2016-cı ilin apreli, 2020-ci ilin iyulu və son 30 ildə baş verənlər göstərir ki, Azərbaycan üçün hərbi əməliyyatları başlatmaqdan savayı yol qalmır.
Şübhəsiz ki, müharibəyə başlamaqdan ötrü mütləq onun adını, formasını və arealını da müəyyən etmək lazımdır. İstər Qarabağ cəbhə xəttində, istər dövlət sərhəddində yaşananlar Azərbaycanın artıq müdafiədən hücuma keçməsini zəruri edir. Bu, təkcə güclü və böyük, daha yaxşı təşkil edilmiş Azərbaycan ordusu ilə bağlı deyil 30 il ərzində yetişmiş ən yaxşı daxili, regional və qlobal mühitlə bağlıdır. İndi məsələ Ermənistanın nə etməsi deyil, Azərbaycanın hansı addımı atmasıdır. GundemXeber.Az "Sherg.az"a istinadla xəbər verir ki, bu barədə isə ən yaxşı və ideal təklifi Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc verib. O, belə bir tezis irəli sürüb ki, “Ordumuzun Ermənistan Ərazisinə daxil olmaq hüququ” var. Söhbət nədən gedir?
Türkiyə “Ulusal güvenlik nedenleri” ilə İraqda necə əməliyyatlar aparırsa, Suriyaya “meşru müdafaa hakkı çerçevesinde” daxil ola bilirsə, Rusiya beynəlxalq təhlükəsziliyi və preventiv zərbə konsepsiyasını əlində əsas tutaraq 2008-ci ildə Gürcüstana necə daxil oldusa, Azərbaycan da beynəlxalq hüquqla əsaslandırılmış formada (Güc nəzəriyyəsi üçün hüquq sadəcə pərdə rolunu oynamaqdan başqa heç bir işə yaramır) Ermənistan ərazisinə daxil ola bilər. Azərbaycan da BMT-nin 51-ci maddəsini əlində rəhbər tutur, (BMT nizamnaməsinin 51-ci maddəsinə əsasən bu quruma üzv olan hər bir ölkə öz ərazi bütövlüyünü bərpa etmək hüququna malikdir. Azərbaycan da bir dövlət olaraq tam bu hüquqa malikdir. Ermənistanın isə Azərbaycan dövlətinə qarşı təcavüzü BMT nizamnaməsinin 51-ci maddəsinin kobud surətdə pozulması deməkdir.) ordusu Ermənsitana keçə, möhkəmlənə, təhlükəsizlik qurşağı yarada və məhz bu hüquqa, maddəyə istinad etməklə prosesləri reallaşdıra bilər.
Sorğu
Yeni dizaynımız necədir?