 iyul axşam saatları Təəcili Tibbi Yardıma zəng elədim və operator bildirdi ki biz covid test götürmürük. Saat 12 e yaxın tempraturum 39,5 dərəcəsinə qalxdı yenidən zəng edib iyne vurulmağı tələb etdim. Təəcili yardım qrupu gəldi iynə vurdu və test götürdülər. Mənlə ilk danışan Azərbaycan qanı daşımıyan operatorun yalan danışmasına baxmayaraq. Covid testin cavabının 2 gün içində çıxacağını bildirib getdilər hazırda 2 gün bitir. Mənim tempraturumda 39 dərəcədir indi. Təcili yardım yenə gəldi yenə iynə vurdu və cavab çıxmamış heç bir müdaxilə edə bilməyəcəyini dedi Ciyərinizdə xışıltı var rengen aparatından keçməlisiz əlavə etdi və mənim telefonum vasitəsi ilə hara zəng elədilərsə rədd cavabı aldılar.Bu arada mən hərbi xidmətdə pnevmoniya keçirmişəm bir dəfə. Niyə adi vətəndaşın test cavabı gecikir ağır olduğu halda bilirisiz ? Çünki alternativ Ramil Bayramlının İnci klinikasıdır. Orda tets etdirən tanıdığların cavabı 2 günə gəlir. 100 manat məsələsi. Hazırda 39 dərəcə qızdırmam var və nəfəs almağım çətinləşib bütün oxuyanlardan ictimailəşdirməyi xahiş edirəm bəlkə Ramil Bayramlı eşitdi: Ramil 100 manatın məndədi cavabı yolla işimizi bilək”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?