GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Generalların qətlindəki iz hara aparır? - Rail Rzayev, Ruslan Atakişiyev, Polad Həşimov...

Generalların qətlindəki iz hara aparır? - Rail Rzayev, Ruslan Atakişiyev, Polad Həşimov...

Tarix: 27-07-2020, 15:46 Bölmə :GündəmXəbər / Manşet Baxış: 636
Generalların qətlindəki iz hara aparır? - Rail Rzayev, Ruslan Atakişiyev, Polad Həşimov...


İyulun 12-də başlamış və beş gün davam etmiş Tovuz döyüşlərində general-moyor Polad Həşimovun öldürülməsindən sonra Azərbaycan cəmiyyətində onun ölümündə üçüncü ölkənin, xüsusən də Rusiyanın rolu olması barədə ittihamlar səsləndi.

Azərbaycanda yüksək rütbəli bir hərbçinin ölümündə Rusiyanın adı ilk dəfə hallanmır, bundan əvvəl də bəzi yüksək rütbəli hərbçilərin ölümündə çoxlarının dilinə dərhal Rusiya gəlmişdi.

Polad Həşimovun ölümü ilə bağlı yerli mediaya danışan bəzi keçmiş hərbçilər iddia ediblər ki, Polad Həşimovun öldürülməsində istifadə oluan "dəqiq silahlar Ermənistan tərəfində yoxdur və onlara kənar tərəfdən" yardım edilib.

"Kənar yardım" dedikdə isə bir çox təhlilçilər Rusiyanın adını çəkir, amma bəzi ekspertlərə görə, Rusiyanın Qafqazda maraqları olsa da, "onun regiondakı rolu həddindən artıq şişirdilir".

General-leytenant Rail Rzayev 2009-cu ildə evinin önündə qətlə yetirilib. Onun öldürülməsindən 11 il ötməsinə baxmayaraq, Azərbaycan Həbi Prokurorluğunun mətbuat xidməti general Rail Rzayevin qətli ilə bağlı istintaqın bir nəticəyə gəlmədiyini bildirir.

Qurum yalnız onu bildirir ki, generalın qətlinə görə bəzi şəxslər həbs olunub, amma qətlin səbəbləri və istintaqın nə zaman yekunlaşacağı ilə bağlı məlumat verilməyib.

2019-cu ildə pilot polkovnik-leytenant Rəşad Atakişiyev Xəzər dənizində MiQ-29 qırıcı təyyarəsi ilə təlim keçdiyi zaman həlak olub. Onun təyyarəsi və nəşinin bir il əvvəl tapılmasına, təyyarənin "qara qutusu"nun aşkarlanmasına baxmayaraq, araşdırmanın nəticələri ictimaiyyətə təqdim edilməyib.

Azərbaycan Həbi Prokurorluğunun mətbuat xidmətindən bildirilib ki, polkovnikin həlak olması ilə bağlı hələ də araşdırma aparılır.

Bu il iyulun 13-də Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətindəki döyüşlərdə general-mayor Polad Həşimovla birgə bir polkovnik, iki mayor və iki əsgər də həyatını itirib.

Hərbi Prokurorluq Polad Həşimovun və digər yüksək rütbəli hərbçilərin həlak olması məsələsində üçüncü ölkənin rolunun olub-olmaması barədə suallar cavablandırmayıb.

Azərbaycan Müdafiə Nazirliyi isə generel-mayor Polad Həşimov və onunla birgə həyatını itiriən digər yüksək rütbəli hərbçilərin hansı şəraitdə həlak olması ilə bağlı təfərrüatı açıqlamayıb.

Keçmiş milli təhlükəsizlik əməkdaşı İlham İsmayıl Azərbaycanda baş verən istər hərbi, iqtisadi, istərsə də siyasi hadisələrdə Rusiyanın adının hallanmasında qeyri-adi heç nə görmür: "Rusiya Azərbaycandan getməyib. Hesab etsək ki, biz müstəqillik əldə etmişik, yox, bu, belə deyil. Rusiya 1805-ci, 1818, 1828-ci ildə Azərbaycana gələndən bəri hələ də burdadır. Rusiyanın burada tarixi kökləri var və o çalışır ki, Cənubi Qafqaz siyasətində Azərbaycanı öz təsiri altında saxlasın. Qarabağ məsələsi də burada onun ən böyük "kozurudur". Bu, Azərbaycana təzyiq vasitəsidir".

İlham İsmayıla görə, hər hadisədə Rusiya amilini xatırladan elementlər olduğundan şübhələr bu ölkəyə yönəlir.

O xatırlayır ki, Azərbaycan rəsmi mənbələri 2016-cı il aprel döyüşlərinin Rusiya müdafiə nazirinin təsiri ilə dayandırılmasını bəyan etmişdilər.

2016-cı ildə baş vermiş dörd günlük "Aprel döyüşləri" zamanı onlarla zabit və əsgər həlak olmuşdu.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 2017-ci ildə Rusiyanın RİA Novosti informasiya agentliyinə müsahibəsində 2016-cı ilin "Aprel döyüşlərini" nəzərdə tutaraq demişdi ki, Ermənistan döyüşlərin "ikinci günündən Rusiyanın müvafiq qurumlarını vasitəçilik işinə" cəlb ediblər.

"Məsələn, Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu mənə zəng etdi. O, dedi ki, "bu işi" dayandırmaq lazımdır, ölkə rəhbərliyi bu barədə danışacaq. Həmçinin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeriy Gerasimov bizim Baş Qərargah rəisinə zəng etdi", - Zakir Həsənov bildirmişdi.

İlham İsmayılın fikrincə, Tovuz döyüşlərində olan hərbi əməliyyatlar hər iki ölkəyə də mesaj xarakteri daşıya bilər:"Hamıda şübhə yaranır ki, necə olur general döyüş mövqeyində dəqiq nöqtə atəşi nəticəsində vurulur".

Beynəlxalq Böhran Qrupunun eksperti Zaur Şiriyev deyir ki, yüksək rütbəli hərbçilərin ölümündə Rusiyanın adının hallanması heç bir rəsmi formada ifadə edilməyib.

Onun sözlərinə görə, Rusiyanın adının general-mayor Polad Həşimovun ölümündə çəkilməsinin birinci səbəbi odur ki, qonşu ölkədə son hadisələrin "qızışdırılması ilə bağlı müxtəlif şərhlər" eşidilir.

"Bu şərhlər siyasi ekspertlər, analitiklər tərəfindən səsləndirilib. Səslənən rəylər arasında Rusiyanın, xüsusən enerji layihələrinə (Azərbaycanın Tovuzdan keçən beynəlxalq enerji layihələri nəzərdə tutululur -red. ) zərbə vurmaq məqsədi kimi şərhlər olduğuna görə cəmiyyət də bu məlumatları eşidir və burada Rusiyanın barmağını görürlər," - Zaur Şiriyev deyir.

Ekspert baş verənlərdə başqa səbəb görür: "1994-cü ilin atəşkəsindən sonra Azərbaycan ilk dəfə generalını döyüş bölgəsində itirib. Rusiyanın barmağının olmasının görülməyində ikinci ən böyük səbəb odur ki, insanlar Ermənistanın buna hərbi cəhətdən gücü çatmayacağını düşünürlər. Düşünürlər ki, Ermənistan o qabiliyyətə malik deyil ki, bu dəqiqliklə həmin şəxslərin yerini müəyyən edib və onları vursun".

Zaur Şiriyev deyir ki, insanlar Ermənistanın bunu "tək başına edə bilməyəcəyi" qənaətinə gəliblər və bu fikir uzun illər formalaşıb.

Ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Ermənistanın Azərbaycan torpaqlarının işğalında dəstək verən ölkənin Rusiya oduğunu və bu səbəbdən də onun adının hallandığını deyir.

Amma o, general Polad Həşimovun həlak olmasında səslənən iddialar ilə razı deyil və bunu döyüş itkisi hesab edir.

"Orada hansısa başqa gücün axtarılması barədə absurd fikirləri bölüşmürəm. O, çox təcrübəli idi və imkan verməzdi ki, düşmən onu belə şəraitdə aradan götürsün. Müxtəlif maraqlar ola bilər, hər gün də general ölmür. Amma o özü gedib, tabeliyində olan zabitlərlə birgə ön xəttə çıxıb. Polad Həşimov 2016-cı ildəki döyüşlərdə də ön xətdə xidmət edib," - Üzeyir Cəfərov əlavə edir.

Hərbi məsələlər üzrə ekspert general Rail Rzayevin ölümündən uzun müddət keçdiyini və bu barədə müxtəlif versiyalar sələndirildiyini, indi nəsə deməyin çətin olduğunu söyləyir.

Amma o, MiQ-29-da Xəzər dənizinə düşərək həlak olan Rəşad Atakişiyevin ölümündə Rusiya amilinə inanır.

"Rəşad Atakişiyevin uçuşu ərəfəsində Rusiyanın Cənub Hərbi Dairəsinin elektron hava hücumundan müdafiə qoşunları təlim keçiblər. Burada Rusiyanın təsirinin səhvən və ya bilərəkdən olması ehtimalını istisna etmirəm," - Üzeyir Cəfərov deyib.

Gürcüstan baş nazirinin xarici siyasət üzrə köməkçisi olmuş, siyasi şərhçi Tornike Şaraşenidze hesab edir ki, bəzən Rusiyanın rolu həddindən artıq şişirdilir, amma buna baxmayaraq, Rusiya Qafqaz bölgəsində əsas oyunçudur. Onun fikrincə, bu regionda qeyri-adi nəsə baş verəndə, bölgədəki ən böyük güc olduğu üçün Rusiya günahlandırılır.

"Rusiyanın Gürcüstan və Ermənistanda hərbi bazaları var," - professor Şaraşenidze deyib.

Tornike Şaraşenidze Azərbaycan generalının ölümünü "döyüş qəzası" kimi qiymətləndirir.

"Rusiya bilsə belə, Ermənistana informasiya verməz, onlar indi Ermənistanı, Paşinyanı cəzalandırırlar. Ruslar indi tələsmirlər, onlar indi ermənilərin ərazi itirməsini istəyirlər və "siz bizsiz gücsüzsunüz" mesajını vermək istəyirlər," - Tornike Şaraşenidze bildirib.

Türkiyədə yaşayan, Qafqaz məsələləri üzrə şərhçi Fehim Taştekin Azərbaycanda Rusiya ilə bağlı səslənən iddiaları dəstəkləmir: "Heç kim bu ididaların doğru olduğunu deyə bilməz. Azərbaycan elitasının Moskva ilə əlaqələri möhkəmdir. Azərbaycanın NATO ilə, ABŞ-la əlaqələrinin Rusiyanı narahat edəcək ölçüdə olduğunu düşünmürəm".

Cənab Taştekin hesab edir ki, münaqişənin indi alovlanmasında hər iki tərəfin öz marağı var və Rusiyanın burada birbaşa rolunu axtarmaq doğru olmazdı.

"İşin təbii tərəfindən baxsaq, burada atəşkəs olmasına baxmayaraq, müharibə davam edir. Hardasa ildə 200-300 atışmanın olduğu bölgədən danışırıq. Burada olanlar çox da qeyri-adi deyil. Son illərdə Azərbaycan tərəfindən məsələnin hərbi həllindən başqa çıxış yolunun olmaması barədə də fikirlər səslənir. Ona görə də Rusiyaya baxmamışdan əvvəl tərəflərin öz aralarında olan gərginliyin nə qədər adiləşdiyini söyləyə bilərik," - Fehim Taştekin deyib.

O bildirib ki, Rusiyanın bu münaqişədə əldə etdiyi üstünlüklər var və o bu bölgədəki hadisələrə heç vaxt biganə qalmayıb.

"Son atışmada da Rusiyanın nüfuzunun mübahisələndirildiyi yer daha çox Ermənistandır. Paşinyanın iqtidara gəlməsi və Avropaya inteqrasiya məqsədi güdməsi Rusiyanı daha çox narahat etdi və ciddi polemika əmələ gəldi. Bu məsələdə Rusiya Paşinyanı yola gətiməkmi istədi? Bu sual soruşula bilər," - Taştekin bildirib. (BBC)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şəhid general-mayor Polad Həşimovun büstü hazırlanıb

    Şəhid general-mayor Polad Həşimovun büstü ...

    21-07-2020, 11:49

  • 
  • Prezident şəhid generalla polkovnikin ailəsinə EV VERDİ

    Prezident şəhid generalla polkovnikin ailəsinə EV ...

    17-07-2020, 14:59

  • 
  • Sumqayıtda Polad Həşimova görə yürüş keçirildi - Video

    Sumqayıtda Polad Həşimova görə yürüş keçirildi - ...

    14-07-2020, 21:49

  • 
  • Polad Həşimovu və Raquf Orucovu Türkiyəyə oxumağa Elçibəy göndərib - TARİXİ VİDEO

    Polad Həşimovu və Raquf Orucovu Türkiyəyə oxumağa ...

    20-07-2020, 09:17

  • 
  • Vüqar Həşimovun vəfatından 5 il ötür

    Vüqar Həşimovun vəfatından 5 il ötür ...

    11-01-2019, 13:05


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (521)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu