GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Alimpaşa Məmmədov qanunlardan daha alidir?

Alimpaşa Məmmədov qanunlardan daha alidir?

Tarix: 21-07-2020, 11:15 Bölmə :GündəmXəbər / Manşet Baxış: 345
Alimpaşa Məmmədov qanunlardan daha alidir?


Şəmkir icra başçısı Alimpaşa Məmmədov rayonun tanınmış iş adamı Hafiz İbrahimovu Apellyasiya Məhkəməsinə şikayət edib.

GundemXeber.Az bildirir ki, ovqat.com-a bu barədə məlumat iş adamı tərəfindən verilib.

Şəmkir Şampan zavodunun direktoru olan Hafiz İbrahimov deyib ki, bu ayın əvvəlində Səbail rayon məhkəməsi Şəmkir icra başçısının eyni şikayətinə baxıb və iş adamının lehinə hökm çıxarıb. Görünür, məhkəmənin hökmüylə razılaşmayan icra başçısı işə yenidən baxması üçün Bakı şəhər Apellyasiya Məhkəməsinə müraciət edib.

Maraqlıdır ki, Apellyasiya Məhkəməsi bu barədə iş adamını prosesin başlamasına bir neçə saat qalmış xəbərdar edib. Belə ki, məhkəmə prosesi bu gün saat 12.15-də başlayacaq. İş adamına bunun xəbəri isə dünən axşam saatlarında göndərilən mesajla çatdırılıb. Mesajda yazılıb:

“Hormetli IBRAHIMOV HAFIZ MEMMED! Sizin 21.07.2020 tarixde, saat 12:15 da, Baki Apelyasiya Mehkemesi, Zal 3-de baresinde xususi ittiham qaydasinda shikayet verilen shexs IBRAHIMOV HAFIZ MEMMED ile bagli 1(103)-678/2020 sayli cinayet ishi uzre baresinde xususi ittiham qaydasinda shikayet verilen shexs qisminde mehkeme iclasinda ishtirak etmeyiniz zeruridir. Bildirish no: 1(103)-678/2020-002 Tel: Hakim: Mirzeli Abbasov”.

İş adamının sözlərinə görə, prosesin bu dərəcədə tələsik keçirilməsi heç də yaxşı əlamətə oxşamır: “Faktiki bir neçə saat müddətində mən məhkəməyə hazılaşmalı, vəkil tutmalıyam. Vəkil işlə tanış olmalıdır ki, məni effektli müdafiə edə bilsin. Mənə verilən bir neçə saatlıq müddət ərzində bunu reallaşdırmaq üçün gərək Herkules qüdrətində adam olasan. Mən isə bu qədər böyük qüdrətə malik olmayan sadə bir iş adamıyam. Məhkəmənin bu tələsikliyi məni vəkilsiz yaxalamaq, müdafiə hüququmu məhdudlaşdırmaq deməkdir”.

İş adamının bu sözləri istər-istəməz ölkə başçısının bir müddət əvvəl məhkəmə-hüquq sistemində aparılacaq islahatlarla bağlı vədini yada salır. Xatırladaq ki, yeni Baş Prokuror Kamran Əliyevlə video-söhbətində Prezident İlham Əliyev demişdi: “Burada sizin üzərinizə böyük vəzifə düşür və ümid edirəm ki, siz bu vəzifənin öhdəsindən gələcəksiniz. İlk növbədə, qanunun aliliyi tam təmin edilməlidir və ədalətli cəmiyyətin qurulması üçün qanunun aliliyi başlıca şərtdir. Əfsuslar olsun ki, biz istədiyimizə hələ də tam nail olmamışıq, o cümlədən hüquq mühafizə orqanları tərəfindən qəbul edilmiş qərarlar bəzi hallarda qanunlara ziddir, sosial ədaləti pozur, insanları haqlı olaraq narazı salır və beləliklə ümumi işimizə böyük ziyan vurur. Bunun səbəblərindən biri qeyri-peşəkarlıq ola bilər, ancaq bəzi hallarda bunun arxasında hansısa maraqlar, şəxsi təmənna dayanır. Bu gün bütün hüquq mühafizə orqanlarının əməkdaşları və rəhbərləri məni eşidirlər. Mənim sözlərim onlar üçün əsas göstəriş olmalıdır ki, Azərbaycanda hüquq mühafizə sistemində islahatlar dərinləşsin və qanunun aliliyi təmin edilsin”.

Görünür, ölkə başçısının “qanunun aliliyi”nin təminatı ilə bağlı hüquq-məhkəmə sisteminə tapşırıqları Bakı Apellyasiya Məhkəməsində baş-ayaq başa düşülüb. Vətəndaşa özünümüdafiə üçün bir gün belə, zaman verilməməsini başqa cür izah etmək mümkün deyil.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şəmkirin icra başçısı sahibkara qarşı SAVAŞ AÇIB

    Şəmkirin icra başçısı sahibkara qarşı SAVAŞ AÇIB ...

    22-04-2020, 12:21

  • 
  • Şəmkir icra başçısının həbsi gözlənilir - İDDİA

    Şəmkir icra başçısının həbsi gözlənilir - İDDİA ...

    9-06-2020, 20:35

  • 
  • Şəmkirin icra başçısı müavinini işdən çıxardı

    Şəmkirin icra başçısı müavinini işdən çıxardı ...

    5-11-2014, 16:29

  • 
  • İcra başçısı ağır qəzaya düşdü - Alimpaşa Məmmədov + FOTO

    İcra başçısı ağır qəzaya düşdü - Alimpaşa ...

    3-04-2017, 15:42

  • 
  •  Başqalarını Bakıya çağırmırlar, arxasınca Bakıdan gəlirlər... - Daha bir başçı hədəfdə

     Başqalarını Bakıya çağırmırlar, arxasınca ...

    26-05-2020, 11:15


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu