GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Azərbaycanda bankirlə əməkdaşları arasında qarşıdurma - Vahid Ələkbərovun bankında nə baş verir?

Azərbaycanda bankirlə əməkdaşları arasında qarşıdurma - Vahid Ələkbərovun bankında nə baş verir?

Tarix: 13-08-2020, 17:52 Bölmə :GündəmXəbər / Manşet Baxış: 608
Azərbaycanda bankirlə əməkdaşları arasında qarşıdurma - Vahid Ələkbərovun bankında nə baş verir?


2015-ci ildə baş verən iki devalvasiyadan böyük zərbələr alan bank sistemi ötən 5 ildə böhrandan çıxa bilməyib. Devalvasiyadan sonra xeyli bank fəaliyyətini dayandırıb. Təkcə 2016-cı ildə, iflas olan kommersiya banklarının sayı bu gün də durmadan artır.

Təkcə 2016-cı ildə 9 bank fəaliyyətini dayandırıb. Bunlar “Bank of Azerbaijan”, “Texnikabank”, "Bank Standard", "Qafqaz İnkişaf Bankı", "Atrabank", “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-dir. Bağlanan bankların arasında ən böyüyü “Bank Of Azerbaijan” idi. Yeri gəlmişkən, adıçəkilən bankın binası ötən il sökülüb. Bağlanan banklardan “Parabank” ASC isə bank sektoruna sonradan bank olmayan kredit təşkilatı kimi daxil oldu və hazırda bu istiqamətdə fəaliyyət göstərir.

2017-ci ildə ilk onluqda olan banklardan "DəmirBank" ASC-nin bağlanması bu sektorda böhranın davam etdiyini göstərən əsas hadisə idi. Sonrakı iki ildə neftin qiymətinin sabitləşməsi, hökumətin maliyyə sektorunda apardığı islahatlar, problemli kreditlərin dövlət hesabına həlli ilə bağlı verilən qərarlar prosesləri nisbətən səngitsə də, 2020-ci ildə sektorun zəif həlqələrində böhran yenidən baş qaldırdı.

Nəticədə Mərkəzi Bankın qərarı ilə daha 4 bankın - “Amrahbank”, “NBC Bank”, “Ata Bank” və “AGBank”-nın lisenziyaları ləğv edildi. Bu banklar aktivlərinin həcminə görə ilk 10-luqda olmayıblar. Ən yüksək paya "Ata Bank" (1,4%), ən aşağı paya "Amrahbank" (0,6%) malik olub. "AGBank" isə aktivlərinin həcminə görə 15-ci yerdə olub. Kredit bazarına gəldikdə bu bankların payı təxminən 7%-dən az olub. Yenə də ən böyük paya (2,6%) "Ata Bank", ən az paya "Amrahbank" (0,79%) olmaqla kredit bazarında ilk 10-luğa düşə bilməyiblər.

Depozit bazarında 4 bankın bazar payı 4%-dən az olub. Bu bankların depozit portfeli 2019-cu ilin sonuna 800 milyon manatdan çox, kredit portfeli isə 1 milyard manata yaxın olub.

Hazırda adıçəkilən banklarda əmanətlərin qaytarılması prosesi davam edir. Bu zaman ortaya böyük problemlər çıxdı ki, bu da əmanətçilərin kütləvi etirazlarına səbəb olub. Belə ki, banklar ötən ilin iyul ayının 23-də Mərkəzi Bankın əmanət qəbul etməmə xəbərdarlığına məhəl qoymadan əhalidən depozitlər qəbul etməyə başlayıb. Bəzi müştərilərin özlərindən xəbərsiz depozit tarixçələri, gəlir faizləri dəyişdirilib. Nəticədə Əmanətlərin Sığortalanması Fondu həmin əmanətçilərə pullarını qaytarmaqdan imtina edib. Davamlı etirazlardan sonra şikayətlərə Konstitusiya Məhkəməsinin Plenumunda baxıldı və əmanətçilərin xeyrinə qərar çıxarıldı. Beləliklə, bağlanan banklarda qalmış 800 milyon manatdan çox vəsait Fondun hesabına qaytarılacaq. Bankların bu vəsaitin yerini dolduracağı sual altındadır. Çünki daha əvvəl bağlanan 11 bankda olan milyardlarla manat əmanət dövlət hesabına qaytarılıb

Təəssüf ki, sektorda problemli bankların sıradan çıxması prosesi yekunlaşmayıb. Daha bir kommersiya təşkilatı - "Yelo Bank" pis idarəçilik ucbatından həm dövlətə, həm müştərilərə, həm də burada çalışan personala ciddi başağrısı yarada bilər.

Yenisabah.az-ın əldə etdiyi məlumata görə, 4 ildir Bankın İdarə Heyətinin sədri olan Nikolay Şurqaia ilə kollektiv arasında münasibətlər qarşıdurma həddinə çatıb. Rəhbər olduğu 4 ildə 6 komanda qəbul edib işdən qovan Şurqaia may ayından kollektiv qarşısında yeni tələb qoyub: Hər kəsin maaşı 20 faiz azaldılacaq, bununla razılaşmayanlar dərhal işdən gedə bilər!

Əməkdaşların bir qismi N. Şurqaianın bu tələbi ilə razılaşmayaraq işdən çıxıb. Bundan başqa, İdarə Heyətinin sədri kollektivdə ixtisarlar aparıb. Müqavilə müddəti başa çatan bir çox əməkdaşlarla bankın yolları ayrılıb. Xatırladaq ki, "İşsizlikdən sığorta haqqında Qanun"-una görə, işini itirənlər 6 ay ərzində orta aylıq əmək haqqı qədər dövlətdən vəsait alırlar. Beləliklə Şurqaia bağlanan banklara görə yaranmış işsizlər ordusunun sıralarını doldurmaqla büdcəyə və səhmdarlara yeni problemlər yaradır.

Bu ilin yanvar-iyun aylarında “Yelo Bank” ASC-nin aktivləri 451,5 milyon manat, kredit portfeli 305,2 milyon manat, depozitlər 307,1 milyon manat, rüb üzrə xalis zərər isə 7,3 milyon manat təşkil edib. Bankın məcmu kapitalı 54,1 milyon manatdır.

Mənbə kifayət qədər böyük aktivlərə malik olan bankın zərərlə işləməsinin səbəblərinə belə aydınlıq gətirir:

"Son illərdə bankın verdiyi, xüsusən korporativ müştərilərə ötürülən kreditlərin əksəriyyəti problemlidir. Çünki bəzi müqavilələr ümumiyyətlə saxtadır, rəhbər şəxslərin "dost-tanışlarına" verilib və burada təbii ki kifayət qədər qaranlıq məqamlar var. İlk yarım ilin hesabatından açıq-aydın görünür ki, səhmdarların vəsaitləri böyük risk altındadır, bu həcmdə kapitalla 7.3 milyon manat xalis zərər etmək bilavasitə Nikolay Şurqaia komandasının yarıtmaz idarəçiliyinin nəticəsidir. Hansı ki, İdarə Heyətinin üzvləri, baş direktorlar, departmanet direktorları və onların cəlb etdikləri şöbə müdirləri bu səmərəszi idarəçilikdə onunla birgə məsuliyyət daşıyırlar".

Məlumatlı mənbə daha bir məqama diqqət çəkir: "Bankın Gürcüstanın "TBC Bank"-la birləşəcəyi ilə bağlı məsələ gündəmə gələndə xeyli sayda gürcü əsilli Gürcüstan vətəndaşları işə cəlb olunmuşdu. Şurqaia onları müxtəlif vəzifələrə yerləşdirmişdi, amma indi onların əksəriyyəti yoxa çıxıb. Ehtimal etmək olar ki, onlar ya İdarə heyətinin sədri tərəfindən qovulub, ya da bərbad şərtlərə görə özləri çıxıb gediblər".

"Yelo Bank"-da N. Şurqaiadan sonra söz sahibi vəzifəcə ondan sonra gələn müavinlər deyil. Məlumata görə, Azərbaycanda fəaliyyət götərən TBC Bank Olmayan Kredit Təşkilatının rəhbəri Nukridir. Əsl adı Spartak Tetraşvili olan bu şəxs N.Şurqaianın yaxın dostu və biznes ortağıdır. Bu yaxınlıq Nukrinin "Yelo Bank"-da qeyri rəsmi əsas fiqurlardan birinə çevirib. İdarəçilikdə belə halların qanunvericiliyə və bankın iş prinsiplərinə, kollektivlə münasibətlərə zərbə vurduğunu deyən mənbə, İdarə Heyətini sədrinin bu amilləri nəzərə almadığını vurğulayıb.

Məlumatda qeyd edilir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının vaxtilə "Yelo Bank" haqqında təshih tədbirləri barədə məktub göndərib. Həmin məktubda bir sıra qanunsuzluqlarla bağlı məsələlər əks olunub. "Palatanın fəaliyyətinə xitam verilərkən yəqin ki, Şurqaia başının üstünü alan problemlərin həll olunduğunu düşünüb sevinib. Amma sevinmək hələ tezdir. Şübhəsiz ki, böhran içində çabalayan bank sektoruna daha bir problemin əlavə olunmasına imkan verilməyəcək. Elə "Yelo Bank"-ın səhmdarları da buna hazır deyil. Yəqin ki, ciddi tədbir görüləcək", - deyə mənbə vurğulayıb.

"Yelo Bank"ın əsas səhmdarları Rusiyanın "Lukoil" şirkətinin rəhbəri Vahid Ələkbərovdur. Ona məxsus "Topaz Investments" QSC bankın 95.68 faizinə, fiziki şəxslər 4.22 faizinə, "İSR Holdinq" isə 0.10 faizinə sahibdir.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda 11 bank ləğv olunma prosesindədir

    Azərbaycanda 11 bank ləğv olunma prosesindədir ...

    5-02-2016, 22:50

  • 
  • Məhkəmə mübahisələri aparan bankların reytinq cədvəli açıqlanıb

    Məhkəmə mübahisələri aparan bankların reytinq ...

    3-06-2013, 14:53

  • 
  • Azərbaycanda üç bank birləşir

    Azərbaycanda üç bank birləşir ...

    3-02-2016, 12:42

  • 
  • Bağlanan 4 bankın əmanətçisinə 15 milyon manatdan çox kompensasiya ödənilib

    Bağlanan 4 bankın əmanətçisinə 15 milyon manatdan ...

    5-08-2016, 14:53

  • 
  • Bağlanan dörd bankın əmanətçiləri üçün XƏBƏR VAR

    Bağlanan dörd bankın əmanətçiləri üçün XƏBƏR VAR ...

    25-07-2016, 22:18


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu