GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "Şirin" MMC-dən ACIDAN HƏRƏKƏT... - İTTİHAM

"Şirin" MMC-dən ACIDAN HƏRƏKƏT... - İTTİHAM

Tarix: 22-07-2020, 12:09 Bölmə :GündəmXəbər / Manşet Baxış: 317
"Şirin" MMC-dən ACIDAN HƏRƏKƏT... - İTTİHAM


2020-ci ildə dünyanı pandemiya öz cənginə aldı. Bütün dünya ölkələri kimi Azərbaycan da koronavirusla mübarizə üçün qabaqlayıcı tədbirlər gördü və karantin tədbirlərinə başladı.

Koronavirusla mübarizə üçün isə fond yaradıldı. Azərbaycan prezidenti Cənab İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva bir illik maaşlarını Koronavirusla Mübarizə Fonduna bağışladılar. Bu təqdirəlayiq addımdan sonra əksər iş adamları, şirkətlər, adi və sıravi vətəndaşlar, dövlət məmurları da Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr köçürməyə başladılar.

Bu şirkətlərdən biri də "Şirin MMC" - Qənnadı Fabriki oldu. Alqışlanası addımdır, ölkənin pandemiya ilə mübarizə apardığı bir dövrdə dəstək durmaq, ianə ayırmaq alqışlanası addımdır. Amma bu, işin sadəcə görünən tərəfidir. Əslində məsələnin bir əmması da var. Sən demə, şirkət Fonda köçürdüyü pulu əməkdaşlarının maaşından tuturmuş.

GundemXeber.Az bildirir ki, bu barədə Hit.Az-a bir müddət əvvəl sözügedən məsələyə görə şirkətlə yollarını ayıran Zamiq İbrahimov məlumat verib:

"2020-ci ilin mart ayında Şirin MMC şirkətində supervayzer kimi işə dəvət edildim. İşə qəbul üçün ilk görüşdə şirkət rəhbərliyi iş qaydalarını izah edəndə bildirdi ki, əmək haqqım 1300 AZN olacaq və maaşım rəsmi qaydada adıma açılan bank kartına köçürüləcək. Bundan əlavə, aylıq satışa və müştərilər tərəfindən yığılan ödəmələrə görə bonusların da olacağını bildirdi. Ay tamamında isə maaş kartımı soruşdum, mənə maaşı bu ay kassadan nağd şəkildə alacağımı bildirdilər.

Aprel ayında isə şirkətin İnsan Resursları şöbəsinə çağırıldım və əmək müqaviləsi imzalandı. Mən isə adətim üzrə imzaladığım bütün müqavilələri sona qədər oxuyuram. Əmək müqaviləsini də tam oxudum və müqavilədə rəsmi əmək haqqım 1300 AZN, iş vaxtı həftədə 40 saat olmaqla 5 gün 08:00-17:00 qrafiki ilə göstərilmişdi. Müqaviləni imzaladım.

May ayında da əmək haqqı üçün nəzərdə tutulan bank kartım mənə verilməmişdi. Bu səbəbdən də aprel ayının maaşını bankdan şəxsiyyət vəsiqəmi təqdim edərək aldım. Bankın əməkdaşı hesabıma 1071 AZN köçürüldüyünü bildirdi. Bankdan maaşımı götürüb Şirin MMC-nin mühasibi ilə əlaqə saxladım. Mənə dedilər ki, aprel ayının əmək haqqından 3 günlük məbləğ tutulub və buna görə maaşım 1300 yox, 1071 AZN olub. Amma mən 5 mart 2020-ci il tarixdən Şirin MMC-də çalışırdım. May ayını da işlədim və iyun ayında da yenə də maaş kartım olmadığı üçün şəxsiyyət vərəqəsi ilə bankdan maaşımı almağa getdim. Bu dəfə isə sözün əsl mənasında şoka düşdüm. Çünki 1300 AZN əvəzinə hesabıma 836 AZN köçürülmüşdü. Şirkətə gəldim və bunun səbəbini soruşdum və mənə may ayının 1 həftəsinin maaşının hesablanmadığını dedilər. Bu barədə rəhbərliyə sual verəndə "Qərarı müdiriyyət verib, biz bilmirik” cavabını verdilər.



May ayında mənimlə birlikdə işləyən supervayzer Famil Əliyevin də maaşı ilə bağlı eyni hal təkrarlandı və o da 836 AZN əmək haqqı aldı. Bundan əlavə, mənim tabeçiliyimdə olan satış nümayəndələri və merçandayzerlərin də maaşlarından müxtəlif məbləğlərdə pul tutulmuşdu.

O günlərdə isə şirkət işçiləri arasında "Şirin MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 min AZN ödəyib. Pulu isə işçilərin maaşından tutur” kimi söz-söhbət gəzirdi.

Həmin gün isə işdən ayrılmaq qərarına gəldim. Ərizə yazıb işdən çıxmaq istədim. Şirkətin satış müdiri vəzifəsini icra edən Eton İbrahimov isə mənə "buyur, yaz. Amma tarix qoyma ayın sonuna qədər işlə, 30 iyun tarixində işdən çıxarsan” dedi. İyun ayının 30-a qədər Şirin MMC-də çalışdım və 30 iyun tarixində şirkətdən ayrıldım.

16 iyul tarixində isə əmək kitabçası və iyun ayı üçün maaşımı almaq üçün şirkətə getdim. Kassada mənə 268.50 AZN maaş yazıldığını dedilər. Bu dəfə isə 3 həftəlik iş günümü nəzərə almamışdılar.

Maraqlıdır ki, şirkət son ayda da rəsmi maaş ödənişi etmədi. Görəsən şirkətin müvafiq dövlət qurumlarına verdiyi hesabatlarda işlədiyim dövrdə mənə verilməli olan 1300 AZN maaşımın tam ödənilməməsi necə izah edilir?”

Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi və Dövlət Vergi xidmətinə yazılı şəkildə müraciət etməyə hazırlaşıram. Buradan rəsmi şəxslərə müraciət edirəm, bu şirkətlər gördükləri bu cür qara işləri necə gizlədirlər? İşçinin işə gəlmədiyini rəsmi hesabatlarda aktsız, arayışsız necə göstərmək mümkündür? Bu cür şirkətlər haqqında hələ də niyə tədbirlər görülmür?"

Məsələ ilə bağlı Şirin MMC-nin mövqeyini dərc etməyə hazırıq.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mehriban Əliyeva bir illik əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi

    Mehriban Əliyeva bir illik əməkhaqqını ...

    23-03-2020, 18:06

  • 
  • FHN koronavirusla mübarizəyə bir milyon manat köçürdü

    FHN koronavirusla mübarizəyə bir milyon manat ...

    24-03-2020, 19:28

  • 
  • İlham Əliyev koronavirusla mübarizəyə 20 milyon manat ayırdı - SƏRƏNCAM

    İlham Əliyev koronavirusla mübarizəyə 20 milyon ...

    19-03-2020, 16:19

  • 
  • STP Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürməyib (SƏBƏB)

    STP Koronavirusla Mübarizəyə Dəstək Fonduna ...

    27-04-2020, 15:08

  • 
  • Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı - FƏRMAN

    Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı - ...

    19-03-2020, 16:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (304)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu