GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » TƏBİB-lə “TİİM” səhiyyə müəssisələrini necə “mühafizə”edirlər? - İTTİHAM

TƏBİB-lə “TİİM” səhiyyə müəssisələrini necə “mühafizə”edirlər? - İTTİHAM

Tarix: 25-07-2020, 12:40 Bölmə :GündəmXəbər / Manşet Baxış: 448
TƏBİB-lə “TİİM” səhiyyə müəssisələrini necə “mühafizə”edirlər? - İTTİHAM


Məlum olduğu kimi,yanvar ayının 1-dən ölkəmizdə icbari tibbi sığortanın tətbiqinə başlanılıb.Bununla bağlı Prezident İlham Əliyevin Fərmanına əsasən Səhiyyə Nazirliyinin strukturunda dəyişikliklər edilmiş,quruma tabe olan bir çox səhiyyə müəssisəsi yeni yaradılmış “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) balansına keçirilmişdir.Lakin bu gün insanların bir çoxu hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyinə,hansıların isə “TƏBİB”-ə tabe olması barədə hələ də məlumatlı deyillər.Təbii ki,bunun əsas səbəbi,elə işlərini günün tələbləri səviyyəsində qura bilməyən səhiyyə müəssisələrinin özündədir.Ölkə başçısının verdiyi Fərmandan və Nazirlər Kabinetinin çıxardığı qərardan artıq xeyli müddət keçməsinə baxmayaraq TƏBİB -ə tabe olan səhiyyə müəssisələrinin böyük əksəriyyəti hələ də rəsmi blanklarında Səhiyyə Nazirliyinin müəssisəsi kimi göstərilir.İnsanlar arasında çaşqınlıq yaradan da məhz bu amillərdir.

Aşağıda adlarını çəkdiyimizin hamısı TƏBİB-in balansına verilmiş səhiyyə müəssisələridir.Lakin sözügedən müəssisələrin bir neçəsi istisna olmaqla,mühafizə xidmətinin təşkili ilə bağlı elan etdikləri tenderlərdə əksəriyyəti hələ də Səhiyyə Nazirliyinə tabeli qurum kimi göstərilir.Bu isə TƏBİB tərəfindən idarəetmənin zəif təşkil olunmasından xəbər verir.

GundemXeber.Az bildirir ki, aktualinfo.org TƏBİB-ə tabeli səhiyyə müəssisələrində mühafizə xidmətinin təşkil olunması ilə bağlı elan olunmuş tender prosedurlarının keçirilməsində bir sıra suallar doğuracaq maraqlı məqamları araşdırıb.Belə ki, TƏBİB və Səhiyyə Nazirliyinə tabeli səhiyyə müəssisələri tərəfindən 10.10.2019-cu il tarixdən 28.07.2020-ci il tarixə qədər,yəni cəmi 10 ay ərzində aşağda göstərdiyimiz səhiyyə müəssisələrində mühfizə xidmətinin aparılması üçün “TİİM” Məhdud Məsuliyyətli Cəmiyyətin hesabına ümumi olaraqq 1 092 115 manat dövlət vəsaiti köçürülüb.Bu vəsaitlər tibb ocaqlarında mühafizə xidməti aparan şəxslərin aylıq əmək haqqına ayrılıb.Diqqətlə fikir verdikdə nələri görmüş oluruq. Məsələn,Respublika Neyrocərrahiyyə Xəstəxanasının 24 nəfər tərəfindən il ərzində mühafizə olunmasına 62503.32 manat,Azərbaycan Elmi Tədqiqat Travmatalogiya və Ortopediya İnstitutunun 2 nəfər tərəfindən mühafizə olunmasına da 62955.36 manat.Fərqə fikir verdinizmi?Qeyd edək sözügedən tibb məssisələrinin mühafizə xidmətindəndə çalışanların aylıq əmək haqqı 350 manat,uzağı 400 manatdır.Bəs bu qədər dövlət vəsaiti hara gedir?

İndi isə “TİİM” Məhdud Məsuliyyətli Cəmiyyətinin mühafizə etdiyi səhiyyə müəssisələrini və onlara ayrılmış vəsaitləri diqqətinizə çatdırırıq.

“Respublika Neyrocərrahiyyə Xəstəxanası” Publik Hüquqi Şəxs tərəfindən 28.07.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən il ərzində 24 nəfərin qurumda mühafizə xidmətlərinin göstərilməsinə 62503.32 manat.

Azərbaycan Elmi Tədqiqat Travmatalogiya və Ortopediya İnstitutu tərəfindən 27.07.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən il ərzində 2 nəfərin qurumda mühafizə xidmətlərinin göstərilməsinə 62955.36 manat

Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən 21.07.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən il ərzində sayı açıqlanmayan nəfərin qurumda mühafizə xidmətlərinin göstərilməsinə 34900 manat.

Bakı şəhər Baş Səhiyyə İdarəsi tərəfindən 17.07.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən il ərzində 7 Birləşmiş Şəhər Xəstəxanasında 11 nəfərin mühafizə xidmətlərinin göstərilməsinə iki tender yolu ilə 111756.62 və 160943.76 manat.

Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən 09.07.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən il ərzində sayı açıqlanmayan nəfərin qurumda mühafizə xidmətlərinin göstərilməsinə 35000 manat.

“Şamaxı Müalicə Diaqnistika Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən 23.06.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən il ərzində 3 nəfərin qurumda mühafizə xidmətlərinin göstərilməsinə 62940.48 manat.

Sumqayıt şəhər Psixiatriya Xəstəxanası tərəfindən 16.06.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən il ərzində sayı açıqlanmayan nəfərin qurumda mühafizə xidmətlərinin göstərilməsinə 47925 manat.

Ə.Əliyev adına Azərbaaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən 31.05.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən il ərzində sayı açıqlanmayan nəfərin qurumda mühafizə xidmətlərinin göstərilməsinə 47700 manat.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Reabilitasiya Xəstəxanası tərəfindən 30.05.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən il ərzində 12 nəfər mühafizə xidmətlərinin göstərilməsinə 62969.52 manat.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Zaqatala Müalicə Diaqnostika Mərkəzi (qurum TƏBİBƏ tabedir) tərəfindən 18.05.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən il ərzində 1 nəfərin qurumda mühafizə xidmətlərinin göstərilməsinə 62969.52 manat.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Qəbələ Müalicə Diaqnostika Mərkəzi (qurum TƏBİBƏ tabedir) tərəfindən 12.05.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən il ərzində sayı açıqlanmayan nəfərin qurumda mühafizə xidmətlərinin göstərilməsinə 62941.2 manat.

“Bərdə Müalicə Diaqnistika Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən 01.05.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən il ərzində 10 nəfərin qurumda mühafizə xidmətlərinin göstərilməsinə 62969.52 manat

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Qazax Müalicə Diaqnostika Mərkəzi (qurum TƏBİBƏ tabedir) tərəfindən 22.04.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən il ərzində 1 nəfərin qurumda mühafizə xidmətlərinin göstərilməsinə 62962.44 manat.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 24.02.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən il ərzində sayı açıqlanmayan nəfərin qurumda mühafizə xidmətlərinin göstərilməsinə 47640 manat.

“Sanator-Kurort Reabilitasiya Mərkəzi”Publik Hüquqi Şəxsi tərəfindən 19.02.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən il ərzində sayı açıqlanmayan nəfərin qurumda mühafizə xidmətlərinin göstərilməsinə 49480.2 manat.

Uşaq Nevroloji Xəstəxanası tərəfindən 19.02.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən il ərzində sayı açıqlanmayan nəfərin qurumda mühafizə xidmətlərinin göstərilməsinə 6416.66 manat.

Kliniki Tibb Mərkəzi tərəfindən 22.11.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən il ərzində sayı açıqlanmayan nəfərin qurumda mühafizə xidmətlərinin göstərilməsinə 34920 manat.

“Sanator-Kurort Reabilitasiya Mərkəzi”Publik Hüquqi Şəxsi tərəfindən 10.10.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən il ərzində sayı açıqlanmayan nəfərin qurumda mühafizə xidmətlərinin göstərilməsinə 12250 manat

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “TİİM” Məhdud Məsuliyyətli Cəmiyyəti 03.06.2011-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alınıb.MMC-nin hüquqi ünvanı Bakı şəhəri,Nərimanov rayonu,Zeynal Xəlil ev 14,nizamnamə kapitalı 10 manatdır.MMC-nin qanuni təmsilçisi Manafov İlham Sabir oğludur.

GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • TƏBİB-lə Nazirlik arasında nə baş verir? –Rauf Nağıyev işdən çıxarılıb, amma...

    TƏBİB-lə Nazirlik arasında nə baş verir? –Rauf ...

    24-06-2020, 12:48

  • 
  • Nazir müavini: “Azərbaycanda pulsuz səhiyyə özünü doğrultmadı”

    Nazir müavini: “Azərbaycanda pulsuz səhiyyə özünü ...

    19-12-2019, 11:51

  • 
  • Səhiyyə Nazirliyi koronavirusla bağlı vətəndaşlara müraciət edib

    Səhiyyə Nazirliyi koronavirusla bağlı ...

    30-01-2020, 16:32

  • 
  • Səhiyyı Nazirliyi Təcili Tibbi Yardımı TƏBİB-dən geri aldıqdan sonra İŞÇİ TOPLAMAĞA BAŞLADI

    Səhiyyı Nazirliyi Təcili Tibbi Yardımı TƏBİB-dən ...

    29-06-2020, 18:24

  • 
  • 376 qanunsuz tibb müəssisəsi aşkar edilib

    376 qanunsuz tibb müəssisəsi aşkar edilib ...

    27-12-2013, 01:48


Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Arxiv xəbərlər

İyun 2025 (214)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu