GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » BNA sədri nədən etimadı doğrulda bilmədi... - İLGİNC

BNA sədri nədən etimadı doğrulda bilmədi... - İLGİNC

Tarix: 6-08-2020, 13:03 Bölmə :GündəmXəbər / Manşet Baxış: 469
BNA sədri nədən etimadı doğrulda bilmədi... - İLGİNC


Belə də olmalıydı. Fəaliyyətə başladığı gündən yarıtmazlığı, narazılıq yaratması, nizam-intizamsızlığı ilə total şəkildə pislənən Bakı Nəqliyyat Agentliyindən dayanma-durma və parklanma qaydalarının təşkili işi tamamilə geri alınmalıydı.

Baxmayaraq ki, hələlik BNA bu işdən kənarlaşdırılmayıb, sadəcə, Bakı şəhərində dayanma-durma və parklanma qaydalarının təşkili və nəzarət mexanizminin həyata keçirilməsinə həm də Bakı şəhər Dövlət Yol Polisi də cəlb olunacaq.

Yəni, sərəncamla bu səlahiyyət Daxili İşlər Nazirliyinə, daha dəqiq desək Dövlət Yol Polisinə həvalə edilib.

Gundemxeber.Az reportyor.info-ya istinadla xəbər verir ki, bundan sonra yol polisi Bakı Nəqliyyat Agentliyi ilə birgə paytaxt ərazisində dayanma-durma və parklanmaya nəzarət edəcək.

Amma ilk gündən dayanma-durmanın DYP-dən alınıb BNA-ya verilməsi yanlış seçim idi. O baxımdan bu səlahiyyətlərin tamamilə alınaraq DYP-yə qaytarılması zamanıdır.

Çünki bu müddət ərzində BNA nə parklanma yerlərini təşkil edə bilib, nə nəqliyyat müfəttişləri doğru-düzgün işini həyata keçirirlər.

Dəfələrlə video faktlar təqdim olunub, özünü Ziya Məmmədovun qoçuları kimi aparan BNA əməkdaşlarının xəlvətcə dayanma-durma cəriməsi yazıb aradan çıxması ifşa edilib, parklanma təşkil edilməyən yerlərdə sürücülərə əsassız cərimə yazılması sübuta yetirilib. Lakin prezidentin BNA qarşısında qoyduğu tapşırıqlar yerinə yetirilmədi, etimad doğrulmadı.

Ona görə də bu sahədə böyük təcrübəyə malik olan, insafən, sürücüləri yerli-yersiz cərimələməyən, bu işi gizli, kol dibində etməyən DYP-nin posesə yenidən cəlb olunması düzgün addımdır.

Əgər bu vaxta qədər BNA parklanmanın təşkili və dayanma-durma ilə bağlı problemlərin həllinə heç bir töhfə verməyibsə, gələcəkdə də gözləməyə dəyməzdi.

Ümumiyyətlə, BNA amöb bir qurumdur və yarandığı gündən narazılıq, xaos yaratmaqla məşğuldur. İstər əvvəl, istər pandemiya dövründə BNA ictimai nəqliyyatda sıxlığın aradan qaldırılması üçün heç bir real iş görməyib.

Əslində, qurum təsis olunarkən böyük etimad göstərilmişdi, dayanma-durma ona həvalə edilmişdi, ictimai nəqliyyatda sahman yaratması, nəqliyyatın intellektual idarəetmə sisteminin işlək vəziyyətə gətirəcəyi, Ziya Məmmədovun 100 milyonluq dayanacaqlardakı monitorlarının fəaliyyət göstərəcəyi gözlənilirdi.

Ancaq bunların heç biri baş vemədi və BNA rəhbəri Vüsal Kərimli dövlətin, prezidentin ümid etdiyi layihəni batırdı.

Dayanma-durma və parklanma işinin DYP ilə birgə həyata keçirilməsinə başlanması da məhz BNA-ya olan ümidlərin puç olmasının başlanğıcıdır.

Bu gedişlə qurumun demontaj olunması, ləğvi belə istisna deyil və nəqliyyat sektorunda şəffaf, real işlər görəcək strukturun yaradılması mümkündür.

Yalnız iki halda bu səlahiyyət yalnız BNA-da qalır. Bu da sürücünün parklanma yerini ödəniş etmədən tərk etməsi və 24 saatdan artıq parklanma yerində qalmasına görə cərimələrin tətbiqidir.

Digər hallarda – qadağan olunmuş yerdə avtomobili park etmək, parklanma qaydasını pozmaq (paralel və perpendikulyar parklanma icazə verilən yerdə düzgün saxlamamaq), avtobus dayanacaqlarında maşın saxlamaq, avtobusu dayanacaqdan kənarda dayandırmaq, əlillər üçün nəzərdə tutulmuş yerdə avtomobillərin park edilməsi hər iki qurum tərəfindən nəzarətdə saxlanılacaq.

Təsadüfi deyil ki, bir müddət əvvəl Azərbaycan Dövlət Televiziyasının (AzTV) efirində yayımlanan “Nəsillərin debatı” proqramında Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti sərt tənqid edilmişdi.

Xüsusilə də Bakı kəndlərində avtobus çatışmazlığı, mövcud avtobusların yararsız vəziyyətdə olması sərnişinlərin ciddi narazılığına səbəb olur.

Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti ilə bağlı haqlı narazılıqlar çoxdur. Çünki onların fəaliyyəti qeyri-ciddi nüanslarla yadda qalır.

Əslində isə bu qurumun görməli olduğu iş nəqliyyat infrastrukturunu yaxşılaşdırmaq, vətəndaşlara daha çevik, rahat xidmətin təşkilidir.

Önəmli olan budur və Bakı Nəqliyyat Agentliyinin də fəaliyyətinin ana xətti bundan ibarət olmalıdır.

Bundan başqa, Bakı Nəqliyyat Agentliyinin tıxac və sıxlığın qarşısını almaq məqsədilə yolayrıclarında yeni nişanlanma xətti – sarı tor şəbəkənin tətbiq etməsinə gəlincə, bu da uğursuz layihələrdən biridir.

Ekspertlər qeyd edir ki, işıqforlar normal tənzimlənsə, sarı torlara ehtiyac qalmaz. Bakı Nəqliyyat Agentliyinin tərkibində olan Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi həqiqətən də ortaya intellekt qoyub işıqforların rejimini şəhərdəki sıxlığa görə düzgün müəyyən etsə, düzgün tənzimləsə, yol polisi hər yol kəsişməsində dayanıb qayda pozanı cərimələməklə məşğul olmaz.

Təsəvvür edin, işıqforu nizamlayacaq qurum – BNA qalıb kənarda, yol polisi yolu başqa şəkildə nizamlamaq məcburiyyətindədir.

BNA yollarda belə sarı şəbəkə yaratmaqdansa, bir neçə maarifləndirici sosial çarx çəksəydi, daha yaxşı olardı. O zolağın orada olması nəyi dəyişəcəkə Bu boyda həngaməyə ehtiyac yox idi.

Ekspertlər hesab edir ki, bu qurumun fəaliyyətinə ehtiyac yoxdur. Marşrut xətləri, o cümlədən parkinq yerləri ərazi üzrə bələdiyyələrin balansına verilməli və BNA ləğv olunmalıdır.

Bu, həm də bələdiyyələrin gəlir əldə etməsinə səbəb olacaq ki, hazırda buna çox böyük ehtiyac duyulur.

Milyonların “asfalta döşənməsindənsə”, yaxud insanları narazı salan xidmətlərdənsə, bələdiyyələrin vəsait əldə edib əhaliyə xidmət göstərməsi daha məqsədəuyğun sayılmalıdır.

Yeri gəlmişkən, Bakı Nəqliyyat Agentliyi (BNA) 2020-ci ildə Bakıda piyadalar üçün 500 yeni yol nişanı quraşdıracağı ilə bağlı yayılan xəbər bir qədər müzakirəyə səbəb olmuşdu.

Belə ki maliyyə saytlarının birində bildirilirdi ki, bir yol nişanının bir ədədi dövlətə 1840 manata (1082 ABŞ dollarına) başa gələcək.

Bu məsələ Hesablama Palatası tərəfindən araşdırmaların başlanmasına səbəb olmuşdu.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • DYP sürücülərə müraciət edib

    DYP sürücülərə müraciət edib ...

    12-01-2019, 20:23

  • 
  • Bakı ciddi nəzarət altında

    Bakı ciddi nəzarət altında ...

    4-02-2015, 12:27

  • 
  • Meriya parklanma yerlərini niyə təhvil vermir?...

    Meriya parklanma yerlərini niyə təhvil vermir?... ...

    17-12-2018, 10:50

  • 
  • DÖVLƏT YOL POLİSİ SÜRÜCÜLƏRƏ MÜRACİƏT EDİB - YENİLƏNİB

    DÖVLƏT YOL POLİSİ SÜRÜCÜLƏRƏ MÜRACİƏT EDİB - ...

    13-10-2018, 16:36

  • 
  • Bakıda iki parklanma yeri ləğv edildi

    Bakıda iki parklanma yeri ləğv edildi ...

    17-12-2015, 14:32


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu